Məhkəmə qərarları › İş №2(067)-2740/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2740/2021

26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2740/2021 26.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə tanınması və sair tələbinə dair mülki işə 26 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 10.08.2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı, yəni qızı X11 ölümündən sonra açılmış mirasa dair ləyaqətsiz vərəsə tanınması və onun mirasa dair vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2005-ci ildə qızı Raisa ilə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin tarixdə də qızı cavabdehin yaşadığı Xaçmaz rayonu Köhnə Xudat kəndinə gəlin köçmüşdür. Aralarında rəsmi nikah 20.05.2009-cu il tarixdə bağlanmışdır. Onların birgə nikahlarından 2 uşaqları vardır. 02.08.2020-ci il tarixdə cavabdeh qısqanclıq zəminində həyat yoldaşı, yəni qızı Raisa Rəşidovanı döyərək ona çox saylı ağır xəsarətlər yetirmiş, nəticədə qızı Raisa həmin xəsarətlərdən 10.08.2020-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı cavabdehin barəsində AR CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və cavabdeh həbsə alınmışdır. Həmin cinayət işi üzrə o ölmüş zərərçəkmiş şəxsin hüquq varisi tanınmışdır. İstintaq zamanı cavabdeh ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qəsdən öldürdüyünü və buna görə peşman olmadığını bildirmişdir. Mərhum qızının ölümündən sonra miras qalan bəzi əmlaklar var. Belə ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən və tam mülkiyyət hüququ ilə ona məxsus yaşayış evinin yerləşdiyi 0,30 ha həyətyanı torpaq sahəsi onun və digər 4 nəfər ailə üzvlərinin, o cümlədən qızı Tarverdiyeva (Rəşidova) Raisa Sədrəddinovnanın birgə mülkiyyətidir. Bundan əlavə Xaçmaz rayon AİK-nın 25 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə onun və digər 4 nəfər ailə üzvlərinin, o cümlədən qızı Tarverdiyeva (Rəşidova) Raisa Sədrəddinovnanın adına Bostançı kəndi ərazisindən 3.13 ha torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, qızı X10 vəfatından sonra o öz adından, nə də nəvələrinin adından mirasın qəbulu ilə əlaqədar notariat kontoruna müraciət etməmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırkı vaxta qədər o nəvələrinin üzərində qəyyum təyin edilməmişdir. Bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iddiaçının izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0008 saylı 30208028 nömrəli dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 25.03.1998-ci il tarixli 03 nömrəli qərarına əsasən X2, X5, X3, X4 və X1 mülkiyyətinə 3,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********45-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən 0,30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam İddiaçı Mövlud oğlunun, torpaq sahəsi ümumi birgə İddiaçı Mövlud oğlunun, X7, X8, X6 və X9 adına 02.06.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 10.08.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında iddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat orqanına müraciət etməmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bundan əlavə iddiaçı məhkəmə iclasında bildirmişdir ki, qızı X10 vəfatından sonra o öz adından, nə də nəvələrinin adından mirasın qəbulu ilə əlaqədar notariat kontoruna müraciət etməmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırkı vaxta qədər o nəvələrinin üzərində qəyyum təyin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı miras əmlakın qəbulu ilə bağlı müvafiq DNK-ya müraciət etmədiyindən MM-nin 1139-cu maddəsinə əsasən onun iddia tələbi üzrə subyektiv hüququ yaranmamışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yaranmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə tanınması və sair tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar