Məhkəmə qərarları › İş №2(067)-2308/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2308/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2308/2020 16.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə islas katibi X9, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Durasan oğluna, X3, Cavabdeh9 Adgözəl oğluna, X2, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Şıxbala oğluna, Cavabdeh14 Şıxbala oğluna, Cavabdeh15, Cavabdeh16 qızına, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 Hacızada oğluna, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 Şaval qızına, Cavabdeh28, Cavabdeh29 Hacızada oğluna, Cavabdeh30, Cavabdeh31, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41 və Cavabdeh42 qarşı öhdəliyin icrası tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə islasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı «xxxx» 2017 MMC məhkəmədə iddia qaldıraraq, cavabdehlərin Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən JN-725 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.19 ha torpaq sahəsini, JN-625 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.06 ha torpaq sahəsini, JN-696 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.44 ha torpaq sahəsini, JN-697 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.66 ha torpaq sahəsini, JN-830 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.59 ha toprpaq sahəsini, JN-667 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0. ha torpaq sahəsini, JN-722 saylı 30219088 kodlu dövlət aktında göstərilən 0.60 ha torpaq sahəsininin 0.50 ha hissəsini, JN-724 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.83 ha torpaq sahəsinin 0.70 ha hissəsini, JN-680 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.44 ha torpaq sahəsinin 0.38 ha hissəsini, JN-741 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.42 ha torpaq sahəsinin 0.36 ha hissəsini, JN-677 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.38 ha hissəsini, JN-679 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.83 ha torpaq sahəsinin 0.70 ha hissəsini, JN-674 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini, JN- 678 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini, JN-668 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini və JN-664 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.33 ha torpaq sahəsinin 1.44 ha hissəsini xx xxxxxx 2001-ci il tarixdə «xxxx» 2017 MMCnə satmalarına dair aralarında baş tutmuş əqdin etibarlı hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X10 iddiasını onunla əsaslandırmışdır ki, o, Murad Hətəmov və Elnur Qarayevlə yanaşı İddiaçı-nin səhmdarlarından biridir. Cavabdehlər Xaçmaz rayonunun Köhnə-Xaçmaz kənd sakinləridir. İddiaçı-nin həmin kənddə təsərüfatı var. 2001-ci ilin mart ayında cavabdehlər bildirdilər ki, özlərinə məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən ümumilikdə 7.83 ha pay torpaq sahəsini satırlar. Onlar pay torpaq sahəsini təcili olaraq satmaqda məqsədlərinin özlərinə münasib yerdən pay torpaq sahəsi almaq fikirləri olduğu ilə izah etmişdilər. Cavabdehlərin satdıqları pay torpaq sahələri bir ərazini əhatə etdiyi üçün və İddiaçı-nin təsərüfatına yaxın olduğu üçün pay torpaq sahəsini almaq qərarına gəlmişlər. Cavabdehlərlə qarşılıqlı olaraq qiymət razılaşmışlar. Razılaşmalarına əsasən hər bir hektar üçün cavabdehlərə 3500 manat pul ödəməli idi. xx xxxx 2001-ci il tarixdə razlaşdıqları məbləği cavabdehlərə ödəmişlər və satılan pay torpaq sahələrini satın almışlar. Beləliklə, cavabdehlərlə pay torpaqların alqı-satqısına dair aralarında əqd baş tutdu. Cavabdehlərlə razılaşmaqları əsasında alqı-satqının rəsimləşdirilməsini onlar öz üzərlərinə götürərək qısa müddət ərzində notariat kontoruna gedərək aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklərinə söz verdilər. Onlar cavabdehlərə etibar etdikləri üçün onlara inanmış və alqı-satqının rəsmiləşdirilməsi üçün zəruri olan sənədələri hazırlayaraq əqdin rəsimləşdirilməsi üçün onlara vaxt vermişlər. Lakin sonradan torpaqları cavabdehlər zəruri sənədləri hazırlayaraq vərəsəlik etməklə satdıqları torpaq sahələrini İddiaçı-nin adına rəsmiləşdirməkdən yayındılar. Beləliklə hazırki günədək cavabdehlər satdıqları torpaq sahəsini notariata gələrək torpaq sahələrini İddiaçı-nin adına rəsmiləşdirməkdən müxtəlif bəhanələr gətirərək yayınırlar. Torpaqları satmış cavabdehlərin dövlət aktlarında adlarında və soyadlarında uyğunsuzluq yarandığından onlar dövlət aktlarını yeniləyərək mülkiyyət sənədləri alıblar. Lakin yeni mülkiyyət sənədləri almalarına baxmayaraq bu günə kimi satdıqları pay torpaq sahələrini İddiaçı-nin adına rəsmiləşdirməkdən yayınırlar. Cavabdehlər torpaq sahələrini İddiaçı-nə satdıqlarını təsdiq edirlər, lakin notariat kontoruna gələrək torpaqların alqı-satqısını rəsmiləşdirməkdən boyun qaçırırlar. Satın aldıqları pay torpaq sahələri 2001-ci ilin mart ayından etibarən istifadələrindədir. Həmin vaxt qüvvədə olmuş AR MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdin tamamilə və qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırarsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdin etibarlı saymaq ixtiyarı vardır. Onlar notarial qaydada təstiqlənməsi tələb olunan əqdi tamami ilə icra etmişlər, lakin cavabdehlərin hərəkətləri nəticəsində faktiki olaraq aralarında baş tutmuş əqd rəsimləşdirilmədən qalmışdır. Cavabdehlərin üzərlərinə götürdükləri öhdəliyi icra etməmələri səbəbindən “xxxx” MMC-nin hüquqları pozulur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini Cavabdeh16 Mirzağa oğlu, Cavabdeh17 və Cavabdeh18 münasibətdə xx.xx.1999-cu il tarixli JN 722, 30219088 kodlu dövlət aktının 722 C nömrəli cizgisində nəzərdə tutulmuş 0.4999 ha və sonradan həmin hissəyə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmiş 0.4999 ha torpaq sahəsinə münasibətdə əqdin etibarlı hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, cavabdehlər özləri də ondan alınmış pulun müqabilində torpaq sahələrini “xxxx” MMC-nə satdıqlarını etiraf edirlər. Cavabdehlər bu günədək səhlənkarlıq edərək alı-satqı müqaviləsini notariat kontorunda təsdiq edilməsindən yayınıblar. İddiaçı əqd üzrə alıcı kimi üzərinə düşən vəzifələri tam icra edib, yəni torpaq sahibləri ilə razılaşdırılmış məbləğdə pul onlara ödənilərək satın alınıb və torpaqlar 2001-ci ilin mart ayının 20-dən hazırkı vaxtadək “xxxx” MMC-nin istifadəsindədir. O, qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi şahidləri cavabdehlərin iddia ərizəsində qeyd olunan torpaq sahələrini “xxxx” MMC-nə satdıqlarını və torpaqların pulunu “xxxx” MMC-nin təsisçilərindən biri kimi ondan aldıqlarını təqsdiq edə bilərlər. Həmin şahidlər Xaçmaz rayon İHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəsi və Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədridir. Alqı-satqı bilavasitə onların yanında baş tutmuşdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh9 Adgözəl oğluna, X2, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Şıxbala oğluna, Cavabdeh14 Şıxbala oğluna, Cavabdeh15, Cavabdeh16 qızına, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 Hacızada oğluna, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 Şaval qızına, Cavabdeh28, Cavabdeh29 Hacızada oğluna, Cavabdeh30, Cavabdeh31, Cavabdeh33, Cavabdeh34, Qurban Şaval oğluna, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38 Hədiz qızına, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41 və Cavabdeh42 məhkəmə bildirişləri təqdim edilməsi üçün onların qeydiyyatda olduqları və məlum olan son yaşayış yerləri üzrə Xaçmaz rayon Köhnə Xaçmaz kəndinin də daxil olduğu Xaçmaz rayon İHB-nın Müşkür kən İƏD üzrə nümayəndəliyinə verilmiş, lakin cavabdehlərin qeyd olunan ünvanda qeydiyyatda olsalar da, orada yaşamamaları barədə qeyd aparılmaqla, məhkəmə bildirişi geri qaytarılmışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, iddiaçının nümayəndəsini cavabdehlərdən torpaq sahələrinin satın alınması ilə əlaqədar tanımışdır. Cavabdehləri və onların ailə üzvlərini Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakinləri kimi tanıyır və onların heç biri ilə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. O, Xaçmaz rayon İHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəsi işləyir. 2001-ci ilin yanvar ayında cavabdehlər Müşkür kənd İƏD üzrə nümayəndəsi kimi yanına gələrək, özlərinə məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən cəmi 7,83 ha torpaq sahəsini satıb özlərinə münasib yerdən pay torpaq sahəsi almaq istədiklərini bildirmişdilər və ondan xahiş etmişdilər ki, müştəri olsa onlarla əlaqə saxlasın. Həmin ərəfədə o, öyrənmişdir ki, cavabdehlərin torpaqlarını «xxxx» MMC almaq istəyir. xx xxxx 2001-ci il tarixdə cavabdehlər onu və Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri Rəhman İsrafilovu şahid kimi dəvət edərək bildirdilər ki, özlərinə məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən cəmi 7,83 ha torpaq sahəsini iddiaçı «xxxx» MMC-nə satırlar. Onlar tərəflərin razılaşmalarının şahidi olmuşlar. Qarşılıqlı razılaşmalarına əsasən «xxxx» MMC-nin nümayəndəsi X10 tərəfindən hər bir hektar torpaq sahəsinə görə cavabdehlərə 3500 manat pul ödənilib. Tərəflərin qarşılıqlı razılıqlarına əsasən alqı-satqının rəsimləşdirilməsini cavabdehlər öz üzərlərinə götürərək qısa müddət ərzində notariat kontoruna gedərək aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklərini vəd etmişdilər. «xxxx» MMC-nin nümayəndəsi X10 da onlara etibar etdiyi üçün inanmışdır və alqı-satqının rəsmiləşdirilməsi üçün zəruri olan sənədləri hazırlayaraq əqdin rəsimləşdirilməsi üçün cavabdehlərə vaxt vermişdi, lakin cavabdehlər bu günədək alqı-satqını rəsmiləşdirməkdən yayınırlar. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X10 cavabdehlərlə torpaqların dəyəri kimi razılaşdıqları məbləği onun və Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədrinin yanında xx xxxx 2001-ci il tarixdə ödəmiş və satılan pay torpaq sahələrini satın almışdır. Cavabdehlərdən satın alınan cəmi 7,83 ha pay torpaq sahəsi xx xxxx 2001-ci il tarixdən etibarən «xxxx» MMC-nin istifadəsindədir. O, cəmi 7,83 ha torpaq sahəsinin cavabdehlər tərəfindən xx xxxx 2001-ci il tarixdə iddiaçı «xxxx» MMC-nə satılmasını, alqı-satqıya görə iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X4 cavabdehlərə hər bir hektar torpaq sahəsi üçün 3500 manat pul ödəməsi və xx xxxx 2001-ci il tarixdən torpaq sahələrinin iddiaçı «xxxx» MMC-nin istifadəsində və sahibliyində olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, iddiaçının nümayəndəsini cavabdehlərdən torpaq sahələrinin satın alınması ilə əlaqədar tanımışdır. Cavabdehləri və onların ailə üzvlərini Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakinləri kimi tanıyır və onların heç biri ilə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. O, Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədridir. 2001-ci ilin yanvar ayında cavabdehlər Müşkür kənd İƏD üzrə nümayəndəsi kimi onun yanına gələrək, özlərinə məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən cəmi 7,83 ha torpaq sahəsini satıb özlərinə münasib yerdən pay torpaq sahəsi almaq istədiklərini bildirmişdilər və ondan xahiş etmişdilər ki, müştəri olsa onlarla əlaqə saxlasın. Həmin ərəfədə öyrənmişdir ki, cavabdehlərin torpaqlarını «xxxx» MMC almaq istəyir. xx xxxx 2001-ci il tarixdə cavabdehlər onu və Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri Rəhman İsrafilovu şahid kimi dəvət edərək bildirdilər ki, özlərinə məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən cəmi 7,83 ha torpaq sahəsini iddiaçı «xxxx» MMC-nə satırlar. Onlar tərəflərin razılaşmalarının şahidi olmuşlar. Qarşılıqlı razılaşmalarına əsasən «xxxx» MMC-nin nümayəndəsi X10 tərəfindən hər bir hektar torpaq sahəsinə görə cavabdehlərə 3500 manat pul ödənilib. Tərəflərin qarşılıqlı razılıqlarına əsasən alqı-satqının rəsimləşdirilməsini cavabdehlər öz üzərlərinə götürərək qısa müddət ərzində notariat kontoruna gedərək aralarında bağlanmış əqdi rəsmiləşdirəcəklərini vəd etmişdilər. «xxxx» MMC-nin nümayəndəsi X10 da onlara etibar etdiyi üçün inanmışdı və alqı-satqının rəsmiləşdirilməsi üçün zəruri olan sənədələri hazırlayaraq əqdin rəsimləşdirilməsi üçün cavabdehlərə vaxt vermişdi, lakin cavabdehlər bu günədək alqı-satqını rəsmiləşdirməkdən yayınırlar. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X10 cavabdehlərlə torpaqların dəyəri kimi razılaşdıqları məbləği onun və Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədrinin yanında xx xxxx 2001-ci il tarixdə cavabdehlərə ödəyib və satılan pay torpaq sahələrini satın alıb. Cavabdehlərdən satın alınan cəmi 7,83 ha pay torpaq sahəsi xx xxxx 2001-ci il tarixdən etibarən «xxxx» MMC-nin istifadəsindədir. O, cəmi 7,83 ha torpaq sahəsinin cavabdehlər tərəfindən xx xxxx 2001-ci il tarixdə iddiaçı «xxxx» MMC-nə satılmasını, alqısatqıya görə iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X4 cavabdehlərə hər bir hektar torpaq sahəsi üçün 3500 manat pul ödəməsi və xx xxxx 2001-ci il tarixdən torpaq sahələrinin iddiaçı «xxxx» MMC-nin istifadəsində və sahibliyində olduğunu təsdiq edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birini instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə mübahisələndirilən pay torpaq sahələrinin alqı-satqısına dair Cavabdehlərlə 2001-ci ilin yanvar ayında aralarında əqdin bağlandığını və həmin əqdin etibarlı hesab edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş əsasların mövcud olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iş materiallarında olan JN-741 saylı, 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh25 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.42 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN- 724 saylı, 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh19 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.83 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-680 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh23 Hacızada oğlunun mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.44 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-677 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh27 Şaval qızının mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.44 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-679 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh29 Hacızada oğlunun mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.83 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-674 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Bədyalcamal Buxsay oğlunun mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.22 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-678 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh35 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.22 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-668 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh36 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.22 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-667 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh15 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.22 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-696 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh7 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.44 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-664 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh37 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 1.33 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-722 seriyalı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh16 qızının mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.60 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-697 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh9 Adgözəl oğlunun mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.66 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-830 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh12 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0.59 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-725 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1 mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 1.19 ha pay torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət Qeydiyyatına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ******* saylı çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0.4999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 birgə mülkiyyətindədir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(067)-686/2018 saylı və xx xxxx 2018ci il tarixli, 2(067)-1690/2018 saylı qətnamələrinin surətindən müəyyən olunur ki, iddiaçı «xxxx» MMC tərəfindən Xaçmaz rayonunun, Köhnə-Xaçmaz kəndi ərazisində ayrı-ayrı şəxslərlə torpaq sahələrinin alqı-satqısına dair bağlanmış əqdlərin etibarlılığı məhkəmə qaydasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-Cü il tarixli Qərarında izah edir ki, daşınmaz əşyaların alqısatqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, eləcə də Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə şərh olunanlara əsasən və konkret işin hallarını tədqiq edərək hesab edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli torpaq sahələrinə alqısatqı müqaviləsinin etibarlı hesab edilməməsi üçün əsas ola bilməz. Belə olan halda iddiaçının qeyd olunan torpaq sahəsinə münasibətdə pozulmuş hüquqları bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflərin izahatından iddiaçı ilə cavabdehlər arasında iddia ərizəsində qeyd edilmiş mübahisəli torpaq sahələrinin alqı-satqısına dair əqdlərin xx xxxxxx 2001-ci il tarixdə bağlandığı müəyyən edilir. Məhkəmə mübahisəli torpaq sahələrinin alqı-satqısına dair tərəflər arasında bağlanmış əqdə hüquqi qiymət verərkən, həmin əqdin xx xxxxxx 2001-ci il tarixdə bağlandığını nəzərə alaraq, hesab edir ki, həmin əqddən irəli gələn mülki münasibətlərə xx.xx.2000-ci ildən qüvvədə olan Azərbayjan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə işdə olan sübutların məcmusuna hüquqi qiymət verərkən, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı «xxxx» MMC Cavabdehlərə məxsus pay torpaq sahələrini satın almaq barədə cavabdehlərlə razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, cavabdehlər isə əqdi notarial qaydada təsdiq etmədiklərindən, həmin əqd də iddiaçının tələbi ilə etibarlı hesab edilməlidir. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən JN-725 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.19 ha torpaq sahəsini, JN-625 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.06 ha torpaq sahəsini, JN-696 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.44 ha torpaq sahəsini, JN-697 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.66 ha torpaq sahəsini, JN-830 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.59 ha toprpaq sahəsini, JN-667 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0. ha torpaq sahəsini, JN-722 saylı 30219088 kodlu dövlət aktında göstərilən 0.60 ha torpaq sahəsininin 0.50 ha hissəsini, JN-724 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.83 ha torpaq sahəsinin 0.70 ha hissəsini, JN-680 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.44 ha torpaq sahəsinin 0.38 ha hissəsini, JN-741 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.42 ha torpaq sahəsinin 0.36 ha hissəsini, JN-677 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.38 ha hissəsini, JN-679 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.83 ha torpaq sahəsinin 0.70 ha hissəsini, JN-674 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini, JN-678 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini, JN-668 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini, JN-664 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.33 ha torpaq sahəsinin 1.44 ha hissəsini, Cavabdeh16 Mirzağa oğlu, Cavabdeh17 və Cavabdeh18 məxsus olan xx.xx.1999-cu il tarixli JN 722, 30219088 kodlu dövlət aktının 722 C nömrəli cizgisində və xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda nəzərdə tutulmuş 0.4999 ha torpaq sahəsini xx xxxxxx 2001-ci il tarixdə iddiaçı «xxxx» MMC-yə satmalarına dair əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-Cı, 241-242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Durasan oğlu, X7, Cavabdeh9 Adgözəl oğlu, X5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Şıxbala oğlu, Cavabdeh14 Şıxbala oğlu, Cavabdeh15, Cavabdeh16 qızı, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 Hacızada oğlu, Cavabdeh24, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27 Şaval qızı, Cavabdeh28, Cavabdeh29 Hacızada oğlu, Cavabdeh30, Cavabdeh31, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, Cavabdeh38, Cavabdeh39, Cavabdeh40, Cavabdeh41 və Cavabdeh42 Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən JN-725 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.19 ha torpaq sahəsini, JN-625 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.06 ha torpaq sahəsini, JN-696 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.44 ha torpaq sahəsini, JN-697 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.66 ha torpaq sahəsini, JN-830 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.59 ha toprpaq sahəsini, JN-667 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsini, JN-722 saylı 30219088 kodlu dövlət aktında göstərilən 0.60 ha torpaq sahəsininin 0.50 ha hissəsini, JN-724 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.83 ha torpaq sahəsinin 0.70 ha hissəsini, JN-680 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.44 ha torpaq sahəsinin 0.38 ha hissəsini, JN-741 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.42 ha torpaq sahəsinin 0.36 ha hissəsini, JN-677saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.38 ha hissəsini, JN-679 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.83 ha torpaq sahəsinin 0.70 ha hissəsini, JN-674 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini, JN- 678 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini, JN-668 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 0.22 ha torpaq sahəsinin 0.19 ha hissəsini və JN-664 saylı, 30219088 kodlu dövlət aktında göstərilən 1.33 ha torpaq sahəsinin 1.44 ha hissəsini, Cavabdeh16 Mirzağa oğlu, Cavabdeh17 və Cavabdeh18 məxsus olan xx.xx.1999-cu il tarixli JN 722, 30219088 kodlu dövlət aktının 722 C nömrəli cizgisində və xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda nəzərdə tutulmuş 0.4999 ha torpaq sahəsini xx xxxxxx 2001-ci il tarixdə «xxxx» 2017 MMC-nə satmalarına dair əqd etibarlı hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar