Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2411/2020 01.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu hazırda Cavabdeh adına ½ hissədə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürməklə həmin evdən və köməksiz vasitələrdən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdeh Cavabdeh onun oğludur. Onun atası Şixəliyev Eldar Şahvələd oğlu ilə 1981-ci il tarixdə ailə qurmuşlar, nikahları xx.xx.1982-ci il tarixdə rəsmiləşdirilmişdir. Həmin ərəfədə Şixəliyev Eldar Şahvələd oğlunun adına ünvan 1 ünvanında yerləşən 22,4 kv. m ümumi sahəsi olan yaşayış evini almışlar.Qeyd olunan ev xx.xx.1983-cü il tarixdə Şixəliyev Eldar Şahvələd oğlunun adına rəsmiləşdirilmişdir.1994-cü il tarixdə Şixəliyev Eldar Şahvələd oğlu ilə nikahları pozulsa da onun xx.xx.2011-ci il tarixdə vəfat etdiyi günə qədər onlar ailəvi qaydada birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə həyətdə əlavə olaraq yenidənqurma işləri apararaq 7 kv metr sahəsi olan giriş, 19.1 kv metr və 26.7 kv metr sahəsi olan 2 otaq, habelə sahəsi 9,6 kv metr olan mətbəx və arxa tərəfdə böyük talvar inşa etmişlər. Yeni tikililər köhnə tikiliyə bitişik inşa olunmuş, lakin həyat yoldaşı Şixəliyev Eldar Şahvələd oğlunun vəfat etməsi ilə əlaqədar tam başa çatdırılmamışdır. Evin texniki pasportunda yeni tikililər göstərilmişdir.Qeyd olunan yaşayış evinin ½ hissəsinə Cavabdeh adına hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış alınmışdır. Evin ½ hissəsinə çıxarışı aldıqdan sonra ona qarşı evdə yaşayış hüququna xitam verilməsinə dair məhkəmədə iddia qaldırılmışdır. İddia ərizəsində göstərilmişdir ki, guya ev bütövlukdə ona məxsusdur. Halbuki evin yalnız ½ hissəsi ona məxsusdur, qalan ½ hissəsi açıq saxlanmışdır. O, 1982-ci il tarixdən mübahisə predmeti olan yaşayış evinə köçərək son vaxtlara qədər orda yaşamış, ümumi təsərrüfat aparmış, orada iştirakı ilə yenidənqurma və artırma işləri aparmışdır. Həmin evdə onun yaşamaq və istifadə hüququ yaranmışdır. 3 ildir cavabdeh olan oğlu onu evindən didərgin salıb, evdən çıxarmışdır. O, məcbur olub qızının evində yerləşmişdir və 3 ildir ki, orada yaşayır. 40 ilə yaxın yaşadığı öz evinə köçərək orada yaşamaq istəyir, bu onun hüququdur, özü də həmin evdə daimi pasport qeydiyyatındadır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, cavabdehin atası ilə ailəli olmuş və cavabdehin atasının ona xəyanət etməsi səbəbindən 1994-cü ildə onlar boşanmışlar, amma sonradan barışıb bir yerdə yaşasalar da, nikahları rəsmiləşdirilməmişdir. Mübahisəli evi əri ilə birgə nikah dövründə almışlar və evin yarı pulunu onun atası vermişdir. Ev ərinin adına olmuşdur. 2011-ci ildə o, ölmüşdür. Həmin vaxt da və onun ölümündən sonra 2017-ci ilədək o, mübahisəli evdə yaşamışdır. Əri ilə rəsmi nikahda olmadığına görə evi vərəsəiklə adına keçirə bilməmişdir, ona görə də 2012-ci ildə evi vərəsəliklə ½ hissədə oğlunun, ½ hissədə isə qızının adına keçirmişdir, qalan hissə isə açıq saxlanılmışdır. Həmin evlər ayrı-ayrı yerlərdə yerləşirlər.İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Qeyd olunanlarla əlaqədar iddiasını dəqiqləşdirərək, Cavabdeh adına ½ hissədə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməklə, həmin evdən və köməkçi vasitələrdən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə mübahisəli evin ½ hissəsi onun adına qeydə alınmışdır. İddiaçı da qızının evində yaşayır. Həmin evin şəraiti var, onun yaşadığı mübahisəli evin isə şəraiti yoxdur. Bundan başqa iddiaçı onunla onun və arvadı ilə yola getmir. Ona görə iddiaçıya mübahisəli evdə istifadə hüququ verilməsinə və onun həmin evə köçürülməsinə qəti etiraz edir. İddiaçı onun anasıdır, o, 1981-ci ildə atası ilə evlənərkən mübahisəli evə köçmüşdür, xx.xx.1994-cü ildə atası və anası boşanmışlar, lakin iddiaçı atası ilə boşandıqdan sonra da həmin evdə yaşamağa davam etmiş və 2017-ci ilədək mübahisəli evdə yaşamışdır. Atası 2011-ci ildə ölmüşdür. Atasının ölümündən sonra anası atası ilə rəsmi nikahda olmadığına görə evi vərəsəiklə adına keçirə bilməmiş, ona görə də 2012-ci ildə ev vərəsəliklə ½ hissədə onun, ½ hissədə isə bacısının adına keçirilmişdir. 2017-ci ildə arvadı ilə iddiaçının arasında mübahisə olmuş, o, polis çağırmış və polis vasitəsi ilə iddiaçını mübahisəli evdən çıxarmışlar. İddiaçı hazırda qızı üçün tikdiyi Xaçmaz şəhəri ünvan 2 saylı ünvandakı evdə yaşayır, lakin o, ünvan 3 saylı ünvanda yerləşən evdə qeydiyyatdadır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Şixəliyev Eldar Şahvələd oğlu ilə İddiaçı arasında xx.xx.1982-ci il tarixdə nikah qeydə alınmışdır. İş materiallarında olan İİ-JQ seriyalı 261561 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Şixəliyev Eldar Şahvələd oğlu ilə İddiaçı arasındakı nikah qeydi xx.xx.1994-cü ildə pozulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 491870 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Şixəliyev Eldar Şahvələd oğlu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE seryalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evində qeydiyyatdadır İş materiallarında olan **********22-10301 reyestr saylı Texniki Pasportdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 22,4 kv. m ümumi sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh, ½ hissəsi X5 adına işlənib hazırlanmışdır. Qalan ½ hissəsi açıq saxlanmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 371/2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X6 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, reyestrdən çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbi təmin edilmişdir. Həmin qətnaməyə əsasən Xaçmaz şəhəri, R.Sadıqov küçəsi 43 nömrəli evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ hissəsinin mərhum X1 miras qalmış əmlak kimi Cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 1869/2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdehlər X6 və İddiaçı qarşı yaşayış hüququna xitam verilməsi və sair tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, X5 ünvan 1 ünvanında yerləşən yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. 2017-ci ildə iş üzrə cavabdeh olan oğlu Cavabdeh iddiaçını mübahisəli evdən çıxarmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixdə mübahisəli evin əvvəlki mülkiyyətçisi Şixəliyev Eldar Şahvələd oğlu ilə nikaha daxil olmuşdur. Həmin ərəfədə onlar Şixəliyev Eldar Şahvələd oğlunun adına ünvan 1 ünvanında yerləşən 22,4 kv. m ümumi sahəsi olan yaşayış evini almışlar. Qeyd olunan ev xx.xx.1983-cü il tarixdə X2 adına rəsmiləşdirilmişdir.1994-cü il tarixdə Şixəliyev Eldar Şahvələd oğlu ilə nikahları pozulsa da onun xx.xx.2011-ci il tarixdə vəfat etdiyi günə qədər onlar ailəvi qaydada birgə həmin evdə yaşamışlar. İddiaçı əri ilə rəsmi nikahda olmadığına görə onun vəfatından sonra mübahisəli evi vərəsəliklə qəbul edə bilməmişdir. 2012-ci ildə mübahisəli evin ½ hissəsi vərəsəlik qaydasında iş üzrə cavabdeh olan oğlu Cavabdeh, ½ hissədə isə qızı X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, qalan ½ hissəsi açıq saxlanmışdır. 2017-ci ildə cavabdehin arvadı ilə iddiaçının arasında mübahisə olmuş, və cavabdeh polis çağırmış və polis vasitəsi ilə iddiaçını mübahisəli evdən çıxarmışlar. İşin müəyyən edilmiş hallarından iddiaçının xx.xx.1982-ci il tarixdə Şixəliyev Eldar Şahvələd oğlu ilə nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yerləşən 22,4 kv. m ümumi sahəsi olan yaşayış evinə gəlin köçdüyü müəyyən olunduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Göstərilən Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, Azərbaycan Respublikasının mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarının məzmunundan müəyyən olunur ki, iddiaçı mübahisəli evə gəlin köçdüyü vaxtdan, onun həmin evdən istifadə hüququ yaranmışdır. Həmin Məcəllənin 87-ci maddəsində iddiaçının istifadə hüququnun itirilməsi üçün konkret əsas müəyyən olunmuşdur. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı özü könüllü surətdə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Lakin, hazırkı iş üzrə tərəflərin izahatından müəyyən olunur ki, iddiaçı 2017-ci ildə cavabdehin arvadı ilə ailə mübahisə etdikdən sonra, cavabdeh polis çağırmaqla onu evdən çıxarmışdır. Başqa sözlə iddiaçı könüllü surətdə daimi yaşamaq üçün başqa yaşayış yerinə getməmiş, mübahisəli evdən məcburi qaydada çıxarılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli və o, ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməklə, həmin evdən və köməkçi vasitələrdən istifadə hüququnun tanınmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 22,4 kv. metr ümumi sahəsi olan yaşayış evinə köçürülsün, onun həmin evdən və köməkçi vasitələrdən istifadə hüququ tanınsın. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2411/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2411/2020
01.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver