Məhkəmə qərarları › İş №2(067)-2533/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2533/2021

01.10.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2533/2021 01.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1911-ci il tarixdə Quba rayonunun Adur kəndində anadan olmuş atası X1 1991-ci il tarixdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X3 1911-ci ildə Quba rayonunun Adur kəndində anadan olmuş, 1991-ci ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində vəfat etmiş və Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin atasının vəfatı ilə bağlı həkim arayışı alınmamış və onun ölümü qeydiyyat şöbəsində qeydə alınmamışdır. Hazırda atasından miras qalmış torpaq sahəsini adına keçirmək istəyir, bunun üçün isə atasının ölüm haqqında şəhadətnaməsi zəruridir. Atasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Odur ki, məhkəməyə ərizə ilə müraciət etməli olmuş və ərizənin təmin olunmasılnı xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq atasının xəstə olub vəfat etdiyini, atasının doğum haqqında şəhadətnaməsinin, şəxsiyyətini təsdiq edən başqa heç bir sənədin olmamasını, pasportunun olduğunu, ancaq həmin sənədi məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. O, atasının dəfnində iştirak etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini evdə axtarıb tapmadıqlar, hesab edir ki, şəhadətnamə bəlkə də alınmamışdır. Ərizəçi, həmçinin, səhlənkarlıq edib atasının ölüm haqqında şəhadətnaməsini almadıqlarını, atasının adına ev və ya torpaq sahəsinin olmadığını göstərmişdir. Ərizəsi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur və göstərilənlərlə əlaqədar ərizənin təmion edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutları tədqiq etməklə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayonun Qeydiyyat Şöbəsinin 19.08.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi X3 barədə ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etmiş, müraciətinə əsasən 01.01.1945- 19.08.2021-ci illər üzrə Maraqlı şəxs üzrə X1 ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X1 barəsində Maraqlı şəxsndə göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 24.08.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, 1911-ci ildə Quba rayonunun Adur kəndində anadan olmuş X1 1991-ci ildə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə Xaçmaz RMX-da heç bir məlumat yoxdur. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Xaçmaz RİHB-nin Müşkür İƏD üzrə İcra Nümyəndəliyinin tərtib etdiyi aktdan müəyyən olunur ki, 1911-ci il təvəllüdlü X3 1991-ci ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində vəfat etmiş və Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən müəyən olunur ki, X3 1991-ci ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində vəfat etmiş və Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 24.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Ərizənin məzmunundan müəyyən olunur ki, ərizəçi tərəfindən hüquqi əhəmiyyəti olan faktın, yəni atasının vəfat etməsinin hansı məqsəd üçün ərizəçiyə lazım olduğu göstərilməmiş, ərizənin forma və məzmunu üçün Azərbaycan Respublikası MPM-in 310cu maddəsində müəyyən edilmiş müvafiq qaydaya riayət edilməmişdir. Bununla yanaşı ərizəçi tərəfindən atasının şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd, həmçinin, vəfat etməsi faktının müəyyən edilməsini tələb etdiyi şəxslə qohumluq münasibətlərini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda ərizəçinin müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə ərizənin təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar