Məhkəmə qərarları › İş №2(067)-2716/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2716/2022

15.12.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2716/2022 15.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 15 dekabr 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1943-cü il təvəllüdlü X17- Zeynalabdin Mirəsəd oğlunun 15 aprel 2020-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X17-Zeynalabdin Mirəsəd oğlu 15 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Lakin onun səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyindən vaxtında atası xx.xx.1943-cü il tarixdə anadan olmuş Zeynalov Mir-Zeynalabdin Mirəsəd oğlunun ölümü barədə tibbi şəhadətnamə almamışdı. Atası 15 aprel 2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından atasının ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. X17-Zeynalabdin Mirəsəd oğlu 15 aprel 2020-ci il tarixdə vəfat edib və anadan olduğu Xaçmaz rayonunun Ərəb kənd camaatının iştirakı ilə kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçi tərəfin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə dostdur. Ərizəçinin atasının dəfnində iştirak etmişdir. Mərhum Xaçmaz rayonunun Ərəb kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi ilə dostdur. Ərizəçinin atasının evi onların evindən 2 küçə aralıda yerləşir. Ərizəçinin atası 15 aprel 2020-ci il tarixdə vəfat edib, dəfndə iştirak etmişdir. Dəfndə digər dostları İbrahim, Nurlan, Yaşar da iştirak etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi atası X3, anası X11 qeyd edilmişdir. İş materiallarından görünür ki, ərizəçi Zeynalov Mir-Zeynalabdin Mirəsəd oğlunun qohumudur. İş materiallarında olan Gülanə Lətifovanın, Elşad Zeynalovun, Cəlal Ağayevin iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Zeynalov Mir-Zeynalabdin Mirəsəd oğlu 15 aprel 2020-ci il tarixdə yaşadığı ünvanda vəfat etmiş və Ərəb kənd qəbristanlığında dəfn olunmuşdur. Onlar da qonşu kimi dəfndə iştirak etmişlər. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zeynalov Mir-Zeynalabdin Mirəsəd oğlu barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X6 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X14 xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1943-cü il təvəllüdlü X2 15 aprel 2020-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X3 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X9 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1943-cü il təvəllüdlü Zeynalov Mir-Zeynalabdin Mirəsəd oğlunun 15 aprel 2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X15-Zeynalabdin Mirəsəd oğlunun ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar