Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2525/2021 22.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Notariat Ofisini cavabdeh qismində qeyd etmişdir. Halbuki, İddiaçı məhkəmədən mirasın qəbul edilməsi faktının tanınmasını xahiş etmişdir. Belə olan halda, İddiaçı məhkəməyə iddia icraatı qaydasında yox, xüsusi icraat qaydasında müraciət etməli idi. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, əzirə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2525/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2525/2021
22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver