Məhkəmə qərarları › İş №2(067)-2431/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2431/2021

20.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2431/2021 20.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Hüseyn qızının iştirakı ilə, İddiaçı Hüseyn qızının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseyn qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hüseyn qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvandakı mənzili satın almış və 2011-ci ildə mənzilə dair mülkiyyət sənədi əldə etmişdir. Cavabdeh mülkiyyətində olan evdə onun razılığı və məlumatı olmadan formal qeydiyyatda qalmışdır. Həmin vaxt cavabdehin mənzilə hansı qaydada qeydiyyata düşdüyündən xəbəri olmamışdır. O, bu barədə yaxın vaxtlarda xəbər tutmuşdur. Mülkiyyətinə aid evdə cavabdehdən başqa digər qeydiyyatda qalan şəxslər də vardır. Lakin onlar könüllü olaraq evdən qeydiyyatdan çıxmağa notarial qaydada razılıq vermişlər. Hazırda cavabdehin olduğu yeri bilmədiyindən və bu səbəbdən də onu başqa qaydada mənzilindən qeydiyyatdan çıxara bilmir. Cavabdehin onun evində heç bir hüquqları yoxdur. Evin bütün xərclərinin özü ödəyir. Hazırkı vaxtadək qeyd olunan mənzilin onun mülkiyyətində olduğunu və orada o, öz ailə üzvləri ilə birlikdə yaşadığını, qeyd etmişdir. O, mənzili satın alandan sonra cavabdeh bir gün belə orada yaşamasa da, orada qeydiyyatda qalıb və bu onun mülkiyyətçi kimi hüquqlarını pozur. O, hesab etmişdir ki, cavabdehin ona məxsus evdə formal olaraq pasport qeydiyyatında saxlanılmasının heç bir əsası yoxdur. Ona görə də qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Hüseyn qızı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.07.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvandakı mənzil İddiaçı Hüseyn qızının mülkiyyətindədir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan müəyyən olunur ki, İddiaçı Hüseyn qızı, Cavabdeh, Hidayətov Sahib Oktay oğlu və Hidayətova X3 şəhəri, N.Nərimanov küçəsi ev 64 mənzil 23 ünvandakı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 23.06.2021-ci il tarixli, 526 saylı arayışından müəyyən olunur ki, Cavabdeh 21.12.2008-ci il tarixdən ünvan 1 ünvanındakı mənzildə yaşamır. İş materiallarında olan 23.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından Cavabdeh 21.12.2008-ci il tarixdən ünvan 1 ünvanındakı mənzildə yaşamır, lakin həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Азярбайcан Республикасы Конститусийасынын 12-cи маддясиня ясасян, инсан вя вятяндаш щцгугларынын вя азадлыгларынын тямин едилмяси дювлятин али мягсядидир. Бу Конститусийада садаланан инсан вя вятяндаш щцгуглары вя азадлыглары Азярбайcан Республикасынын тяряфдар чыхдыьы бейнялхалг мцгавиляляря уйьун тятбиг едилир. Азярбайcан Республикасы Конститусийасынын 13-cц маддясинин Ы щиссясиня ясасян Азярбайcан Республикасында мцлкиййят тохунулмаздыр вя дювлят тяряфиндян мцдафия олунур. Азярбайcан Республикасы Конститусийасынын 29-cу маддясиня ясасян щяр кясин мцлкиййят щцгугу вардыр. Мцлкиййят щцгугу, о cцмлядян хцсуси мцлкиййят щцгугу ганунла горунур. Мцлкиййят щцгугу мцлкиййятчинин тяк башына вя йа башгалары иля бирликдя ямлака сащиб олмаг, ямлакдан истифадя етмяк вя онун барясиндя сярянcам вермяк щцгугларындан ибарятдир. Щеч кяс мящкямянин гярары олмадан мцлкиййятиндян мящрум едиля билмяз. Азярбайcан Республикасынын тяряфдар чыхдыьы «Инсан щцгугларынын вя ясас азадлыгларын мцдафияси щаггында» Авропа Конвенсийасынын 1 сайлы Протоколун 1-cи маддясиня ясасян щяр бир физики вя щцгуги шяхс юз мцлкиййятиндян манеясиз истифадя щцгугуна маликдир. Щеч кяс cямиййятин мараглары наминя, ганунла вя бейнялхалг щцгугун цмуми принсипляри иля нязярдя тутулмуш шяртляр истисна олмагла, мцлкиййятиндян мящрум едиля билмяз. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Щямин Мяcяллянин 152.5-cи маддясиня ясасян мцлкиййятчи ганунвериcиликля вя йа башга шякилдя, о cцмлядян мцгавиля мящдудиййятляри иля мцяййянляшдирилмиш щядлярдя ямлака (яшйайа) сярбяст сурятдя сащиб ола биляр, ондан истифадя едя биляр вя она даир сярянcам веря биляр, щямин ямлака башга шяхслярин сащиблийиня йол вермяйя биляр, она мянсуб ямлак барясиндя юз мцлащизяси иля истянилян щярякятляри едя биляр, бир шяртля ки, щямин щярякятляр гоншуларын вя йа цчцнcц шяхслярин щцгугларыны позмасын, йахуд щцгугдан суи-истифадя олмасын. Həmin Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Азярбайcан Республикасынын мцлки ганунвериcилийиня, «Инсан щцгугларынын вя ясас азадлыгларын мцдафияси щаггында» Авропа Конвенсийасына вя Авропа Инсан Щцгуглары Мящкямясинин преседентляриня эюря мцлкиййятчинин ирадясиня зидд онун мцлкиййятиндян истифадяйя йол верилмир. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Hüseyn qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar