Məhkəmə qərarları › İş №2(067)-2227/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2227/2020

03.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2227/2020 03.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq onunla cavabdeh arasında xx.xx.2009-cu il tarixdə qeydə alınmış rəsmi nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə 2009-cu ildə tanış olmuş, onunla münasibətləri yaranmışdır. Cavabdehlə münasibətləri yaranandan sonra bir neçə dəfə onun evinə gəlmiş, ev işləri ilə məşğul olmuşdur. Bir müddət sonra cavabdeh ona təklif etmişdir ki, onunla bir evdə qalsın və formal ailə qursun. O da yaşlı olmasını, yanında heç kimin olmamasını, gədəcək həyatında da müəyyən çətinlilər çəkə biləcəyini düşünüb onunla razılaşmış və nikahlarını bağlamışlar. Nikah bağlanandan bir müddət sonra isə cavabdeh onun evindən çıxıb getmişdir. Əslində isə cavabdehin onunla ailə qurmaq niyyəti olmamış və nikah bağlamaqda məqsədi Azərbaycan Respublikasında qeydiyyata düşmək olmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, hazırda Gürcüstan vətəndaşıdır. İddiaçı ilə nikaha girməkdə məqsədi Azərbaycan vətəndaşlığını almaq və azərbaycana maneəsiz gedib gəlmək olmuşdur. Əlavə olaraq bildirmişdir ki, nikahları formal olduğundan İddiaçı hər hansı bir əmlak tələbi yoxdur və gələcəkdə də olmayacaq. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, tərəflər arasında nikah xx.xx.2009-cu ildə qeydə alınmışdır. Nikahdan sonra qadın Cümşüdova soyadını qəbul etmişdir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı məktubundan müəyyən olunur ki, cavabdeh Qeydiyyat şöbəsinə gəlmədiyindən iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1.-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.4- cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahıın etibarsız sayılmasını tələb etmək hüququ vardır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. İddiaçı ilə Kazımova (Cümşüdova) Dilşad Paşa qızı arasında xx.xx.2009-cu ildə bağlanmış nikah qeydi etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar