Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2275/2023 21.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə qızı, İddiaçı cavabdehlər Cavabdeh1nə, ”X1” MMC-nə və "xxxx" ASC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərərək, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, ”X1”MMC-nə və "xxxx"ASC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”X1” MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2018-ci il tarixli 80 nömrəli protokolunun etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Cavabdeh1nə qarşı hər hansı tələb irəli sürməmişdir AR MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə, eyni zamanda, hazırki tələb üzrə gələcəkdə qəbul ediləcək məhkəmə aktının keçiriləcək məcburi icra tədbirlərinin qanuniliyi baxımından bu və ya digər formada Cavabdeh1 maraqlarına toxuna biləcəyi ehtimalına görə həmin qurumun cavabdeh qismində qoyulması dəlili ilə razılaşmır. Belə ki, AR MPM-nin 149.2.3-cü maddəsində iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələbin göstərilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Hazırki halda iddia ərizəsindən göründüyü kimi Cavabdeh1 cavabdeh kimi göstərilsə də, ona qarşı hər hansı bir tələb yönəlməmişdir. Qeyd olunan prosessual norma bu mübahisənin nəticəsi üzrə məhkəmə qərarının icrasından irəli gələn gələcəkdə baş verməsi ehtimal olunan iddianın maraqlara toxunma perspektivini deyil, hal-hazırda konkret cavabdehə qarşı yönələn aydın tələbin ərizədə göstərilməsi labüdlüyünü təsbit etmişdir. Bundan əlavə, məhkəmə qərarının və ya onun icrasının maraqlarına toxunacaq şəxsin mütləq cavabdeh olması heç də zəruri deyil və qanunvericiliyin tələblərinə cavab vermir. Çünki, o, tələbin bilavasitə yönəlmədiyi, iddiaya cavab verməli olmayan maraqlı şəxs də ola bilər. Başqa sözlə, məhkəmə qərarı yalnız cavabdehlərin maraqlarına toxunmur, hər maraqlı şəxs isə heç də cavabdeh demək deyil və olmur. Mülki Prosessual Məcəllə isə iddianın maraqlı şəxsin qeydiyyatda (olduğu və ya yerləşdiyi) yerə görə iddianın verilməsi qaydasını müəyyən etməmişdir. Bununla yanaşı, icra məmurunun həyata keçirdiyi məcburi icra tədbirlərinin qanunvericiliyin mübahisələndirilməsi artıq ayrı- icra icraatı qaydasında icraatdır. Bəzi, qanunvericilikdə göstərilən hallarda isə ümumiyyətlə, inzibati icraatdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul olunacaq məhkəmə qərarının maraqlara toxunmaq ehtimalına əsaslanmaq qanunvericiliyin yuxarıda göstərilən tələblərinə zidd olmaqla yanaşı, hüquqi müəyyənlik prinsipi ilə də uzlaşmır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4 və 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə, ”X1” MMC-nə və "xxxx" ASC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2275/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2275/2023
21.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver