Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2322/2025 18.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə elan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni araşdıraraq müəyyən etdi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 149-cu maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinə baxılması ilə əlaqədar müvafiq qaydada dövlət rüsumunu ödəməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qeyd olunan halın aradan qaldırılması ilə bağlı Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci i tarixli 2(067)-1800/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2(067)-1917/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 2(067)- 2121/2025 qərardadlarında iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı qərardadlarda göstərilən nöqsanı aradan qaldırmadan, ərizəyə dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmədən yenidən iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə elan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanı aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2322/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2322/2025
18.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver