Məhkəmə qərarları › İş №2(067)-2301/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2301/2022

05.09.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2301/2022 05.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə 05 sentyabr 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1987-ci ildə ünvan 2ində anadan olmuş oğlu X4 ölmüş elan edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1987-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndində anadan olmuş X1 doğma oğludur. O, Rusiya Federasiyasının vətəndaşı, Dağıstan Respublikası Kurax rayon sakini X5 ilə ailə qurmuşdur. Birgə nikahdan X9 və Bikə Rafikovna adlı uşaqları anadan olmuşdur. 2012-ci ildə nikahları pozulmuş və Fatimat Bikə adlı qızını da götürüb Dağıstan Respublikasına getmişdir. 2012-ci ilə kimi oğlu Rafik ailəsi ilə onlarla birlikdə ünvan 2ində yaşamışdır. 2012-ci ildən Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşamışdır. 2017-ci ildən yenidən Nabran kəndinə qayıtmışdır. 2017ci ilin yayında Rafik Niyazoviç oğluna məktəb paltarı alacağını bildirərək, oğlu Nizam ilə birlikdə Bakı şəhərinə getmişdir. Lakin 2017-ci ilin iyun ayında Rafik evdə qalan oğlu Carullaya zəng edib bildirmişdir ki, onlar Türkiyə Respublikasındadır və uşağı orada qoyub Suriyaya gedəcəkdir. Həmin zamandan sonra oğlu Rafikdən heç bir məlumat yoxdur. O, onlarla heç bir əlaqə saxlamamışdır. Oğlu Rafikin ünvanını öyrənmək üçün çox çalışmışlar, lakin heç bir nəticəsi olmamışdır. Özü ilə Türkiyəyə apardığı oğlunu geri qaytarmışlar. X15 ölkəsinə getmiş və orada vəfat etmişdir. X14 axtarılması üçün mərhum həyat yoldaşı Niyaz Nəsrullayev 2017-ci ildə və sonra vəfat edənə kimi müxtəlif idarə və təşkilatlara, o cümlədən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və sair təşkilatlara müraciətlər etmiş və oğlu Rafikin Suriya Respublikasına getdiyi məlum olmuşdur. Lakin əri Niyaz vəfat etdiyindən həmin sənədləri tapa bilməmişlər. X10 Respublikasında qoyub getdiyi oğlu X6 gətirilməsinə dair sənədləri də ərizəyə əlavə etmişdir. Vəkili tərəfindən yazılmış sorğulara DTX-dən bildirilmişdir ki, X8 xx.xx.2017-ci ildə qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getmişdir. Bundan əlavə Xaçmaz RPŞ-dən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, X8 Suriyada gedən qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməsi və həmin döyüşlərdə ölməsi barədə Xaçmaz RPŞ-nə məlumatlar daxil olmuşdur. Hazırda onun mülkiyyətində olan torpaq sahəsinin vərəsəlik yolu ilə adına keçirilməsi üçün Rafik Niyazoviçin ölmüş elan edilməsi tələb olunur. Ona görə də məhkəməyə müraciət edir ki, ərizəsi təmin edilsin. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, göstərmişdir ki, X8 ərizəçinin doğma oğludur. O, 2017-ci ilin yayında uşaq ilə məktəbə paltar almaq adı ilə evdən çıxıb Türkiyəyə getmişdir. Oradan qardaşına zəng edərək bildirmişdir ki, uşağı Türkiyədə qoyub özü Suriyaya gedir. Qardaşı və atası uşağı oradan alıb Azərbaycana gətirib, bu barədə rəsmi sənədlər iş materiallarına əlavə edilmişdir. Ərizəçinin həyat yoldaşıda artıq vəfat etmişdir. Hazırda uşaq Naimat xanımla yaşayır. Ərizəçi oğlunun ölmüş elan edilməsini istəyir ki, ona məxsus torpaq sahəsini nəvəsinin adına rəsmiləşdirsin. DTX-nin arayışından müəyyən ki, Rafiq qanunsuz silahlı qüvvələrin tərkibinə qatılmışdır, onun barəsində heç bir məlumat yoxdur. Həmin qeyd etdiyi arayışda iş materiallarına əlavə edilmişdir. MM-nin 41-ci maddəsinin tələbinə əsasən Nəsrullayev ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2012-ci ildə anadan olmuşdur. Atası X8, anası X3 qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İHB-nın xx.xx.2018-ci il tarixli 87 saylı çıxarışından müəyyən olunur ki, Ərizəçi, xx.xx.2012-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin sorğuya cavabından müəyyən olunur ki, xx.xx.1987-ci il təvəllüdlü X4 Suriya Respublikasında gedən qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməsi və həmin döyüşlərdə ölməsi barədə Xaçmaz RPŞ-nə məlumat daxil omuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli, 5/1823 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1987-ci il təvəllüdlü X8 xx.xx.2017-ci ildə qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suruiyaya getmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X8 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon Nabran İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli arayışında müəyyən olunur ki, X8 2012-ci ildən ünvan 2i ünvanında yaşamır. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1987-ci il təvəllüdlü X4 ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1987-ci ildə ünvan 2ində anadan olmuş X8 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X4 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar