Məhkəmə qərarları › İş №2(067)-241/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-241/2023

28.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-241/2023 28.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarxli qərarı ilə onun və ailə üzvlərinin istifadəsinə verilmiş 0,72 hektar torpaq sahəsinin 2000,16 kv metrindən çıxarılması, torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarxli qərarı ilə ona və ailə üzvlərinə 0,72 hektar torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinin 0,10 hektarını satmışdır. 2006-cı ildə torpaq sahəsinin sərhədləri və cizgiləri ətrafında mübahisə yarandığından Xaçmaz rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli qətnaməsi ilə istifadəsində olan torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və 0,61 hektar olması dəqiqləşdirilmişdir. Bu ölçüdə torpaq sahəsinin ona təhvil verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinə həvalə edilmiş və ona təhvil verilmişdir. Ancaq indi ona məlum olmuşdur ki, Xaçmaz rayon Müşkür kənd sakini Cavabdeh onun istifadəsində olan torpaq sahəsinin 2000,16 kv mertrindən qanunsuz olaraq istifadə edir. O, bundan əvvəl Xaçmaz rayon Məhkəməsində onun istifadəsində olan torpaq sahəsinin cavabdehlər X6 və qeyriləri tərəfindən zəbt edilməsi torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon Məhkəməsi ona verilmiş dövlət aktında göstərilmiş ata adının bir hərfi şəxsiyyət vəsiqəsində yazılan ata adının bir hərfi ilə uyğun gəlmədiyi üçün onun iddiası subyektiv hüququ olmadığına görə rədd etmişdir. Xaçmaz rayon Məhkəməsinin 29.07,2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Apellyasiya şikayətinə baxılarkən iş hərtərəfli və obyektiv araşdırılmış, iş üzrə ekspertiza təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2041 nömrəli rəyi ilə təsdiq edilmişdir ki, onun iddiası üzrə cavabdeh X1 yerləşən torpaq sahəsinin 1883 kv metrindən qanunsuz olaraq istifadə edir. Digər Cavabdeh isə onun torpaq sahəsinin 2000,16 kv metrindən qanusnuz olaraq istifadə edir. Sumqayıt Apalleyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 torpağın mülkiyyət hüququna dair JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus ünvan 1ində torpaq sahəsinin 368D nömrəli konturunun 1563 kv metrindən çıxarılması qət edilmişdir. Hal-hazırda Cavabdeh tərəfindən ona məxsus 2000.16 kv metr torpaq sahəsi qanusnuz olaraq istifadə edilir. Həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Cavabdehdən torpağını boşaltmasını istəyir. Xahiş edir ki, iddiası təmin edilsin. Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, Ekspert rəyi ilə tanışdır. Laki iddianı qəbul etmir. Torpaq iddiaçının adınadır. Amma torpaq onda da deyildir. Yəni onun istifadəsində deyil. Torpaqdan çıxmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-368 kod 30219018 kodlu Dövlət Aktından müəyyən olunur ki, iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarına uyğun olaraq Xaçmaz rayon Müşkür kəndi ərazisində 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Müşkür İƏD üzrə nümayəndəliyinin 29 iyun 2023-cü il tarixli 35 saylı sorğuya cavabından müəyyən olunur ki, Cavabdeh ünvan 1ində daimi pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayır. Cavabdeh özünə və ailəsinə məxsus 0,93 (sıfır doxsan üç) ha Müşkür kəndi ərazisində pay torpağı var. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli, 10/5234 saylı rəyindən müəyyən olunur ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi S.AAbbasovun tərtib etdiyi 17 may 2023-cü il tarixli, 3-21-3-34/2-6313/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: -JN-368 kod 30219018 saylı Dövlət aktına əsasən iddiaçıya məxsus Xaçmaz rayonunda (Müşkür kəndində) yerləşən 0.72 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi. -Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan JN-368 Dövlət aktına əsasən 0.72 ha torpaq sahəsindən, iddiaçının torpaq sahəsinin 0.20 ha konturunda olan hissəsinin istifadəsinə maneçilik törədilməsini müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətləri daxilində deyildir. -İddiaçının mülkiyyətində olan JN-368 Dövlət aktının 368 nömrəli planşetində göstərilən 0.20 ha torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin təmin olunması qənaətinə gəlir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmalıdır. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan 0.72 ha torpaq sahəsinin 2000.16 kv metrindən istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia əsaslıdır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 2000.16 kv metr hissəsindən istifadə etməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində (0.72 ha torpaq sahəsinin) olan torpaq sahəsinin 2000.16 kv hissəsi Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmalıdır. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1ində yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində olan) 0.72 ha torpaq sahəsinin 2000.16 kv metr hissəsi Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul Cavabdeh alınaraq X7, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar