Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-287/2024 18.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək soyadı Abbazova, adı Şasənəm, ata adı Mamedovna, doğum tarixi xx.xx.1947-ci il, doğum yeri Qırğızıstan Respublikası Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi; doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatları əks etdirən 11-19-cu qrafalarının doldurulmadığı – valideynlərinin məlum olmaması qeyd edilməklə Qırğızıstan Respublikasının Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kənd soveti tərəfindən qeydiyyata alınması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, O - Əliyeva (nikahdan əvvəlki soyadı: Abbazova) Şasənəm Mamedovna xx.xx.1947-ci ildə Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində (indiki Qırğızıstan Respublikasının Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi) anadan olmuşdur. Anası Güldəstə adında şəxs olub, onun nə zaman və harada doğulması barədə məlumatı yoxdur. Anasının bel sümüyü sınmış, bu səbəbdən də o, yataq xəstəsi olmuşdur. Təxminən 1959-cu ildə anası Qırğızıstanda vəfat etmişdir. X11 adlı şəxs olub. Atamın nə zaman və harada doğulması barədə məlumatı yoxdur. Lakin atasının əslən Azərbaycanın Gəncə şəhərindən olduğunu bilir. Atası təxminən onun üç yaşı olarkən vəfat edib. Atası vəfat etdikdən sonra o və anasə xalası Nazlının yanında yaşamışlar. O, heç vaxt məktəbə getməmiş, 12 yaşından 1967-ci ilə qədər Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində kolxozda işləmişdir. 1967-ci ildə Qırğızıstanda - onun yaşadığı kənddə yaşayan bibisinin evinə qonaq gəlmiş X9 ilə tanış olmuşdur. Elə həmin ildə də ailə qurmaq məqsədilə onunla birlikdə Qazaxıstan Respublikasına getmişdir. Qazaxıstana getdikdən sonra nikaha daxil olmaq üçün ona şəxsiyyəti təsdiq edən sənəd lazım olmuş, onun isə həmin vaxt pasportu olmamışdır. Həmin vaxt poçt vasitəsilə Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr rayon kənd soverliyinə müraciət məktubu göndərmiş, həmin müraciətə cavab olaraq ona Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində yaşaması barədə xx.xx.1967-ci il tarixli, 3-32 nömrəli arayış göndərilmişdir. Həmin arayış əsasında xx.xx.1967-ci il tarixdə X9 ilə nikaha daxil olmuşdur. Nikahları Qazaxıstan Respublikasının Çimkənd vilayətinin (indiki Türkistan vilayəti) Sayram rayonunun Belevodski kənd sovetliyi tərəfindən xx.xx.1967-ci il tarixdə 25 nömrəli aktla qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra ona ərinin soyadına uyğun olaraq “Əliyeva” soyadı verilmişdir. Həmin nikahdan altı övladı doğulub. Təxminən 1970-ci ildə o əri və böyük oğlu İsmayılla birlikdə daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra onlar Qusar rayonunun Bədirqala kəndində yaşamağa başlamışlar və o Qusar rayonunun Bədirqala kənd sovxozunda işləməyə başlamışdır. Həmin sovxozda təxminən 1973-cii ilin əvvəllərinə qədər işləmiş, daha sonra heç yerdə işləməmişdir. 1981-ci ildə əri X1 kimi təyinatla Qırğızıstan Respublikasına göndərmişlər. O da uşaqları ilə birlikdə 1981-ci ildə əri ilə Qırğızıstana getmiş və 1996-cı ilə kimi orada yaşamışlar. Həmin vaxt onun pasportu olmadığı üçün Qırğızıstana Qusar rayonunun Bala Qusar kənd Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən pasport əvəzinə verilmiş xx.xx.1981-ci il tarixli, 1077 nömrəli arayış əsasında getmişdir. 1996-cı ildə əri və uşaqları ilə birlikdə daimi yaşamaq üçün Azərbaycana qayıtmışlar. Həmin vaxtdan etibarən Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayır. O, heç vaxt SSRİ nümunəli pasportla təmin edilməmiş, 1996-cı ildə Azərbaycana Qırğızıstan Respublikasının Çuy vilayətinin Cayıl/Jayl rayonunun Cayıl/Jayl kənd soveti tərəfindən verilmiş arayışla gəlmişdir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Lakin o doğum haqqında şəhadətnaməni itirmiş, şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün isə doğum haqqında təkrar şəhadətnamə almaq üçün nə özü Qırğızıstan Respublikasına gedə bilmiş, nə də həmin sənədi ala bilməsi üçün kiməsə etibarnamə verə bilməmişdir. Bu səbəbdən də, xx.xx.2023-ci il tarixdə Maraqlı şəxsnə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Qırğızıstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etmiş, lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Maraqlı şəxs onun müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra o doğumu haqqında təkrar şəhadətnamənin Qırğızıstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2742/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə onun doğumu haqqında təkrar şəhadətnamənin Qırğızıstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2742/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərmişdir. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi də doğum haqqında təkrar şəhadətnamənin alınması məqsədilə Qırğızıstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu vermişdir. Həmin sorğuya Qırğızıstan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi yanında Əhalinin Reyestri Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, Çuy vilayətinin İsık-Atin və Alamüdün rayonları üzrə VVAQ şöbələrinin arxivində xx.xx.1947-ci il təvəllüdlü X2 doğumu haqqında akt qeydi aşkar olunmadı. Bundan sonra o xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və nikah haqqında şəhadətnaməsi əsasında onun doğumu haqqında akt qeydinin soyadı: Abbazova. adı: Şasənəm, ata adı: Mamedovna; doğum tarixi: xx.xx.1947, doğum yeri: Qırğızıstan Respublikası, Çuy vilayəti, Alamüdün rayonu. Oktyabr kəndi, doğumu haqqında akt qeydinin valideynlər haqqında məlumatları əks etdirən 11-19-cu qrafaları doldurmadan, valideynlərinin məlum olmamasını qeyd etməklə bərpa edib onu doğum haqqında yeni şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2023cü il tarixli, 3-16-5/8-15/367/2023 nömrəli məktubla ona aşağıdakı məzmunda cavab vermişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas Müddəaların 13-cii bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Araşdırma zamanı məlum olmuşdur ki, “sizin doğum haqqında şəhadətnaməniz və şəxsiyyətinizi təsdiq edən sənədiniz yoxdur. Doğumunuz barədə akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədiniz olmadığı üçün ərizənizin Qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Hazırda onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi yoxdur. İşin hallarından o da bəlli olur ki, onun 76 yaşı olsa da, doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı mümkün olmur. Hazırda mənim şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ilk öncə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətimin müəyyən edilməsi vacibdir. Bunun üçün isə o Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməni təqdim etməlidir ki, DMX onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat apara bilsin. İş üzrə Ərizəçi vəkili Vəkil ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X6, doğum tarixi xx.xx.1947-ci il, doğum yeri əvvəlki Qırğızıstan SSR Kant rayonu Oktyabr kəndi (indiki Qırğızıstan Respublikasının Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi), doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatlarə əks etdirən 11-19-cu qrafalarının doldurmadığı – valideynlərinin məlum olmaması qeyd edilməklə (əvvəlki Qırğızıstan SSR Kant rayonu Oktyabr kəndi) Qırğızıstan Respublikasının Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kənd soveti tərəfindən qeydiyyata alınması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o 1947-ci ildə Qırğızıstanda doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin itirmişdir. 1967-ci ildə X3 evlənərkən pasportu lazım olmuş, lakin pasportu olmadığına görə Qırğızıstanda kənd sovetinə müraciət edərək bildirmişdir ki, doğum haqqında şəhadətnaməni itirmiş və bunu əvəz edən sənəd istəmişdir. Ona xx.xx.1967-ci il tarixli 332 saylı arayış verilmiş, onun əvvəlki soyadı Abbazova olub, nikaha daxil olarkən ərinin soyadına uyğun olaraq Əliyeva soyadını qəbul etmişdir, onlara nikah haqqında şəhadətnamə verilmişdir. Bundan sonra onların övladları doğulmuşdur. Onların bəzisi Qırğızıstanda, digərləri isə Qusar rayonunda doğulublar. 1996-cı ildə o ailəsilə birlikdə Azərbaycana tam köçmüş və Xaçmaz rayonunun Alekseyevka, hazırkı Çaykənarı kəndində yaşamağa başlamışlar. Hər il yanvar ayının 1-də doğum gününü qeyd etmişlər. Onu xalası saxlayıb, ondan nə vaxt doğulduğunu soruşanda demişdir ki, yanvar ayının 1də doğulmuşdur. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1986-cı ildə Qırğızıstan Respublikasının Kalinin rayonunda anadan olmuşdur. Ərizəçi anasıdır, onu saxlayıb, böyüdüb. 1996-cı ildə Xaçmaz rayonunun Alekseyevka kəndinə köçmüşlər. Hazırda həmin kənd Çaykənarı kəndi adlanır. Anasının doğum haqqında şəhadətnaməsi niyə yoxdur bilmir. Doğum haqqında şəhadətnaməsində onun anası kimi Ərizəçi yazılıb. Anası Ərizəçi özünün dediyinə görə xx.xx.1947-ci ildə doğulub. Anası Ərizəçi doğum gününü hər il yanvar ayının 1-də qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1980-ci ildə Qusar rayonunun Bədirqala kəndində anadan olmuşdur. Ərizəçi anasıdır. Onu saxlayıb, böyüdüb. 1996-cı ildə Xaçmaz rayonunun Alekseyevka kəndinə köçmüşlər. Hazırda həmin kənd Çaykənarı kəndi adlanır. Yetim olduğuna görə anasının doğum haqqında şəhadətnaməsi olmayıb. Təsdiq edir ki, doğum haqqında şəhadətnaməsində anası kimi Ərizəçi yazılıb. Anası Ərizəçi özünün dediyinə görə xx.xx.1947-ci ildə doğulub. O, məktəbi Qırğızıstanda oxumuşdur. Anası Ərizəçi doğum gününü hər il yanvar ayının 1-də qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.1973-cü ildə Qusar rayonunun Bədirqala kəndində anadan olmuşdur. Ərizəçi anasıdır. Onu saxlayıb, böyüdüb. 1996-cı ildə Xaçmaz rayonunun Alekseyevka kəndinə köçmüşlər. Hazırda həmin kənd Çaykənarı kəndi adlanır. Yetim olduğuna görə anasının doğum haqqında şəhadətnaməsi olmayıb. 1981-1996-cı illərdə Qırğızıstanda yaşamışlar. Təsdiq edir ki, doğum haqqında şəhadətnaməsində anası kimi Ərizəçi yazılıb. Anası Ərizəçi özünün dediyinə görə xx.xx.1947-ci ildə doğulub. O, məktəbi Qırğızıstanda oxumuşdur. Anası Ərizəçi doğum gününü hər il yanvar ayının 1-də qeyd etmişlər. İş materiallarında olan azərbaycan dilinə tərcümə edilmiş nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 1947-ci il təvəllüdlü X6 arasında nikah xx.xx.1967-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın Əliyeva soyadını qəbul etmişdir. İş materiallarında olan qeydiyyat şöbəsinin ərizəçiyə ünvünladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas Müddəaların 13ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Araşdırma zamanı məlum olmuşdur ki, “sizin doğum haqqında şəhadətnaməniz və şəxsiyyətinizi təsdiq edən sənədiniz yoxdur. Doğumunuz barədə akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədiniz olmadığı üçün ərizənizin Qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Xaçmaz rayon Regional Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/1-a nömrəli arayışından görünür ki, xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023cü il tarixdə Dövlət Miqrasiya Xidmətində ünvan 1i ünvanına olduğu yer üzrə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11.-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə Qırğızıstan Respublikasının Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kəndində doğulmuş X2 əvvəlki Qırğızıstan SSR Kant rayonu Oktyabr kəndi (indiki Qırğızıstan Respublikasının Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi) tərəfindən doğumunun qeydiyyata alınması faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən ərizəçinin soyadı - Abbazova, adı – Şasənəm, ata adı – Mamedovna, doğum tarixi – xx.xx.1947-ci il, doğulduğu yer – Qırğızıstan SSR Kant rayonu Oktyabr kəndi kimi məlumatlar göstərilməklə, valideynlər haqqında məlumatları əks etdirən 11-19-cu qrafalar doldurulmadan, valideynlərinin məlum olmaması qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi və X4 doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə.
Məhkəmə qərarları › İş №2(067)-287/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-287/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver