Məhkəmə qərarları › İş №2(067)-2702/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2702/2021

27.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2702/2021 27.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçılardan yalnız İddiaçı1 mirasın qəbul edilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Digər iddiaçılar tərəfindən notariat orqanına rəsmi müraciət edilməmişdir. Bununla yanaşı İddiaçı1 notariat orqanına rəsmi müraciətinə cavab olaraq, vərəsəlik işinin aparılması ilə əlaqədar hüquq müəyyən edici sənədlərin tam təqdim edilməməsinə görə vərəsəlik işinin aparılmasının mümkün olmaması göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4.-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya qeyd edilən prosessual tələblərə riayət etdikdən sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya qeyd edilən prosessual tələblərə riayət etdikdən sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar