Məhkəmə qərarları › İş №2(067)-2751/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2751/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2751/2021 15.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz şəhəri, Vidadi küçəsi, 46 saylı yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Vidadi küçəsi, ev 46-da xüsusi mülkiyyətinə aid əmlakdır. O, bu yaşayış evini qanuni əsaslarla əldə etmişdir. Cavabdehlər mülkiyyətində olan evdə onun razılığı və məlumatı olmadan formal qeydiyyatda qalmışlar. Onların evinə hansı qaydada qeydiyyata düşdükləri ona məlum deyildi. O, bunu yaxın vaxtlarda bilmişdir. Cavabdehlərin ünvanlarını da tapa bilmir ki, onları formal olaraq qeydiyyatda qaldıqları evindən qeydiyyatdan çıxarsın. Cavabdehlərin onun evində heç bir hüquqları yoxdur. Evin bütün xərclərini o, ödəyir. Cavabdehlər onun ailə üzvləri deyildir, ümumiyyətlə ayrı ünvanda yaşayırlar və qanunla müəyyən olunmuş qaydada yaşayış sahəsinə və kommunal xidmətlərə görə kirayə haqqı ödəmirlər. Hesab edir ki, cavabdehlərin ona məxsus evdə formal ola saxlanılmalarinin heç bir əsası yoxdur. Cavabdehlərin evlə bağlı heç bir əlaqələri yoxdur. Ona görə də, onun iddiası təmin olunmalı və cavabdehlərin onun evindən hüquqları itirilmiş hesab olunumalıdır. Beləliklə də, cavabdehlərin evində formal qeydiyyatının saxlanılması yolverilməzdir. Hal-hazırda onların harada yaşamasını dəqiq bilmir. Yuxarıda göstərdiyi ünvan cavabdehlərin ona məlum olan son yaşayış ünvanıdır. Ona görə də o, cavabdehlərin ünvanını belə göstərmişdir. Ona görə də hesab edir ki, onun iddiası təmin olunmalı və cavabdehlərin onun evindən hüquqları itirilmiş hesab olunmalıdır. Beləliklə də, cavabdehlərin evində formal qeydiyyatının saxlanılması yolverilməzdir. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, ərizəçini 30 ildən artıq müddət tanıyır. Ərizəçi əri ilə birgə yaşayıb. Bir ildir ki, əri vəfat edib. Uşaqları isə Rusiya Federasiyasında yaşayırlar. Nadejdanın evində başqa heç kəs yaşamır o, qeyd olunan evdə tək qalır. Cavabdehlər isə tanımır və heç vaxt onları Nadejdanın evində görməyib. İş üzrə şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, ərizəçini 30 ildən artıq müddət tanıyır. Ərizəçi əri ilə birgə yaşayıb. Bir ildir ki, əri vəfat edib. Uşaqları isə Rusiya Federasiyasında yaşayırlar. Nadejdanın evində başqa heç kəs yaşamır o, qeyd olunan evdə tək qalır. Cavabdehlər isə tanımır və heç vaxt onları Nadejdanın evində görməyib. Məhkəmə ərəzəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı 02 noyabr 2021-ci il tarixli, 132 saylı məktubundan görünür ki, Xaçmaz şəhəri, Vidadi küçəsi 46 saylı evin sahibi İddiaçı məxsus olan evdə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 1998-ci ildən qeydiyyatda olsalar da, qeyd olunan ünvanada faktiki olaraq yaşamırlar. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmim Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, cavabdehlər hal-hazrıda ünvan 4 ünvanda yerləşən evdə yaşamırlar və onların həmin evə qeydiyyatları formal xarakter daşıyır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə əsasən hesab edir ki, cavabdehlərin həmin evdə istifadə hüquqlarına xitam verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəfin izahatını və iş materialları ilə tam olaraq sübuta yetirilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan evdə qeydiyyatda olsalar da uzun müddətdir ki, yaşamırlar. Ona görə də cavabdehlər mübahisəli evdən yaşayış hüquqlarını itirdiyindən həmin evdən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Ona görə də iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyəti olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Vidadi küçəsi, ev 46 saylı ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz şəhəri, Vidadi küçəsi, ev 46 saylı ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar