Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2498/2022 13.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1,X2, İddiaçıların vəkili X3, Cavabdeh və Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı1 və digərinin cavabdeh X1 qarşı birgə mülkiyyətdə olan torpaq sahələrindən payların müəyyən edilərək naturada ayrılmas və sair tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və digəri ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Hacıisa-oba kəndində yerləşən “Torpağın mülkiyyət verilməsinə dair” JN-019F saylı 30214098 kodlu Şəhadətnamə əsasında onlara, Cavabdeh və üçüncü şəxsə məxsus 0,11 ha həyatyanı torpaq sahəsindən paylarının müəyyən edilərək naturada ayrılaraq istifadələrinə verilməsi, habelə “Torpağa mülkiyyət hüququna dair” JN-0019 saylı, 30214098 kodlu Dövlət Aktı əsasında onlara, Cavabdeh və üçüncü şəxsə məxsus 1,39 ha pay torpaq sahəsindən paylarının müəyyən edilərək naturada ayrılaraq istifadələrinə verilməsi, həmin 1,39 ha torpaq sahəsindəki bağdan götürülmüş gəlirdən onların payına düşən 10658 manat pulun cavabdehdən alınaraq onlara verilməsi, həyətyanı torpaq sahəsində inşa edilmiş yaşayış evinin dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçılardan İddiaçı1 verilməsi, habelə ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehdən alınaraq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, ərizəçinin ərizənin qaytarılması barədə vəsatəti təmin olunmalı və ərizə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki,mülki iş geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı1 və digərinin cavabdeh X1 qarşı birgə mülkiyyətdə olan torpaq sahələrindən payların müəyyən edilərək naturada ayrılması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş cəmi 123 manat (Qəbz №-si 940465085, ödəniş tarixi xx.xx.2022 və Qəbz №-si 19067, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu ərizəçi xx.xx.1973-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində doğulmuş ( Ş.V AZE №7449889) İddiaçı1 (nağd) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2498/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2498/2022
13.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver