Məhkəmə qərarları › İş №2(067)-2682/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2682/2021

24.09.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2682/2021 24.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi 14.06.1987-ci il tarixdə anadan olmuş oğlu X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, ərizəçi 14.06.1987-ci il tarixdə anadan olmuş oğlu X1 barsində ölüm aktı qeydinin aşkar edilibedilməməsi barədə aidiyyəti quruma, Xaçmaz Rayon Qeydiyyat Şöbəsinə rəsmi müraciət etmədən ərizə ilə birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Xaçmaz Rayon Qeydiyyat Şöbəsinə rəsmi müraciət etdikdən sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə Xaçmaz Rayon Qeydiyyat Şöbəsinə rəsmi müraciət etdikdən sonra yenidən ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar