Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2717/2021 25.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, eləcə də ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair ilk iddia tələbi, Cavabdeh1 İddiaçı “Reyestrdən çıxarışın ləğv edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Süleyman Rəhimov küçəsi 20 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların ailə üzvləri ilə birlikdə həmin yaşayış evindən və evin yerləşdiyi 0,0152 ha hissədə həyətyanı torpaq sahəsindən çıxarılmaları, eləcə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəymiş zərərin əvəzi olaraq 14.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı adına Xaçmaz şəhəri, Süleyman Rəhimov küçəsi 20 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə dair işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, uzun müddətdir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir. İşlədiyi müddət ərzində o, iş yerinə yaşadığı Xaçmaz rayonunun Hacıqurban-oba kəndindən gəlib-getmişdir. Yaşayış evi iş yerindən uzaq olduğundan və hər gün işə gedib-gəlmək çətinlik yaratdığından 2015-ci ilin iyun ayında Xaçmaz şəhərində yaşayış evi almaq qərarına gəlmiş və bu barədə maraqlandıqda ilk iddia üzrə cavabdeh, qarşılılqlı iddia üzrə iddiaçı Cavabdeh1 Xaçmaz şəhəri, Süleyman Rəhimov küçəsi 20 nömrəli ünvanda yerləşən fərdi yaşayış evini satdığını öyrənmiş və Cavabdeh1la görüşüb qarşılıqlı qiymət razılaşmışlar. Bundan sonra onlar birlikdə Xaçmaz rayon 1 saylı Notariat Kontoruna getmişlər. Notariat Kontorunda təsdiq olunmuş 07 iyun 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Xaçmaz şəhəri, Süleyman Rəhimov küçəsi ev № 20 ünvanında istifadədə olan 0,0152 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119,4 kv.metr, yaşayış sahəsi 69,6 kv.metr və yardımçı sahəsi 49,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini ona satmışdır. Sonradan alqı-satqı müqaviləsi əsasında o, yaşayış evinə mülkiyyət hüququna dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Yaşayış evi ona satıldıqdan və evin yerləşdiyi torpaq sahəsi onun istifadəsinə verildikdən sonra Cavabdeh1, onun həyat yoldaşı və yetkinlik yaşına çatmış digər ailə üzvləri olan ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ona vəd vermişlər ki, bir ay müddətində həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxacaqlar. Vəd olunmuş müddət ötdükdən sonra isə onlar əlavə 5-6 ay müddət istəyərək kirayədə qalmalarına icazə verməsini ondan xahiş etmiş və qaldıqları hər ay müddətinə görə kirayə haqqını ödəyəcəklərinə söz vermişlər. Lakin cavabdehlər həmin vədlərinə də əməl etməyərək aldatma yolu ilə onun əmlakından qanunsuz istifadə etməkdə davam edirlər. Dəfələrlə ilk iddia üzrə cavabdehlərdən yaşayış evini boşaltmalarını və qeydiyyatdan çıxmalarını tələb etsə də cavabdehlər bundan imtina etmişlər. Cavabdehlərin hərəkətləri nəticəsində onun mülkiyyətinə aid əmlak üzərində hüquqları məhdudlaşmışdır. Cavabdehlər ona əmlaklarından istifadə etməyə imkan vermirlər. Hesab edir ki, cavabdelərin qanunsuz hərəkətləri onun qanunla qorunan mülkiyyət və istifadə hüquqlarını pozur. Cavabdehlər ona məxsus evdən vaxtında çıxsaydılar o, həmin evi kirayəyə verməklə bu müddət ərzində 14.000 manat məbləğində gəlir əldə edə bilərdi. O, həmin gəlirdən də məhrum olunmuşdur. Hazırda da cavabdehlər və ailə üzvləri ona məxsus evdə qanunsuz yaşamaqla könüllü olaraq evdən çıxmadıqlarından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddiasının təmin edilməsini, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Süleyman Rəhimov küçəsi 20 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların ailə üzvləri ilə birlikdə həmin yaşayış evindən və evin yerləşdiyi 0,0152 ha həyətyanı torpaq sahəsindən çıxarılmaları, eləcə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəymiş zərərin əvəzi olaraq 14.000 manat pulun alınaraq ona verilməsi, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatı ilə eyni məzmunlu izahat verməklə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, eləcə də də ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, həqiqətən 2015-ci ildə ona məxsus Xaçmaz şəhəri, S.Rəhimov küçəsi 20 saylı ünvanda yerləşən yaşayış evinin alq-satqısına dair ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında razılaşma olmuş, o, yaşayış evini İddiaçı 65000 manata satdığını bildirmiş, cavabdeh onunla razılaşaraq indiki halda 10000 manat pul verəcəyini, qalan 55000 manatı 5-6 aya verə biləcəyini bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğundan o, cavabdehlə razılaşmış, birlikdə Xaçmaz rayon notaliat kontoruna gedərək evi 10000 manata alqı-satqı etmişlər. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi bütövlükdə alqı-satqı predmeti olmamış, yalnız tikinti altı sahə müqavilədə qeyd edilmişdir. İddiaçıla razılaşmışlar ki, satdığı evin dəyərinin qalan hissəsi olan 55000 manat pulu o, ödədikdən sonra torpaq sahəsinin qalan hissəni də alqı-satqı edəcəkdir və həmin evdən pulu aldıqdan sonra çıxacaqdır. Sonradan İddiaçı dəfələrlə pulunu istəsə də, sonuncu ona hazırda pulu olmadığını, evdə yaşamaqda davam etmələrini, pulu verdikdən sonra evdən çıxmalarını və qalan torpaq sahəsini də adına rəsmiləşdirmələrini bildirmişdir. Lakin sonradan Nazir onun qalan pulunu vəd verdiyi vaxtda ödəmədiyindən ona müraciət edərək pulun dəyərinin düşdüyünü, evlərin qiymətinın qalxdığını, 55000 manatı ona ödəməsə evi ala bilməyəcəyini demiş, Nazir ona pulu düzəldə bilmədiyini, ona verdiyi 10000 manat pulu qaytarmasını, pulu qaytardıqda sözü gedən evi adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin bununla bağlı aralarında razılaşma baş tutmamışdır. O, İddiaçı bildirmişdir ki, 6-7 il onu aldadaraq evin qalan pulunu vermədiyindən ondan aldığı 10.000 manat pulu da geri qaytarmayacaqdır. Bundan sonra İddiaçı ona qarşı məhkəmədə hazırki iddianı qaldırmışdır. İddia tələbini əsassız hesab edir və həmin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını, İddiaçı adına Xaçmaz şəhəri, S.Rəhimov küçəsi 20 saylı ünvanda yerləşən yaşayış evinə dair işlənmiş daşınmaz əmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, ilk iddia iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 30 iyul 2021-ci il tarixli, 160-17987-1221 nömrəli məktubundan və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Orucov X1 şəhəri, S.Rəhimov küçəsi 20 saylı ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli, 357 nömrəli arayışdan görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Adilov X4 rayonunun Hacıqurbanoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 28 oktyabr 2021-ci il tarixli, 05/Q-571/15 nömrəli məktubundan görünür ki, Xaçmaz ratyonunun Müşkür İcra nümayəndəliyində 01 sentyabr 1957-ci il tarixdə tərtib edilmiş 68 saylı doğum akt qeydində İddiaçı soyadı “Adilov”, adı “Nazir”, ata adı “Hüseyn kimi yazılmışdır. İş materiallarında olan 07 iyun 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-967 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Orucov X2 şəhəri, S.Rəhimov küçəsi 20 saylı ünvanda istifadədə olan 0,01516 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,4 kv.metr, yaşayış sahəsi 69,6 kv.metr və yardımçı sahəsi 49,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 manata satmışdır. İş materiallarında olan ********* qeydiyyat nömrəli, 18 sentyabr 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda istifadədə olan 0,0152 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 119,4 kv.metr, yaşayış sahəsi 69,6 kv.metr və yardımçı sahəsi 49,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə iclası zamanı ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə alqı-satqı yolu ilə notarial qaydada əldə etdiyi və alqı-satqı müqaviləsi əsasında xususi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mübahisəli Xaçmaz şəhəri, Süleyman Rıhimov küçəsi 20 nömrəli yaşayış evindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirildiyini, sonuncuların və ailə üzvlərinin həmin yaşayış sahəsindən qanunsuz istifadə etməklə evdən çıxmamalarını, qanunsuz hərəkətləri nəticəsində ona keçən müddət ərzində 14.000 manat məbləğində ziyan dəyməsini sübutetmə yükü düşür. Əksinə olaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 üzərinə mübahisəli Xaçmaz şəhəri, Süleyman Rıhimov küçəsi 20 saylı yaşayış evinin ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı 65.000 manata satıldığını, evin pulundan 10.000 manatı verilsə də qalan 55.000 manat pulun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmədiyini, bu səbəbdən alqı-satqı müqaviləsi əsasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarış qanunsuz olduğundan ləğv olunmalı olduğunu sübutetmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Aparılmış məhkəmə araşdırması zamanı iş materialları ilə ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı 07 iyun 2015-ci il tarixdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı razılaşma əsasında notarial qaydada sonuncuya məxsus ünvan 7 ünvanda istifadədə olan 0,0152 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini satın alması, sonradan həmin alqı-satqı müqaviləsi əsasında qeyd olunan yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirildiyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli evin özgəninkiləşdirildiyi andan həmin yaşayış sahəsindən istifadə hüquqlarının itirildiyi, lakin buna baxmayaraq sonuncuların və ailə üzvlərinin ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə aid evdən çıxmadıqları halı öz təsdiqini tapmışdır. Lakin məhkəmə tədqiqatı zamanı ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində keçən müddət ərzində ona 14.000 manat məbləində maddi ziyan dəydiyini göstərsə də ilk iddia tələbnin bu hissədə əsası kimi istinad etdiyi halı sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hal aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisələndirilən fərdi yaşayış evini ilk iddia üzrə iddiaçı, qarşılılqlı iddia üzrə cavabdeh İddiaçı 65.000 manata satdığını, sonuncunun evin pulundan ona 10.000 manat hissəsini verdiyini, lakin qalan 55.000 manatını isə ona ödəmədiyini, bu səbəbdən İddiaçı adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmalı olduğunu göstərsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə Qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməklə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Süleyman Rəhimov küçəsi 20 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməli və onlar ailə üzvləri ilə birlikdə həmin yaşayış evindən və evin yerləşdiyi 0,0152 ha həyətyanı torpaq sahəsindən çıxarılmalıdırlar. İlk iddia tələbi 14.000 manat ziyan tələbinə dair hissədə, eləcə də qarşılıqlı iddia tələbi bütövlükdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyinə görə dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Süleyman Rəhimov küçəsi 20 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin və onlar ailə üzvləri ilə birlikdə həmin yaşayış evindən və evin yerləşdiyi 0,0152 ha həyətyanı torpaq sahəsindən çıxarılsınlar. İlk iddia tələbi 14.000 manat ziyan tələbinə dair hissədə, qarşılıqlı iddia tələbi isə bütövlükdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev.