Məhkəmə qərarları › İş №2(067)-2360/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2360/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2360/2023 01.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh qarşı qətnamə icra edilən günə kimi Mərkəzi Bankın faiz uçot dərəcəsi nəzərə alınmaqla hesablanılması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh qarşı qətnamə icra edilən günə kimi Mərkəzi Bankın faiz uçot dərəcəsi nəzərə alınmaqla hesablanılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddia tələbində cavabdehin qətnaməyə əsasən ödəməli olduğu 7650 manat məbləğində pulun və hüquqi yardıma görə 50 manat məbləğində pulun borc öhdəliyinin yarandığı tarixdən etibarən borcu qaytaran müddətə qədər AR-nın Mərkəzi Bank uçot dərəcəsi nəzərə alınmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə İddiaçı izah edir ki, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirmək üçün məhkəməyə ərizə iləmüraciət edə bilər, yəni məhkəməyə iddia icraatı qaydasında yox, ərizə ilə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh qarşı qətnamə icra edilən günə kimi Mərkəzi Bankın faiz uçot dərəcəsi nəzərə alınmaqla hesablanılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar