Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2439/2025 02.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək münasibətlərinə dair sair mübahisələr tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim İddiaçı Cavabdeh MMC-yə qarşı əmək münasibətlərinə dair sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini araşdıraraq müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 149-cu maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, iddiaçı dövlət rüsumunun ödənilməsi barədə qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilmədiyindən ərizə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı Cavabdeh MMC-yə qarşı əmək münasibətlərinə dair sair mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2439/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2439/2025
02.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver