Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-28/2022 19.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Mülkiyyətə qəsd edən hərəkətləri son qoyulması və torpaq sahəsindən istifadəyə yaradılan maneçiliklərin aradan qaldırılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun mülkiyyətinə aid, Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən istifadəsi ilə bağlı mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması, cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəsinə törədilən maneçiliklərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin fikrini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən iddiaçı X4 mülkiyyətinə yaşadığı Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən 0,08 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ torpağa mülkiyyət hüququna dair JN-139 seriyalı, 30219018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X5 özünə məxsus mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan vermirlər, iddiaçının mülkiyyətinə qəsd edən hərəkətlərə yol verirlər. Bu səbəbdən iddiaçı torpaq sahəsindən istifadə edə bilmir və torpaq sahəsində təsərrüfatla məşğul olmaq imkanından məhrum olunmuşdur. İddiaçı dəfələrlə cavabdehlərə öz əməllərindən əl çəkmələrini bildirsə də cavabdehlər öz hərəkətlərindən əl çəkməmiş, torpaq sahəsindən istifadə etməsinə qəsdən maneəçiliklər törədirlər. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili olaraq iddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətinə aid, Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən istifadəsi ilə bağlı mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması, cavabdehlər tərəfindən iddiaçıya torpaq sahəsindən istifadəsinə törədilən maneçiliklərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Ağ-çay kəndində yaşayır. İddiaçı məhkəmədə ona və digər Cavabdeh2 qarşı iddia qaldıraraq göstərir ki, guya onlar ona özünə məxsus mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan vermirlər, mülkiyyətinə qəsd edən hərəkətlərə yol verirlər. Bu səbəbdən torpaq sahəsindən istifadə edə bilmir və torpaq sahəsində təsərrüfatla məşğul olmaq imkanından məhrum olunmuşdur. Tərəflərindən yol verilən hərəkətlərə son qoyulmasını və maneəçiliklərin aradan qaldırılmasını xahiş edir. O, iddianı əsassız hesab edir. Belə ki, onun tərəfindən iddiaçının mülkiyyətinə qəsd edilən hərəkətlərə yol verilmir, iddiaçıya torpaq sahəsindən istifadə etməsi ilə bağlı heç bir maneəçilik törədilmir. Bu hallar həqiqətə uyğun deyildir. Ona görə də iddianın ona aid hissədə təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun Xaçmaz rayonunin Müşkür kəndi ərazisində 0,08 ha torpaq sahəsi vardır. Həmon torpaq sahəsi iddiaçı X4 torpaq sahəsi ilə qonşuluqda yerləşir. İddiaçı məhkəmədə ona və digər Cavabdeh1 qarşı iddia qaldıraraq bildirmişdir ki, guya o və digər cavabdeh ona özünə məxsus mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan vermirlər, mülkiyyətinə qəsd edən hərəkətlərə yol verirlər. Bu səbəbdən torpaq sahəsindən istifadə edə bilmir və torpaq sahəsində təsərrüfatla məşğul olmaq imkanından məhrum olunmuşdur. Tərəflərindən yol verilən hərəkətlərə son qoyulmasını və maneəçiliklərin aradan qaldırılmasını xahiş edir. O da iddianı əsassız hesab edir. Belə ki, onun tərəfindən iddiaçının mülkiyyətinə qəsd edilən hərəkətlərə yol verilmir, iddiaçıya torpaq sahəsindən istifadə etməsi ilə bağlı onun tərəfindən də heç bir maneəçilik törədilmir. Bu hallar həqiqətə uyğun deyildir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməliidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə İddiaçı Xaçmaz rayonunun Müşkür kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 09849954 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə cavabdeh X2 rayonun Ağ-çay kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 08221332 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan JN-139 seriyalı, 30219018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən 0,08 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktından müəyyən olunur ki, İddiaçı mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin planı və ölçüləri müəyyən edilmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" X1 mütəxəssisləri mübahisəli əraziyə yerində baxış keçirmişlər. İş materiallarında olan baxışın nəticəsinə dair 05 fevral 2022-ci il tarixli, C 33 nömrəli mütəxəssis rəyinin nəticə hissəsindən və rəyə əlavə edilmiş ölçü planından (koordinatlarla) görünür ki, mütəxəssislər tərəfindən mübahisəli ərazidə aparılan araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:
1. JN-139 seriyalı, 30219018 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı qzının mülkiyyətiunə verilmiş Xaçmaz rayonunun Müşkir kəndi ərazisində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin 0.05 ha hissəsi (konturu) plan cizgilərində gösdərilən ölçülər və cizgilər daxilində naturada mövcuddur.
2. JN-139 seriyalı , 30219018 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı qzının mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Müşkir kəndi ərazisində yerləşən 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,05 ha torpaq hissəsinin (konturunun) 0.0337 ha sahəsi cavabdehlər X9 və Cavabdeh2 tərəfindən istifadə olunur.
3. İddiaçı mülkiyyətinə aid Xaçmaz rayonunun Müşkir kəndi ərazisinbdə yerləşən 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər X9 və Cavabdeh2 tərəfindən maneələr mövcuddur. İddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə edə bilmir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssislərinin verdiyi mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Hüseyn Məmmədov tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 10/5193 saylı rəyin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisi Namiq Əhmədovun qeyd edilir ki, JN-139 seriyalı, 30219018 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı qzının mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Müşkir kəndi ərazisində yerləşən 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin 0.05 ha hissəsi (konturu) plan cizgilərində göstərilən ölçülər və cizgilər daxilində naturada mövcuddur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisi Namiq Əhmədovun qeyd edilir ki, JN-139 seriyalı, 30219018 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı qzının mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Müşkir kəndi ərazisində yerləşən 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.05 ha torpaq hissəsinin ( konturunun) 0.0337 ha sahəsi cavabdehlər X9 və Cavabdeh2 tərəfindən istifadə olunur. - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisi Namiq Əhmədovun qeyd edilir ki, İddiaçı mülkiyyətinə aid Xaçmaz rayonunun Müşkir kəndi ərazisinbdə yerləşən 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər X9 və Cavabdeh2 tərəfindən maneələr mövcuddur, İddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə edə bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpağa mülkiyyət hüququna dair JN-139 seriyalı, 30219018 kodlu dövlət aktına əsasən mülkiyyətində olan, Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən 0,08 ha torpaq torpaq sahəsindən istifadə etməyə imkan vermirlər, mülkiyyətinə qəsd edən hərəkətlərə yol verirlər. Bu səbəbdən torpaq sahəsindən istifadə edə bilmir və torpaq sahəsində təsərrüfatla məşğul olmaq imkanından məhrum olunmuşdur. Dəfələrlə cavabdehlərə hərəkətlərindən əl çəkmələrini bildirsə də cavabdehlər öz hərəkətlərindən əl çəkməmiş, torpaq sahəsindən istifadə etməsinə qəsdən maneəçiliklər törədirlər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh1 öz etirazını onunla əsaslandırmışdır ki, onun tərəfindən iddiaçının mülkiyyətinə qəsd edilən hərəkətlərə yol verilmir, iddiaçıya torpaq sahəsindən istifadə etməsi ilə bağlı heç bir maneəçilik törədilmir. Bu hallar həqiqətə uyğun deyildir. Ona görə də iddianın ona aid hissədə təmin olunmamasını xahiş edir. Həmçinin Cavabdeh2 öz etirazını onunla əsaslandırmışdır ki, onun tərəfindən də iddiaçının mülkiyyətinə qəsd edilən hərəkətlərə yol verilmir, iddiaçıya torpaq sahəsindən istifadə etməsi ilə bağlı heç bir maneəçilik törədilmir. Bu hallar həqiqətə uyğun deyildir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Göründüyü kimi bu zaman İddiaçı üzərinə xüsusi mülkiyyətinə aid Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən istifadə etməyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 imkan vermməsi, mülkiyyətinə qəsd edən hərəkətlərə yol vermələri, bu səbəbdən torpaq sahəsindən istifadə edə bilməməsi və torpaq sahəsində təsərrüfatla məşğul olmaq imkanından məhrum olunmasını, dəfələrlə cavabdehlərə öz hərəkətlərindən əl çəkmələrini bildirsə də sonuncuların öz hərəkətlərindən əl çəkməsi, torpaq sahəsindən istifadə etməsinə qəsdən maneəçiliklər törətmələrini sübutetmə yükü düşür. Əksinə olaraq, cavabdehlərin üzərinə tərəflərindən iddiaçının mülkiyyətinə qəsd edilən hərəkətlərə yol verilməməsi, iddiaçıya torpaq sahəsindən istifadə etməsi ilə bağlı heç bir maneəçilik törədilməməsi və bu kimi halların həqiqətə uyğun olmamasını sübutetmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdür ki, JN- 139 seriyalı, 30219018 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı qzının mülkiyyətiunə verilmiş Xaçmaz rayonunun Müşkir kəndi ərazisində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin 0.05 ha hissəsi (konturu) plan cizgilərində gösdərilən ölçülər və cizgilər daxilində naturada mövcud olmaqla iddiaçının mülkiyyətinə verilmiş 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,05 ha torpaq hissəsinin (konturunun) 0.0337 ha sahəsi cavabdehlər X9 və Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyətinə aid 0.08 ha torpaq sahəsindən istifadəsinə cavabdehlər X9 və Cavabdeh2 tərəfindən maneələr mövcuddur və iddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə edə bilmir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı iddiaçının izahatı və iş materialları ilə İddiaçı qzının mülkiyyətiunə verilmiş Xaçmaz rayonunun Müşkir kəndi ərazisində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,05 ha torpaq hissəsinin (konturunun) 0.0337 ha sahəsinin cavabdehlər X9 və Cavabdeh2 tərəfindən istifadə olunması, iddiaçının mülkiyyətinə aid 0.08 ha torpaq sahəsindən istifadəsinə cavabdehlər X9 və Cavabdeh2 tərəfindən maneələrin mövcud olması və iddiaçının faktiki olaraq torpaq sahəsindən istifadə edə bilməməsi halı öz təsdiqini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdehlər X9 və Cavabdeh2 İddiaçı qzının mülkiyyətinə qəsd edilən hərəkətlərə yol verilməməsi, iddiaçıya torpaq sahəsindən istifadə etməsi ilə bağlı heç bir maneçilik törədilməməsi və bu kimi halların həqiqətə uyğun olmamasını göstərsələr də öz etirazlarının əsası kimi istinad etdikləri halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarından görünür ki, torpağa mülkiyyət hüququna dair JN-139 seriyalı, 30219018 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həmin torpaq sahəsinin planı və sərhədləri müəyyən edilmiş, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyetrində müvafiq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsinin əvvəlində mübahisə predmeti olaraq cavabdeh tərəfindən mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneçiliklərin aradan qaldırılması və torpaq sahəsinin boşaldılmasını göstərmişdir. Lakin iddia ərizəsinin xahiş etdi hissəsində tələbini Cavabdeh2 və Cavabdeh1 tərəfindən onun torpaq sahəsindən istifadəsinə yaranan mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması, cavabdeh tərəfindən torpaq sahəsinə yaradılan maneçiliklərin aradan qaldırılması barədə qətnamə çıxarılması kimi göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia verilmiş tələb üzrə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətinə aid Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsi ilə bağlı yaranmış mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmalı, cavabdehlər tərəfindən iddiaçıya torpaq sahəsindən istifadəsinə yaradılan maneçiliklər aradan qaldırılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34 CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddianın qaldırılması ilə bağlı ödədiyi rüsum pulunu tələb etmədiyinə görə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətinə aid Xaçmaz rayonunun Müşkür kəndi ərazisində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsi ilə bağlı yaranmış mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulsun və cavabdehlər tərəfindən iddiaçıya torpaq sahəsindən istifadəsinə yaradılan maneçiliklər aradan qaldırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev.