Məhkəmə qərarları › İş №2(067)-2373/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2373/2023

14.11.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2373/2023 14.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızınun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun geri tələb edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mikaxlovna ilə onun arasında bağlanmış 26 aprel 2022-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh 16000 (on altı min) manat pulun və ödənilmiş 138 manat dövlət rüsumunun, cəmi 16138 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Mikaxlovna ilə aralarında 26 aprel 2022-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində rəsmiləşdirilmiş kredit (borc) müqaviləsinə əsasən cavabdehə 16000 (on altı min) manat borc pul vermişdir. Müqavilə şərtinə görə borc alan krediti xx.xx.2027-ci il tarixədək pulu notariusun derozit vasitəsilə xx.xx.2023-cü il tarixdə 3000 ( üç min) manat, xx.xx.2024-cü il tarixdə 3000 (üç min) manat, xx.xx.2025-ci il tarixdə 3000 (üç min) manat, xx.xx.2026-cı il tarixdə 3000 (üç min) manat, xx.xx.2027-ci il tarixdə 4000 (dörd min manat qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh ona borc məbləğinin 3000 manatını qaytarmalı olduğu halda müqavilə şərtlərinə əməl etməyərək 3000 manat pulu ödəməmişdir. Dəfələrlə cavabdehdən müqavilə öhdəliyinə əməl etməsini tələb etsə də, cavabdeh pulunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanları təsdiq edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, bir illik təqaüdləri gecikdirirlər. Fevraldan başlayaraq 250 manat ödəniş edəcək. Daha artıq ödəyə bilməz. Çünki yeməyə 120 manat əlavə pulu qalır. Yəni, artıq ödəniş edə bilməyəcək. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli tərəflər arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 16000 (on altı min) manat borc pul vermişdir. Müqavilə şərtinə görə borc alan krediti xx.xx.2027-ci il tarixədək pulu notariusun depozit vasitəsilə xx.xx.2023-cü il tarixdə 3000 ( üç min) manat, xx.xx.2024-cü il tarixdə 3000 (üç min) manat, xx.xx.2025-ci il tarixdə 3000 (üç min) manat, xx.xx.2026-cı il tarixdə 3000 (üç min) manat, xx.xx.2027-ci il tarixdə 4000 (dörd min manat qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə 16000 manat borc pul vermişdir. Cavabdeh borc məbləğini hər il 3000 manat və sonuncu il 4000 manat olmaqla, 3 il müddətinə 2027ci ilin aprel ayında 4000 manat ödəməyi öz öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları da qaytarmamışdır. İddiaçı borcunu tələb edir.Cavabdeh iddianı qəbul etsə də, borcunu ödəməkdən yayınır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə kredit müqaviləsinin ləğv edilməsinə dair bildiriş vermədən kreditin qaytarılması, tərəflərin müqavilə üzrə mübahisəni onların öz razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasına həll edilməsi, müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları kredit müqaviləsidir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının müqavilə üzrə 16.000 manat pulun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Məhkəmə, iddianın tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 138 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 16000 manat pul və ödənilmiş 138 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2022-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 16000 (on altı min) manat pul və ödənilmiş 138 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar