Məhkəmə qərarları › İş №2(067)-2637/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2637/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2637/2021 02.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakları ilə Ərizəçi qızının «Atalığın etiraf olunması və şəxsin doğum faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, X5 02 may 2004-cü il təvəllüdlü Kamilin, 08 fevral 2005-ci il təvəllüdlü Ramilin və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun atası olması və 02 may 2004-cü il təvəllüdlü Kamilin doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbdə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 04 aprel 1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş və 03 may 2021-ci il tarixdə vəfat etmiş X5 faktiki ailə münasibətlərindən anadan olmuş uşaqları- 02 may 2004cü il təvəllüdlü Kamilin, 08 fevral 2005-ci il təvəllüdlü Ramilin və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun atası olmasını etiraf etməsi, eləcə də X13 ilə faktiki ailə münasibətlərindən uşaqları Kamilin 02 may 2004-cü il tarixdə doğulması hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi qızı ərizəsini hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, o, 2003-ci ilin mart ayında el adəti ilə toy edərək X13 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların faktiki nikah münasibətlərindən 02 may 2004-cü il tarixdə Kamil, 08 fevral 2005-ci il tarixdə Ramil və 25 fevral 2012-ci il tarixdə Aysu adlı üç nəfər uşaqları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə nikahlarını rəsmiləşdirməmişlər. 08 fevral 2005-ci il təvəllüdlü uşaqları Ramil və 25 fevral 2012-ci il təvəllüdlü Aysu üçün doğum haqqında şəhadətnamələr alsa da, 02 may 2004-cü il təvəllüdlü uşaqları Kamil ev şəraitində doğulmuş, qanunu bilmədiyindən həmin uşaq üçün vaxtında xəstəxanaya müraciət edərək həkim arayışı almamışdır. Eləcə də ərinin sağlığında Qeydiyyat Şöbəsinə müraciət edərək uşaqların atalığını müəyyən etdirməmişlər. Bu onların hər ikisinin səhlənkarlığı üzündən baş vermişdir. Bu səbəbdən 08 fevral 2005-ci il təvəllüdlü Ramilin və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun doğum haqqında şəhadətnamələrində uşaqların soyadı onun soyadına uyğun olaraq Məmmədov, Məmmədova, ata adı onun deməsinə görə Xanlar yazılmışdır. X22 birgə yaşadıqları müddətdə ailə münasibətləri normal olmuşdur. Əri Xanlar 03 may 2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Hal-hazırda Xanlarla faktiki nikahlarından olan uşaqları Kamil, Ramil və Aysu ilə birlikdə Xaçmaz rayonunun Xudat şəhərində yaşayır. Heç bir yerdə işləməməklə uşaqları tək saxlamaqda çətinlik çəkdiyindən və maddi vəziyyəti ağır olduğundan ərinin vəfatından sonra ailə başçısının itirilməsinə görə pensiya təyinatı ilə bağlı müvafiq qaydada müraciət etmiş, lakin uşaqların atalığı müəyyən olunmadığına və bir uşağı üçün doğum haqqında şəhadətnamə alınmadığına görə o, müavinət təyin edilməsi məsələsini həll edə bilməmiş və ona Maraqlı şəxsnə müraciət etməsini tövsiyyə etmişlər. Bundan sonra o, uşaqların atalığının müəyyən edilməsi və uşağı Kamil üçün doğum haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin hazırda uşaqların atası vəfat etdiyindən, eləcə də 02 may 2004-cü il təvəllüdlü uşağı Kamilin doğumu barədə vaxtında tibbi arayış almadığından müraciətinin həlli mümkün olmamış və Qeydiyyat Şöbəsi tərəfindən ona atalığın etiraf olunması və doğum faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin hazırki həcmdə təmin edilməsini, 03 may 2021-ci il tarixdə vəfat etmiş X5 faktiki ailə münasibətlərindən anadan olmuş uşaqları- 02 may 2004-cü il təvəllüdlü Kamilin, 08 fevral 2005-ci il təvəllüdlü Ramilin və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun atası olmasını etiraf etməsi, eləcə də X5 faktiki ailə münasibətlərindən uşaqları Kamilin 02 may 2004-cü il tarixdə doğulması hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 göstərdi ki, Ərizəçi onun doğma qardaşı olmuş X5 arvadıdır. X17 Ərizəçi 2003-ci ilin mart ayında el adəti ilə toy edərək faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların faktiki nikah münasibətlərindən 02 may 2004-cü il tarixdə Kamil, 08 fevral 2005-ci il tarixdə Ramil və 25 fevral 2012-ci il tarixdə Aysu adlı üç nəfər uşaqları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə nikahlarını rəsmiləşdirməmişlər. 08 fevral 2005-ci il təvəllüdlü Ramil və 25 fevral 2012-ci il təvəllüdlü Aysu üçün doğum haqqında şəhadətnamələr alınsa da, 02 may 2004cü il təvəllüdlü Kamil ev şəraitində doğulmuş, qardaşı Xanlar və arvadı Nüşabə qanunu bilmədikərindən həmin uşaq üçün vaxtında xəstəxanaya müraciət edərək həkim arayışı almamışlar. Eləcə də Xanların sağlığında ikən Qeydiyyat Şöbəsinə müraciət edərək uşaqların atalığını müəyyən etdirməmişlər. Bu onların hər ikisinin səhlənkarlığı ucbatından baş vermişdir. Bu səbəbdən 08 fevral 2005-ci il təvəllüdlü Ramilin və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun doğum haqqında şəhadətnamələrində uşaqların soyadı analarının soyadına uyğun olaraq Məmmədov, Məmmədova, ata adı analarının deməsinə görə Xanlar yazılmışdır. Gəlinləri Nüşabə X22 birgə yaşadıqları müddətdə ailə münasibətləri normal olmuşdur. Xanlar 03 may 2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Hal-hazırda Nüşabə Xanlarla faktiki nikahlarından olan uşaqları Kamil, Ramil və Aysu ilə birlikdə Xaçmaz rayonunun Xudat şəhərində yaşayır. Heç bir yerdə işləməməklə uşaqları tək saxlamaqda çətinlik çəkdiyindən və maddi vəziyyəti ağır olduğundan ərinin vəfatından sonra ailə başçısının itirilməsinə görə pensiya təyinatı ilə bağlı müvafiq qaydada müraciət etmiş, lakin uşaqların atalığı müəyyən olunmadığına və bir uşağı üçün doğum haqqında şəhadətnamə alınmadığına görə o, müavinət təyin edilməsi məsələsini həll edə bilməmiş və ona Maraqlı şəxsnə müraciət etməsini tövsiyyə etmişlər. Bundan sonra o, uşaqların atalığının müəyyən edilməsi və uşağı Kamil üçün doğum haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin hazırda uşaqların atası vəfat etdiyindən, eləcə də 02 may 2004-cü il təvəllüdlü uşağı Kamilin doğumu barədə vaxtında tibbi arayış almadığından müraciətinin həlli mümkün olmamış və Qeydiyyat Şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər qaynı X15, ərizəçinin qonşusu X2 şahid X6 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Mülki işə əlavə edilmiş AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli, 1248/2 saylı arayışdan görünür ki, Ərizəçi qızı ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Mülki işə əlavə edilmiş 15 dekabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 677864 nömrəli və 15 dekabr 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 677862 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi qızının 08 fevral 2005-ci ildə Ramil və 25 fevral 2012-ci ildə Aysun adlı uşaqları anadan olmuş, uşaqların doğum haqqında şəhadətnamələrində soyadları analarının soyadına uyğun olaraq Məmmədov, Məmmədova, ata adı analarının deməsinə görə Xanlar yazılmış, ata qrafasında X8, ana qrafasında Ərizəçi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş 07 may 2021-ci il tarixli, Az-İİ seriyalı, 177576 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin əri X13 03 may 2021-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli, 439 nömrəli arayışdan görünür ki, 02 may 2004-cü ildə anadan olmuş X3 barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 14 iyul 2021-ci il tarixədək edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş, Ərizəçi və digər 2 nəfər Xudat şəhər sakinlərinin iştirakı ilə tərtib edilərək Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 22 oktyabr 2021-ci il tarixli fotoşəkilli aktdan görünür ki, aktda göstərilən fotoşəkil həqiqətən X4 aiddir və X9 anadan olduğu tarixdən hal-hazıra kimi Xaçmaz rayonunun Xudat şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yaşayır. Mülki işə əlavə edilmiş “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X20 Xaçmaz Ailə Sağlamlıq Mərkəzinin Bölmə rəhbəri tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, 749 saylı arayışdan görünür ki, X1 şəhər xəstəxanasında doğulmamış və ona doğum haqqında tibbi arayış verilməmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs 14 iyul 2021-ci il tarixli, 05/Q-329-15 saylı məktubundan görünür ki, Ərizəçi uşaqların atalığının müəyyən edilməsi və uşağı- 02 may 2004-cü il təvəllüdlü X9 üçün doğum haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin hazırda uşaqların atası vəfat etdiyindən, eləcə də 02 may 2004-cü il təvəllüdlü uşağı Kamilin doğumu barədə vaxtında tibbi arayış təqdim olunmadığından ərizəçinin müraciətinin həlli mümkün olmamış və Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və iş materiallarından müəyyən olunur ki, həqiqətən də Ərizəçi qızı 2003-ci ilin mart ayında el adəti ilə toy edərək X13 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların faktiki nikah münasibətlərindən 02 may 2004-cü il tarixdə Kamil, 08 fevral 2005-ci il tarixdə Ramil və 25 fevral 2012-ci il tarixdə Aysu adlı üç nəfər uşaqları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə ərizəçi və əri nikahlarını rəsmiləşdirməmişlər. 08 fevral 2005-ci il təvəllüdlü uşaqları Ramil və 25 fevral 2012-ci il təvəllüdlü Aysu üçün doğum haqqında şəhadətnamələr alınsa da, 02 may 2004-cü il təvəllüdlü uşaqları Kamil ev şəraitində doğulmuş, qanunu bilmədiklərindən həmin uşaq üçün vaxtında xəstəxanaya müraciət edərək həkim arayışı almamışlar. Eləcə də ərizəçi və əri vaxtında Qeydiyyat Şöbəsinə müraciət edərək uşaqların atalığını müəyyən etdirməmişlər. Bu səbəbdən 08 fevral 2005ci il təvəllüdlü Ramilin və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun doğum haqqında şəhadətnamələrində uşaqların soyadı ananın soyadına uyğun olaraq Məmmədov, Məmmədova, ata adı ananın deməsinə görə Xanlar yazılmışdır. Ətizəçi Ərizəçi X22 birgə yaşadıqları müddətdə ailə münasibətləri normal olmuşdur. Xanlar İsayev 03 may 2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Hal-hazırda ərizəçi mərhum əri Xanlarla faktiki nikahlarından olan uşaqları Kamil, Ramil və Aysu ilə birlikdə Xaçmaz rayonunun Xudat şəhərində yaşayır. Heç bir yerdə işləməməklə uşaqları tək saxlamaqda çətinlik çəkdiyindən və maddi vəziyyəti ağır olduğundan ərinin vəfatından sonra ailə başçısının itirilməsinə görə pensiya təyinatı ilə bağlı müvafiq qaydada müraciət etmiş, lakin uşaqların atalığı müəyyən olunmadığına və bir uşağı üçün doğum haqqında şəhadətnamə alınmadığına görə o, müavinət təyin edilməsi məsələsini həll edə bilməmiş və ona Maraqlı şəxsnə müraciət etməsini tövsiyyə etmişlər. Bundan sonra ərizəçi uşaqların atalığının müəyyən edilməsi və uşağı Kamil üçün doğum haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin hazırda uşaqların atası vəfat etdiyindən, eləcə də 02 may 2004-cü il təvəllüdlü uşağı Kamilin doğumu barədə vaxtında tibbi arayış almadığından müraciətinin həlli mümkün olmamış və Qeydiyyat Şöbəsi tərəfindən ona atalığın etiraf olunması və doğum faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.1, 307.2.3 və 307.2.10-cu maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun qeyd edilmə və atalığın etiraf olunması faktlarını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, Ərizəçi X5 08 fevral 2005-ci il təvəllüdlü Ramil və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun atası olması, eləcə də X13 ilə faktiki ailə münasibətlərindən uşaqları Kamilin 02 may 2004-cü il tarixdə doğulması faktlarını təsdiq edən lazımi sənədlari başqa qaydada ala bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi hazırki həcmdə əsaslı olduğundan təmin edilməli, 04 aprel 1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş və 03 may 2021-ci il tarixdə vəfat etmiş X5 02 may 2004-cü il təvəllüdlü Kamilin, 08 fevral 2005-ci il təvəllüdlü Ramilin və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun atası olmasını etiraf etməsi, elədə də Ərizəçi qızı ilə X5 faktiki ailə münasibətlərindən uşaqları Kamilin 02 may 2004-cü il tarixdə doğulması hüquqi faktları məhkəmə tərəfindən müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 aprel 1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş və 03 may 2021-ci il tarixdə vəfat etmiş X5 02 may 2004-cü il təvəllüdlü Kamilin, 08 fevral 2005-ci il təvəllüdlü Ramilin və 25 fevral 2012-ci il təvəllüdlü Aysunun atası olmasını etiraf etməsi, elədə də Ərizəçi qızı ilə X5 faktiki ailə münasibətlərindən uşaqları Kamilin 02 may 2004-cü il tarixdə doğulması hüquqi faktları müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar