Məhkəmə qərarları › İş №2(067)-2524/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2524/2021

20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2524/2021 20.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, Ərizəçi yaşayış yerinin müəyyənləşdirilməsinə dair tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Ərizəçi ünvan 1 ünvanında ailə yataqxanasında faktiki yaşamasının təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iş materiallarından görünür ki, ərizə Nümayəndə tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Məhkəmə iclasında izahat verən Nümayəndə bildirmişdir ki, Ərizəçi qohumu deyil, habelə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyil. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunur ki, ərizə səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi yaşayış yerinin müəyyənləşdirilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar