Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2595/2024 14.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə3, Məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs3, Xaçmaz Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Nümayəndə1 Möblud oğlunun, Maraqlı şəxs2 İTB polis sahə rəisi Nümayəndə2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs3 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs3 qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs, Maraqlı şəxs3 yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşayan, 2-ci qrup ömürlük əlil Ərizəçi1 və həmin ünvanda yaşayan epilepsiya xəstəsi olan Ərizəçi2 qızma qarşı məişət zorakılığının təkrar törədilməsinin qadağan edilməsi və onlara narahatlıq gətirən digər hərəkətlərin edilməsinin qadağan edilməsi, eləcə də həmin ünvana getməsinə qadağa qoyulması ilə bağlı uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum valideynlərinə məxsus olmuşdur. X1 12 avqust 2012-ci ildə, anaları X3 isə 22 fevral 2023-cü ildə vəfat etmişlər. Anaları rəhmətə getməmişdən əvvəl 13 may 2014-cü il tarixdə notarial qaydada vəsiyyətnamə yazıb və həmin vəsiyyətnaməyə əsasən evin 5/8 hissəsi bacısı Nümayəndə3, 1/8 hissəsini qardaşı Maraqlı şəxs3, 1/8 hissəsini qardaşı Ərizəçi1 və 1/8 hissəsini bacısı İradəyə vəsiyyət etmişdir. Maraqlı şəxs3 evlənəndən sonra ailəsi ilə həmin evdə yaşayıb, anasına, xəstə qardaş və bacısına problemlər yaşatdığına görə 2016-cı ildə özünün razılığı ilə 15000 manat kompensasiya verilməklə evdən çıxmasına razılaşmış və bununla bağlı aralarında həmin vaxt Mahirin nümayəndəsi-vəkili olmuş Natiq Məmmədov adında şəxs vasitəsi ilə həmin məbləği borcxərc taparaq Mahirə vermişlər və o, ailəsi ilə birlikdə evdən çıxıb getmişdir. Bir müddətdən sonra Mahir ailəsindən də ayrılmış və tüfeyli həyat sürməyə başlamışdır. Buna görə də ailəsi də onu evdən qovmuşdur. Ondan sonra o, yenə də evə gələrək mərhum anasını, xəstə bacı və qardaşını döyüb, onlara qarşı fiziki zor tətbiq etmiş, onların əlindən təqaüd pulunu da alıb evdən dəfələrlə oğurluqlar etmiş, bununla bağlı dəfələrlə Maraqlı şəxs2-nə müraciətləri olmuşdur. Mahir barəsində araşdırmalar olmuş, “102” xidmətinə zənglər olmuşdur. Polis şöbəsində Mahir barəsində hətta qısa müddətə həbs cəzası da verilmişdir. (20 gün). Bundan sonra Xaçmaz rayon Polis Şöbəsi tərəfindən cavabdehə olunan xəbərdarlıq və inzibati tədbirlərə əməl etmədiyinə görə onun barəsində qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət olunub və Xaçmaz Rayon İcra Hakimiyyətinin 19 aprel 2024-cü il tarixli, 1 saylı qərar qəbul olunmuş və həmin qərar icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin Şöbənin tərtib etdiyi sənədlərdən də görünür ki, cavabdeh qanunun tələblərinə riayət etməmiş, özünün zorakılıq hərəkətlərini davam etdirmiş və bu barədə müvafiq sənədləşmələr də tərtib edilmişdir. Ona görə də məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi ərizənin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, Maraqlı şəxs3 doğma qardaşıdır, anasına qarşı pis münasibəti olmuşdur. Atası evində xəstə bacısı və qardaşı olan ərizəçilər yaşayırlar. Mahir onlara qarşı çox amansızdır. Mərhum valideynlərinin doğma övladları olan Mahirin qorxusundan evdən qaçıb vağzalda oturmuşlar. Mahir ərizəçiləri incitdiyi üçün evdən çıxarmışlar. Buna görə Mahirə 15000 manat kompensasiya ödəmişlər. Mahirin öz arvadı və oğlu ilə münasibətləri pis olduğundan Mahiri evə buraxmırlar. O da yenə gəlib xəstə bacı və qardaşının yanında qalır və onları incidir. Əlavə olaraq bildirmişdir ki, Maraqlı şəxs3 xəstə bacısı yaşayan evə özünün narkoman tanışlarını gətirmiş, xəstə qardaşının əlindən pulunu almış, gecə vaxtı özü üçün içki almağa göndərmiş, getmədikdə isə döymüşdür. Anası, bacısı və qardaşı xəstə olmuşlar, onlara özü yardım etmişdir. Maraqlı şəxs3 uzunmüddətli ata evinə getməsini və ərizəçiləri incitməsinin qadağan edilməsini xahiş edir. Məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xəstə bacısı və qardaşına əvvəllər 8-10 il əvvəl əl qaldırmışdır. Çünki onun ailəsindən ayrılmağını istəmişlər. Hazırda onları incitmir, hər hansı zorakılıq göstərmir. Astma xəstəliyi ilə əlaqədar Bakı şəhərində müalicə olunub, sonra isə yenidən həmin evə gəlmişdir. Müvəqqəti olaraq, müalicəsi qurtarana kimi 1 ay ata evində qalmağına icazə verilməsini xahiş edir. Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 Mövlud oğlu məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, ərizəçilərin müraciət ərizələrinə əsasən Maraqlı şəxs3 dəvət olunmuş, araşdırılıb qısamüddətli mühafizə orderi verilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Maraqlı şəxs2 İTB polis sahə rəisi Nümayəndə2 göstərmişdir ki, tərəflər onun sahə rəisi olduğu ərazidə qeydiyyatdadırlar. Həmin əraziyə yeni təyin olunmuşdur. Tərəflər münaqişəli ailə kimi qeydiyyatdadırlar. Barəsində ərizə verilən şəxs həm də öz ailəsi ilə olan problemlərə görə münaqişəli ailə kimi qeydiyyata alınmışdır.Tədbir görülməsi üçün İcra Hakimiyyətinə məktub göndərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 12 avqust 2012-ci ildə, X3 isə 22 fevral 2023-cü ildə vəfat etmişlər. -13 may 2014-cü ildə tərtib edilmiş vəsiyyətnamənin surətinlən müəyyən olunur ki, X3 ölən günədək özünə məxsus olan ünvan 2 ünvanında yerləşən evinin 5/8 hissəsini Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan qızı Nümayəndə3 vəsiyyət etmişdir. -AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 ünvan 2 ünvanında qeydiyyatdadır. -SER TSE-01 seriyalı 862180 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi1 ümumi xəstəlikdən ikinci qrup əlildir. - Maraqlı şəxs3 verdiyi iltizamda göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən evin 1/8 hissəsi ona məxsusdur. Ona məxsus olan evin 1/8 hissəsini anası X2 15000 manata bağılama müqaviləsinə əsasən satır. Gələcəkdə heç bir şikayəti olmayacaq və xx.xx.2017ci il tarixədək (yəni 1 ay müddətinə) Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsi 33 saylı evdən çıxmasına söz verir. -Xaçmaz rayon polis şöbəsinin Ərizəçi2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı göstərilmiş xüsusatlarda inzibati xəta xarakterli hadisə müəyyən edilməmişdir. gələcəkdə narahat edilməməsi ilə əlaqədar qardaşı Maraqlı şəxs3la profilaktik söhbət aparılmışdır. -Xaçmaz rayon polis şöbəsinin Nümayəndə3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Xaçmaz rayon polis şöbəsinə ünvanlanmış müraciətlər əsasında araşdırma aparılmış və Maraqlı şəxs3 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşlar. -Cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 iyun 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Ərizəçi2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. -Maraqlı şəxs1 başçısının aparatı “məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 01 nömrəli qərarından görünür ki, Maraqlı şəxs3 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, Nümayəndə3, bacısı Ərizəçi2 və qardaşı Ərizəçi1 qərar qəbul edilən tarixdən 60 gün olmaqla qısamüddətli mühafizə orderi verilməsi, qərar ilə Nümayəndə3 və Maraqlı şəxs3 tanış edilməsi, qərarın surəti icra edilməsi üçün Nümayəndə3 və Maraqlı şəxs3 yaşadıqları Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. -Maraqlı şəxs3 Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatında göstərmişdir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının aparatı “məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 01 nömrəli qərarına əsasən o ünvan 2 ünvanında yaşayan Nümayəndə3, bacısı Ərizəçi2 və qardaşı Ərizəçi1 qarşı məişət zorakılığına son qoyulmasına dair qərarın icrası ilə əlaqədar dəvət olunmuş, etdiyi zorakılıqla bağlı üzərinə düşən məsuliyyət ona izah olunmuşdur. Həmçinin hərəkətlərini davam etdirərsə, barəsində uzunmüddətli müdafiə orderi veriləcəyi bildirilmişdir. Məhkəmə tərəflərin izahatını, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasinin Qanununun: 4.0-cı maddəsinə əsasən bu Qanun aşağıdakı şəxslərə şamil edilir: (4.0.1 yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), ərin və arvadın yaxın qohumlarına, habelə birgə yaşadığı hallarda digər qohumlara; (4.0.2.) nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada; (4.0.3.) qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə; (4.0.4.) qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına. 10.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilir. 10.2.-ci maddəsinə əsasən qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir: 10.2.1. məişət zorakılığının təkrar törədilməsi; 10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. 10.3.-cü maddəsinə əsasən zunmüddətli mühafizə orderində bu Qanunun 10.2ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir: 10.3.1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; 10.3.2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; 10.3.3. zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; 10.3.4. mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat. 12.1-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 12.2-ci maddəsinə əsasən uzunmüddətli mühafızə orderi 60 gündən 180 gün müddətinədək verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-4.4-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir:355-4.4.1. məişət zorakılığının təkrar törədilməsi. 355-4.4.1. məişət zorakılığının təkrar törədilməsi; 355-4.4.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 355-4.4.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. 355-4.5-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə bu Məcəllənin 355-4.4-cü maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir: 355-4.5.1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; 355-4.5.2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; 355-4.5.3. zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; 355-4.5.4. uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, məişət zorakılığı ilə bağlı hərəkəti törətmiş şəxs Maraqlı şəxs3 Maraqlı şəxs1 başçısının aparatının “Məişət zorakılığı haqqında iş üzrə” 19 aprel 2024-cü il tarixli, 01 nömrəli qərarı ilə cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, Nümayəndə3, bacısı Ərizəçi2 və qardaşı Ərizəçi1 qərar qəbul edilən tarixdən 60 gün olmaqla qısamüddətli mühafizə orderi verilmişdir. Qısamüddətli mühafizə orderi qəbul edilməsinə və hüquq mühafizə orqanları tərəfindən dəfələrlə cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, Maraqlı şəxs3 zərər çəkmiş şəxsə narahatlıq gətirən məişət zorakılığına dair hərəkətlər etməyi öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmədə izahat verən Maraqlı şəxs3 hazırda ərizəçilərin yaşadıqları ünvana yaşadığını bildirmişdir. Hazırkı halda iş üzrə təqdim edilmiş sənədlərdən Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs3 tərəfindən məişət zəminində fiziki və psixi zorakılığa məruz qaldığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub hesab edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-4.4-cü, 355-4.4.1-ci və 355- 4.4.3-cü maddələrinə əsasən Maraqlı şəxs3 məişət zorakılığının təkrar törədilməsi və zərər çəkmiş Ərizəçi2 və Ərizəçi1 qarşı narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan olunmalıdır. Bununla yanaşı Maraqlı şəxs3 tərəfindən qısamüddətli mühafizə orderinin tələblərinə əməl edilmədiyindən məhkəmə uzunmüddətli mühafizə orderinin 180 gün müddətində verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda Maraqlı şəxs3 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı izah edilməlidir. Məhkəmə hesab edir ki, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 12.4.-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının qanunvericiliyə uyğun olaraq qüvvəyə minməsi, uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərarın qanunvericiliyə uyğun olaraq icraya yönəldilməsi, həmin Qanunun 12.5.-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilməsi, yuxarı instansiya məhkəməsinə şikayətin verilməsinin isə mühafizə orderi üzrə qərarın icrasını dayandırmaması müəyyən edildiyindən hazırki məhkəmə aktı dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-1-355-4, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Məişət zorakılığından zərər çəkmiş şəxslər Ərizəçi1 və Ərizəçi2 məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs3 hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilsin. Məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmiş şəxslər Ərizəçi1 və Ərizəçi2 olduğu yer ona məlum olmadıqda həmin şəxslərin axtarılması, zərərçəkmiş şəxslərə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxslərə, həmçinin onların yaşadığı ünvan 7 ünvanında yerləşən evə 100 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslərlə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Maraqlı şəxs3 qadağan edilsin. Maraqlı şəxs3 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2595/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2595/2024
14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver