Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2799/2022 15.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Quba rayonu Xanagah kəndində anadan olmuş X2nun xx.xx.1990-cı ildə Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X2 1910-cu ildə Quba rayonu Xanagah kəndində anadan olmuşdur. Atası Xaçmaz şəhəri Məktəbli küçəsi 23 saylı evdə yaşamışdır. Atası xx.xx.1990-cı ildə öz evlərində vəfat etmişdir. O, onun dəfn mərasimini keçirmiş və atasını Xaçmaz şəhər qəbirstanlığında dəfn etmişdir. Bu barədə Xaçmaz Qeydiyyat şöbəsinə ölüm şəhadətnaməsinin alınması üçün müraciət etmiş, lakin oradan onlara məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür.. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. Atasını da tanıyır. Salman kişidir. Atası vəfat edib.Atası ayrı yaşayırdı, Rəhimə də gəlib orda qalırdı. Dəfn mərasimi də atasının evində olub. O, ərizəçinin atasının qonşusudur. Məhkəmə iclasında şahid qismində ifadə verən Elza Apazova ifadəsində göstərmişdir ki, ərizəçinin atasını bir qonşu kimi tanıyır. Məktəbli küçəsində qonşudurlar. O evdə Rəhimə, atası və anası yaşayırdı. Atası Salman, anası Tavatdır. Atası rəhmətə gedib. Anası da rəhmətə gedib. Lap yaxın qonşu olublar. Rəhimə də orda yaşayıb. Məhkəmə, ərizəçinin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuşdur. İş materiallarında olan doğum haqqındda şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuşdur. X2, anası X5 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan müəyyən olunur ki, X6 ilə anası X5 xx.xx.1959-cu ildə nikaha daxil olublar. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı 25 may 2022-ci il tarixli arayışından görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışında müəyyən olunur ki, Ərizəçi ünvan 2 ünvanda yaşayır. İş materiallarından görünür ki, ərizəçi, X3 qızıdır. İş materiallarında olan Elza Apazovanın, Kasbaba Seyidməmmədovun və Elnarə Əhmədovanın iştirakı ilə tərtib olunmuş aktlardan müəyyən olunur ki, X6xx.xx.1990-cı il tarixdə vəfat etmiş və Xaçmaz şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X6 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 1910-cu ildə Quba rayonu Xanagah kəndində anadan olmuş X3 xx.xx.1990-cı il tarixdə Xaçmaz şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2799/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2799/2022
15.11.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver