Məhkəmə qərarları › İş №2(067)-2390/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2390/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2390/2021 31.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına və üçüncü şəxs X1 qarşı zaminliyə xitam verilməsi tələbinə dair işə 31 avqust 2021-ci il tarixdə açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : \ İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına və üçüncü şəxs X1 qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddia tələbi Cavabdeh ASC-nin Xaçmaz filialına yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan müəyyən olunur ki, hüquqi şəxsin filialı müstəqil qaydada tələbin yönəldiyi cavabdeh ola bilməz. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaya Cavabdeh ASC-nin rəsmi qeydiyyat ünvanına görə (ünvan 1sində baxılmalıdır. Азярбайжан Республикасы МПМ-нин 32.3-жц маддясиня ясасян щаким мцбащисянин мящкямяйя аидиййати олмамасыны ашкара чыхара биляр. Щямин Мяжяллянин 32.4-жц маддясиня ясасян аидиййат щаггында мясяля галхдыгда, щаким ишин аидиййяти цзря эюндярилмяси вя йа аидиййат щаггында яризясинин рядд едилмяси барядя ясасландырылмыш гярардад чыхарыр. Щямин Мяжяллянин 32.7.-жи маддясиня ясасян бir məhkəmədən digərinə gюndərilən iş onun gюndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mцbahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 32-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına və üçüncü şəxs X1 qarşı zaminliyə xitam verilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar