Məhkəmə qərarları › İş №2(067)-2624/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2624/2023

23.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2624/2023 23.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidməti Quba-Xaçmaz regional şöbəsinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidməti Quba-Xaçmaz regional şöbəsinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, Cavabdeh1 MMC, Cavabdeh2-in hüquqi ünvanı Quba rayonu Barlı kəndində, digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidməti ünvan 2 ünvanında yerləşir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidməti Quba-Xaçmaz regional şöbəsinə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar