Məhkəmə qərarları › İş №2(067)-2318/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2318/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2318/2023 17.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçinın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə Xaçmaz şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X17 16 aprel 1998-ci il tarixdə vəfat etdikdən sonra miras qalmış ünvan 1 ünvanındakı evin (əvvəllər ünvan 2 X11 qəbul etməsi, X14 19 noyabr 2014-cü il tarixdə vəfat etdikdən sonra həmin evin miras kimi faktiki olaraq arvadı Lyaşenko (Bədəlova) Svetlana Əliheydərovnanın qəbul etməsi, həmçinin X9 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra, ondan miras qalmış ünvan 3 ünvanındakı evin faktiki olaraq tərəfindən (X1rdaşı Ərizəçi tərəfindən) qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev (əvvəllər Xaçmaz rayonu, Xudat şəhəri, Caparidze küçəsi 4) X12 xüsusi mülkiyyətində olmuşdur. Bu barədə Q.S. Lyaşenkonun mülkiyyət hüququ xx.xx.1991 -ci il tarixdə dövlət qeydiyyatına alınaraq müvafiq Qeydiyyat Vəsiqəsi verilmişdir. X17 16 aprel 1998-ci il tarixdə vəfat etmişdir. Qalina Samoylovna vəfat etdikdən sonra oğlu X14 həmin evdə yaşamaqla anasından miras qalmış ünvan 1 ünvanındakı evi (əvvəllər ünvan 5laraq qəbul etmişdir. X14 14 yanvar 1966-cı il tarixdə Lyaşenko Bədəlova) Svetlana Əliheydərovna ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından doğulmuş Vadim və İqor adlı övladları uzun müddətdir ki, Rusiya vətəndaşları olmaqla Rusiyada yaşayırlar. X14 19 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Vladimir Lyaşenkonun vəfatından sonra arvadı Lyaşenko Svetlana əri Vladimirdən qalmış ünvan 1 ünavanındakı evi miras şəklində faktiki olaraq qəbul etmişdir. X9 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra miras qalmış ünvan 1 ünvanındakı evi faktiki olaraq Svetlana Lyaşenkonun qardaşı Ərizəçi qəbul etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, ərizəni müdafiə edir. Ərizədə qeyd etdiklərini həm təqdim etdiyi sübutlar, həm də şahid ifadələri təsdiq edir. Xaçmaz rayonu, Niyazi küçasi 4 ünvanındakı ev X12 xüsusi mülkiyyətində olmuşdur. X17 16 aprel 1998-ci il tarixdə vəfat etmişdir. Qalina Samoylovna vəfat etdikdən sonra oğlu X14 həmin evdə yaşamaqla anasından miras qalmış ünvan 1 ünvanındakı evi miras kimi faktiki olaraq qabul etmişdir. X14 14 yanvar 1966-ci il tarixdə Lyaşenko (Badalova) Svetlana Oliheydarovna ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından doğulmuş iki övladı uzun müddətdir ki, 1990-cı ildən Rusiya vətandaşları olmaqla Rusiyada yaşayırlar və mirasdan imtina ediblər. X14 19 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Vladimir Lyaşenkonun vəfatından sonra arvadı Lyaşenko Svetlana əri Vladimirdən qalmış ünvan 1 ünavanındakı evi miras şəklində faktiki olaraq qəbul etmişdir. X9 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ünavanındakı evi faktiki olaraq ərizəçi, Svetlana Lyaşenkonun qardaşı Ərizəçi qəbul etmişdir. Xahişi odur ki, X17 16 aprel 1998-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ünvanındakı evin faktiki olaraq oğlu X11 qəbul etməsi, X14 19 noyabr 2014-cü il tarixdə vəfat etdikdən sonra həmin evin miras kimi faktiki olaraq arvadı Lyaşenko (Bədəlova) Svetlana Əliheydərovnanın qəbul etməsi, həmçinin X9 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra, ondan miras qalmış ünvan 1 ünvanındakı evin faktiki olaraq tərəfindən (X1rdaşı Ərizəçi tərəfindən) qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilsin. İştirak etdiyi məhkəmə iclasında dindirilən şahid X18 ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır. Qonşusu olduğu üçün tanıyır. X19 bacı-qardaşdır. Lyaşenko Svetlana qonşusu olub və 2020-ci ildə vəfat edib. Mübahisə gedən evdə Svetlana yaşayıb. O, öləndən sonra həmin evdə kimsə yaşamayıb. Sadəcə Vaqif gəlib arada evə baş çəkir. Başqa heç kimi də orada görməmişdir. Svetlananın Vadim və İqor adında övladları da var idi. Onlar Rusiya vətandaşıdırlar. Lyaşenko Svetlana öləndə uşaqları yasa gəlmişdilər. Ondan sonra da çıxıb gediblər. Svetlananın yas mərasimi Bakıda keçirildi. Bakıda Svetlananın kirayə evi var idi. İştirak etdiyi məhkəmə iclasında dindirilən şahid X22 ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır. Onun kiçik bacısı onun yoldaşıdır. X21 2020-ci ildə vəfat edib. Svetlananın Vadim və İqor adında 2 övladı var idi. Onlar Rusiya vətandaşıdırlar. Vadim və İqor 1990-cı illərdə- müharibə başlayanda buradan gediblər. Lyaşenko Svetlana rəhmətə gedəndə onlar yasa gəlmişdilər. Ondan sonra da çıxıb gediblər. Hazırda həmin evdə heç kim yaşamır. Qardaşı Vaqif arada gəlib-gedir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı tərəf olan Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz rayonu, Niyazi küçəsi ünvanında yerləşən, yaşayış sahəsi 50.6 kv.metrlik, köməkçi sahəsi 34m2.metrlik 4 saylı mənzilin mülkiyyətçisi X13. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 23 aprel 1998ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 19 noyabr 2014-cü il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında ********* saylı şəhadətnamənin surətindən görünür ki, X14 28 sentyabr 1939-cu ildə Azərbaycan Respublikasında doğulmuşdur. X25 Trofimoviç, anası X13. İşdə olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X14 14 yanvar 1966-cı ildə X10 ilə evlənmişlər. Nikahdan sonra qadın Lyaşenko soyadını qəbul etmişdir. İşdə olan arayışın surətindən görünür ki, X10 xx.xx.1942-ci ildə anadan olmuşdur. X23 Əsədoviç, anası X6. X10 xx.xx.2020-ci ildə vəfat edib. İşdə olan ölüm haqqında şıhadətnamənin surətindən görünür ki, Lyaşeba (Bədəlova) Svetlana Əliheydərovna xx.xx.2020-ci ildə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1946-cı ildə anadan olmuşdur. X5, anası X7. İşdə olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Ərizəçi Xaçmaz rayon 1 saylı Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. İşdə olan Notariat Ofisinə Maraqlı şəxs3 tərəfindən ünvanlanmış ərizədən görünür ki, o nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlaklardan imtina etmişdir. İşdə olan Notariat Ofisinə Maraqlı şəxs2 tərəfindən ünvanlanmış ərizədən görünür ki, o nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlaklardan imtina etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, X17 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra oğlu X14 həmin evdə yaşayaraq, anasından miras qalmış ünvan 1 ünvanındakı evi miras kimi faktiki olaraq qəbul etmişdir. Lyaşenko Vladimir xx.xx.1966-cı ildə X10 ilə ailə qurmuşdur. Onların birgə nikahından Maraqlı şəxs2 və Maraqlı şəxs3 adlı övladları olmuşdur. X14 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra vərəsələrindən yalnız qardaşı Ərizəçi ünvan 1 ünvanındakı evi qəbul edərək idarə etmiş, digər vərəsələr buna etiraz etməmiş, vərəsəliklə bağlı notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi ərizənin predmeti olan miras əmlak ilk olaraq ərizəçinin bacısının əri X14 tərəfindən, sonra onun bacısı tərəfindən, daha sonra isə ərizəçinin özü tərəfindən faktiki olaraq qəbul edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X3 vərəsəsi Ərizəçi onun miras əmlakı olan hazırda barəsində mübahisə qaldırılan ünvan 7 ünvanında yerləşən mənzilə dair vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişdir. Mübahisə məhkəmədə araşdırılarkən digər vərəsələr tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı X4 miras qalmış ünvan 8 ünvanında yerləşən mənzilə dair mirasın qəbul edilməsi faktı müəyyən olunmalıdır. Beləliklə iş materiallarından, ərizəçi tərəfin və şahidlərin izahatından müəyyən olunmuşdur ki, ərizəçi bacısı Lyaşenko (Bədəlova) Svetlana Əliheydərovnanın vəfatından sonra onun yeganə vərəsəsi kimi ünvan 9 ünvanında (əvvəllər ünvan 10 mirası faktiki olaraq qəbul etmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mərhum X17 vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ünvanındakı evə ( əvvəllər ünvan 11 faktiki olaraq oğlu X14 tərəfindən, X11 vəfatından sonra isə həmin evə münasibətdə arvadı Lyaşenko (Bədəlova) Svetlana Əliheydərovna tərəfindən qəbul etməsi, onun vəfatından sonra isə ondan miras qalmış ünvan 1 ünvanındakı evin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar