Məhkəmə qərarları › İş №2(067)-2813/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2813/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2813/2021 04.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank of Baku ASC-nin 24.07.2017-ci il tarixli 36 ay müddətinə bağlanmış könüllü zaminlik müqaviləsi əsasında Xaçmaz rayon məhkəməsinin 2(067)-5336/2017 saylı 29.12.2017-ci il tarixli qətnaməsi ilə zamindən (ondan) tutulmuş 4771,56 manat kredit ümumi borc puldan əsassız hesablanmış 1560 manat məbləğində borc pulun hissə-hissə geri qaytarılmış hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə borclu olduğu pulu ödəmiş, lakin cavabdeh pulu ödəməsini etiraf etmir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək iddiaçının borcu qaytarmadığını bildirmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, iddiaşının gəlinidir, bir evdə yaşayırlar. Dəfələrlə qaynanası İradənin Elvinə pul verməsinin şahidi olmuşdur. 5-6 il bundan əvvəl müxtəlif məbləğlərdə olmaqla dəfələrlə cavabdehə qaynanası pul vermişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-5336/2017 saylı 29.12.2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 4771,56 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 8(067)-110/2018 saylı, 01 may 2018-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon məhkəməsinin 2(067)-5356/2017 saylı 29.12.2017-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilmiş, Xaçmaz rayon məhkəməsinin 2(067)-5356/2017 saylı 29.12.2017-ci il tarixli qətnaməsi İddiaçı hər ay 100 manat tutulmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı həmin qətnamə üzrə ödəməli olduğu pul məbləğinin silinməsi (azaldılması) ilə bağlı müvafiq icra və probasiya şöbəsinə müraciət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçıya müvafiq icra və probasiya şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq icra və probasiya şöbəsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar