Məhkəmə qərarları › İş №2(067)-2804/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2804/2021

20.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2804/2021 20.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Ərizəçi nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 20 dekabr 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 miras qalmış ünvan 1 ünvanda yerləşən mülkə (torpaq sahəsi və yaşayış evi) münasibətdə mirasın X5 tərəfindən, onun vəfatından sonra isə Ərizəçi tərəfindən qəbul edilməsi faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon İHB-nın sərəncamına əsasən Xaçmaz rayon məhkəməsinin 13.04.2021-si il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qardaşı Ərizəçi qəyyumu təyin edilmişdir. Qəyyumu olduğu qardaşı ünvan 1 ünvanında (keçmiş Miçurin küçəsi) daimi pasport qeydiyyatında olmaqla orada yaşayır. Qeyd olunan yaşayış evi mərhum nənəsi X6 məxsus olmuş, adına 17.07.1989-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. X7 1915-ci il təvəllüdlü olmaqla 21 may 1991-ci ildə Quba şəhərində vəfat etmişdir. Onun vəfatından sonra qızı 01.04.1939cu il təvəllüdlü X8 yeganə vərəsəsi kimi mirası faktiki qəbul etmiş və 17.11.2020-ci il tarixdə vəfat edənədək həmin evdə yaşamışdır. X8 20.10.1960-cı ildə ataları X10 ilə rəsmi nikah əsasında ailə qurmuşlar və qəyyumu olduğu Ərizəçi doğulmuşdur. X8 17.11.2020-ci il tarixdə Quba şəhərində vəfat edəndən sonra onun birinci növbəli vərəsəsi olan Ərizəçi X3 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. X10 ilə X5 13.10.1967-ci ildə boşanmışlar. Bu səbəbdən Ənvər Sultanov vərəsələr sırasına daxil deyildir. Məhkəmə iclasında ərizəçi tərəf ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.08.1987-ci il tarixli, inventar nömrəsi 199, reyestr nömrəsi 507 olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı yaşayış evi (ümumi sahəsi 45,5 kv.metr, yaşayış sahəsi 82,4 kv.metr olan fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 30.04.2021-ci il tarixli 48 saylı sərəncamından çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş ünvan 3 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi üzərində qardaşı Qanuni nümayəndə qəyyum təyin edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən və arayışlardan müəyyən olunur ki, X7 10.04.1991-ci ildə, X5 isə 17.11.2020-ci ildə vəfat etmişlər. İş materiallarında olan Quba şəhər İƏD üzrə nümayəndəsinin 10.06.2021-ci il tarixli 1670 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi nənəsi X7 21.05.2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: X5. İş materiallarında olan Quba şəhər İƏD üzrə nümayəndəsinin 03.05.2021-ci il tarixli 1387 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi anası X5 17.11.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: Ərizəçi. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin 18.10.2021-ci il tarixli 05/Q- 579 nömrəli arayışından müəyyən olunur ki, elektron informasiya sisteminə əsasən X4 1 övladı Əliyeva (Sultanova) Elmira Həsən qızı aşkar edilmişdir. Digər uşaqların elektron informasiya sistemində aşkar edilməmişdir. X2 Ərizəçi başqa övladı elektron informasiya sistemində aşkar edilməmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 18.11.2021-ci il tarixli **********46 nömrəli məktubundan müəyyən olunur ki, mərhum X4 adına 17.07.1989cu il tarixli 507 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında fərdi yaşayış evi qeydə alınmışdır. Lakin əmlakın özgəninkiləşdirilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi ərizənin predmeti olan miras əmlak ilk olaraq ərizəçinin anası tərəfindən faktiki olaraq qəbul edilmiş, onun vəfatından sonra isə ərizəçinin özü tərəfindən faktiki olaraq qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, mərhum Ərizəçi nənəsi X4 1 övladı olmuşdur. (X5) Qeyd olunan sənədlərdən də göründüyü kimi Bikə Hüseynova vəfat etdiyi zaman 1ci növbə üzrə 1 vərəsəsi olmuşdur. (X5) Həmçinin iş materiallarından görünür ki, Ərizəçi Elmira Sultanovanın övladıdır və İ növbə üzrə vərəsə hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Beləliklə iş materiallarından, tərəfin izahatından müəyyən olunmuşdur ki, ərizəçi anası Elmira Sultanovanın vəfatından sonra birinci növbə vərəsə kimi ünvan 1 ünvanında (keçmiş Miçurin küçəsi) yerləşən mülkdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 5 ünvanında yerləşən (torpaq sahəsi və yaşayış evi) mirasın X5 tərəfindən, X2 vəfatından sonra isə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar