Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2616/2021 09.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1997- ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış Xaçmaz rayonunun Köhnə-Xudat kəndində yerləşən miras əmlakda payların müəyyən edilməsi və miras payın naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-cı il tarixdə Xaçmaz rayonunun Köhnə-Xudat kəndində anadan olmuşdur. 2005-ci il tarixdə Bakı şəhər Müşfiq qəsəbəsində yaşayan X11 oğlu ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından övladları olmamışdır. Onların nikahları 09.03.2021-ci il tarixdə pozulmuşdur. Bu səbəbdən Xaçmaz rayonunun Köhnə-Xudat kəndində yerləşən valideynlərinə məxsus evinə gəlmişdir. Valideynlərinin evinə qayıtdıqdan bir-iki ay sonra qardaşı X6 onu atasının evindən qovmuşdur. Hal-hazırda onun başqa yaşayış yeri olmadığından o, küçələrdə qalır. Birgə mülkiyyətçilərdən olan atası X5 1997-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra anası X2 adına vərəsəlik açılmışdır. İddiaçı mərhum atasından miras qalmış Xaçmaz rayonunun Köhnə-Xudat kəndində yerləşən evdən vərəsə kimi ona çatası miras payın naturada ayrılıb ona verilməsini xahiş etmişdir. Atasından miras qalmış əmlaka dair vərəsəliklə bağlı notariat ofisinə müraciə etmiş, ona miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduğundan notariat əməliyyatının aparılmasının mümkün olmadığı bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, atasından miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı aidiyyəti üzrə ilkin olaraq Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməmişdir və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatından onun mirasın qəbulu üçün Notariat Ofisinə müraciət etmədiyini müəyyən etmişdir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya mirasın qəbulu üçün notariat ofisinə müraciət etdikdən sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh X4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakda payların müəyyən edilməsi və miras payın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2616/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2616/2021
09.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver