Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2715/2021 27.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçılar İddiaçı1 Fəxrətdin qızı və İddiaçı2 Fəxrətdin qızının cavabdeh Ekici (Ağayeva) Sinəvər Fəxrətdin qızına qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələblərinə dair iş üzrə iddiasının mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçılar İddiaçı1 Fəxrətdin qızı və İddiaçı2 Fəxrətdin qızı cavabdeh Ekici (Ağayeva) Sinəvər Fəxrətdin qızına qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarını araşdıraraq müəyyən etdim ki, dövlət rüsumu iddiaçıların qanuni nümayəndələri tərəfindən yalnız bir iddiaçı üçün köçürülmüşdür. Hazırkı iddia ərizəsində iki iddiaçı olduğu üçün əlavə 10 (on) manat məbləğində dövlət rüsumu köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıların qanuni nümayəndəsinə izah olunmalıdır ki, göstərilən nöqsanı aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqları vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı1 Fəxrətdin qızı və İddiaçı2 Fəxrətdin qızının cavabdeh Ekici (Ağayeva) Sinəvər Fəxrətdin qızına qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıların qanuni nümayəndəsinə göstərilən nöqsanı aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov
Məhkəmə qərarları › İş №2(067)-2715/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2715/2021
27.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver