Məhkəmə qərarları › İş №2(067)-295/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-295/2023

25.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-295/2023 25.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X2 MMC-nə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi İddiaçı cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X2 MMC-nə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X2 MMC-nin baş həkimi Nümayəndə xx.xx.1999-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli 05-K saylı əmrin ləğv olunaraq, onun "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Xaçmaz Dəmiryolu Ambulatoriyası MMC Yalama st. TM-nə tibb bacısı vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildə Xaçmaz rayonu Yalam kəndində anadan olmuşdur. 1995-ci ildə AR Təsərrüfat hesabı “LOĞMAN” Tibb Məktəbinin Mmalıq işi şöbəsinə daxil olmuş və 1998-ci ildə həmin məktəbin “Mama” ixtisası üzrə kursu tam bitirmişdir. Göstərilən tibb müəssisəni bitirməsi üzrə ona qeyd nömrəsi 2008 olan A 002008 nömrəli Diplom verilmişdir. xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş Məmmədxanova soyadını qəbul etmişdir. xx.xx.1999-cu il tarixindən Azərbaycan Dəmir Yolları idarəsinin Yalama St. Tibb məntəqəsində növbətçi tibb bacısı vəzifəsinə işə qəbul olmuşdur. ADY” QSC Həkim-Sanitar Xidməti üzrə verilmiş xx.xx.2021-ci il tarixli 434-K saylı əmri ilə mən “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 nomrəli Bakı Baza Tibb Kollecinə göndərilmişdir. Həmin kollecdən “Loğman” Tibb Məktəbi tərəfiindən verilmiş diplomun Səhiyyə Nazirliyində qeydiyyatda olub-olmadığı barədə həmin nazirliyə müraciət etməyi bildirilmişdir. O, rəsmi ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etmiş və müraciətinə nazirliyin İnsan Resursları şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 5-51M-10828 saylı məktubu ilə həmin diplom barədə Səhiyyə Nazirliyində heç bir məlumatın olmaması bildirilmiş, həmin sənədin dövlət nümunəli sənəd olduğu barədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş arayış təqdim olunduqdan sonra onun müraciətinə baxıla bilər. Bundan sonra o rəsmi ərizə ilə Təhsil Nazirliyinə müraciət edərək A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olması barədə rəy verilməsini xahiş etmişdir. Ərizəsinə Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədovun imzası ilə 26 oktyabr 2021-ci il tarixli M-14525/31-24 saylı məktubla cavab verilmişdir ki, adınıza yazılmış A002008 nömrəli blankının hüquqi əsası yoxdur. "xxxx" QSC Həkim-Sanitar Xidməti “X5 Ambulatoriyası” MMC-nin baş həkimi Nümayəndə ona bildirib ki, həmin diplomu təsdiq etdirməklə ixtisasartırma kurslarda iştirak etməsə onu işə buraxmayacaq.Ona görə o, xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmiş, həmin ərəfədə öz hesabına məzuniyyətə çıxmışdır. Məzuniyyət vaxtı bitəndə o, xx.xx.2022-ci il tarixində baş həkimə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdən işdə hesab olmasını xahiş etmişdir. Lakin həmin vaxt ona diplom işini həll etməmiş işə çıxmamağı bildirmişlər, ancaq bu barədə ona rəsmi heç bir sənəd verilməmişdir. Dəfələrlə baş həkimin qəbulunda olaraq ondan işdən azad olunması barədə rəsmi sənəd tələb etsə də, ona hər hansı əmrin surəti verilməmişdir. cavabdeh tərəf ona işdən azad olunması barədə əmrin surətini bir çox müraciətlərindən sonra poçt vasitəsilə ev ünvanına xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Hesab edir ki, cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. Cavabdehin ünvanına göndərdiyi 2021-ci ilə aid əmək haqqı barədə xx.xx.2022-ci il tarixli 67 saylı arayışa əsasən ona 2021-ci ildə əmək haqqı cəmi 5430.82 manat təşkil etmiş, belə olan halda orta aylıq əmək haqqısı 5430.82:12=452.57 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı 1995-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası Təsərrüfat Hesablı “Loğman” Tibb məktəbinin mamalı şöbəsində əyani formada təhsil almış, xx.xx.1998-ci il tarixdə ona həmin təhsil müəssisəsi tərəfindən diplom verilmişdir. 1999-cu ildə o, Yalama tibb məntəqəsində tibb bacısı vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixədək həmin vəzifədə qüsursuz işləmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən azad edilmişdir. Hesab edirik ki, həmin əmrin verilməsi üçün heç bir qanuni əsas olmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilir ki, əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin Qeyd hissəsində göstərilir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İş materiallarından göründüyü kimi həmin əmrin verilməsi üçün hər hansı bir səlahiyyətli orqanın və yaxud attestasiya komissiyasının iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə rəyi yoxdur. Məhkəmə iclasında cavabdeh həmin əmrin verilməsinə nəyin əsas olduğu barədə sualı cavablandırarkən bildirmişdir ki, əmrin verilməsinə Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin müvafiq məktubları əsas olmuşdur. Həmin məktublarla biz tanışıq. Səhiyyə Nazirliyinin məktubunda qeyd olunur ki, İddiaçı ixtisasartırma kursuna göndərilməsi üçün Təhsil Nazirliyindən müvafiq arayış tələb olunmalıdır ki, həqiqətən adına verilmiş diplom Təhsil Nazirliyində qeydiyyatdadır. Təhsil Nazirliyinin məktubunda isə göstərilir ki, İddiaçı adına verilmiş diplom Təhsil Nazirliyində qeydiyyatdan keçməmişdir. Hesab edirik ki, həmin məktublar əsasında İddiaçı işdən azad edilməsi qanunsuzdur. Birincisi, ona görə ki, həmin məktublarda qeyd olunmur ki, İddiaçı uzun müddət işlədiyi tibb bacısı vəzifəsindən diplomu Təhsil Nazirliyində qeydiyyatda olmadığı əsası ilə işdən çıxarılmalıdır. Məhkəmə iclasında cavabdeh müəssisənin rəhbəri göstərmişdir ki, həmin məktublarda göstəriş olmasa da, o, idarə rəhbəri kimi sərbəst şəkildə göstəriş verə bilər. Hesab edirik ki, heç bir idarə müdiri, o cümlədən hazırkı iş üzrə cavabdeh özbaşına deyil, qanuna müvafiq qaydada əmr verə bilər və Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən həmin əmrin verilməsi üçün mütləq qaydada işçinin tutduğu vəzifəyə uyğun olmaması barədə attestasiya komissiyasının rəyi olmalıdır. Keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, iddiaçının adına olan diplom Dövlət nümunəli sənəd olmadığı üçün həmin əmri vermişdir. Əlavə olaraq məhkəməyə həmin dövrdə dərc olunmuş məlumatı çatdırmaq istəyirik ki, 2010-cu ilə qədər ali təhsil və orta ixtisas təhsili haqqında diplomlar həm Dövlət, həm də özəl təhsil müəssisələri tərəfindən sifariş olunur və müdavimlərə verilirdi. 2010-cu ildən isə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş formada sifariş verilir və Təhsil Nazirliyi tərəfindən müdavimlərə verilir. İş materiallarından göründüyü kimi iddiaçının adına olan diplom 1998-ci ildə verilmişdir və 2010-cu ildən tətbiq edilən qayda iddiaçıya şamil edilə bilməz. Bundan əlavə Təhsil Nazirliyinin məsul işçisinin müsahibəsi var, qəzetdə dərc olunub. R.Verdiyev qeyd edib ki, burada bir məqama-həmin dövrdə təhsil müəssisəsinin qanuni, yaxud qanunsuz fəaliyyət göstərməsinə də xüsusi diqqət vermək lazımdır: “Əgər özəl təhsil müəssisəsi qanuni fəaliyyət göstəribsə, onun verdiyi diplom dövlət nümunəli olmasa da, həqiqidir, yəni saxta diplom deyil, etibarlı və qanunidir. Amma təhsil müəssisəsi qanunsuz fəaliyyət göstəribsə, yaxud həmin təhsil müəssisəsində təhsil almayan bir şəxsə saxta diplom verilibsə, onda bu diplom etibarsızdır. İş materiallarından göründüyü kimi iddiaçının təhsil aldığı “Loğman” Tibb Məktəbi Nazirlər Kabinetinin 1996-cı il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış və 2007-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət qeydiyyatı ləğv edilmişdir. İddiaçıya diplom 1998-ci ildə verilmişdir və həmin dövrdə “Loğman” Tibb Məktəbi Dövlət qeydiyyatına alınmışdı. Yəni həmin diplom Təhsil Nazirliyində qeydiyyata alınmasa da, yəni dövlət nümunəli sənəd sayılmasa da, Təhsil Nazirliyinin özünün rəsmisinin müsahibəsinə onun qanunsuzluğu həqiqi olmamasına heç bir şübhə gətirə bilməz, ola bilər dövlət nümunəli sənəd deyil, amma qanunidir, həqiqidir. Ona görə hesab edirik ki, cavabdeh müəssisənin diplomun dövlət nümunəli sənəd olmamasına görə əmr verməsi qanunsuz və əsassızdır. Cavadeh müəssisənin rəhbəri keçən məhkəmə iclasında özü də etiraf etmişdi ki, həqiqətən iddiaçının işdən azad edilməsi barədə əmrin surətini ona poçt vasitəsi ilə göndərmiş, həmin əmrin verilməsi xx.xx.2022-ci il tarixdə baş tutmuşdur. Əvvəllər iddiaçı əmrin surətinin alınması üçün dəfələrlə cavabdehə müraciət etsə də, əmrin surəti ona verilməmiş, bu barədə mən vəkil olaraq sorğu verəndən sonra əmrin surəti iddiaçıya xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Qanunvericiliyə əsasən əmək mübahisələri məhkəməyə müraciət etməzdən əvvəl mediasiya keçilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı mediasiyaya müraciət edib və mediasiya şurasının sonuncu protokolu xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Biz isə 27.102022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişik. Hesab edirik ki, iddiaçıya məhkəməyə müraciət edilməsi üçün heç bir iddia müddətini buraxmamışdır. Əmək Məcəlləsinin 83.2-ci maddəsində göstərilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yəni birmənalıdır ki, cavabdeh müəssisə iddiaçının işdən çıxarılması əmrini ona təqdim etməli olduğu halda etməmiş, yuxarıda qeyd edildiyi kimi, əmrin surətini iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3cü bəndində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hesab edirik ki, iddiaçıya işdən azad edilməsi barədə əmrin surətinin təqdim edildiyi gün, yəni xx.xx.2022-ci il tarix onun hüquqlarının pozulduğunu aşkar etdiyi gün hesab edilməlidir və belə olan halda onun tərəfindən iddia əriaəsi verilməsi üçün nəzərdə tutulmuş hər hansı bir iddia müddəti buraxılmamışdır. Ötən məhkəmə iclasında cavabdeh müəssisənin rəhbəri qeyd etdi ki, iddiaçı işlədiyi müddətdə barəsində şikayət olmamış, öz vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir, sadəcə onun diplomu dövlət nümunəli sənəd sayılmadığından, işdən azad edilməsi barədə əmr vermişdir. Hesab edir ki, əmr qanunsuzdur və əsasızdır, ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X2 MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, diplomla bağlı üç instansiya məhkəməsinin, o cümlədən Ali Məhkəmənin qərarı var, bununla bağlı məsələ aydındır. İddiaçı işdən çıxdığı gün ona əmək kitabçası təqdim olunub. İşdən çıxmağı barədə əmr isə işdən çıxdığı gün təqdim edilməsə də, sonradan poçt vasitəsilə göndərilmişdir. Həmçinin işçi işdən çıxdığı gün ona son haqq-hesab da ödənilmişdir. İddiaçı işçi kimi fəaliyyət göstərdiyi müddət ərzində müsbət xarakterizə olunan bir əməkdaş olsa da, onun diplomla bağlı problemli üzə çıxmışdır. Bu səbəbdən azad olunmuşdur. İddiaçı işdən çıxdığını bildiyi gündən 1 ay ərzində məhkəməyə müraciət edə bilərdi, ona görə də, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddiaçı tərəfndən iddia müddəti buraxıldığından iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan iddia müddətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, cavabdeh "xxxx" QSC Həkim-Sanitar Xidməti Xaçmaz X2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddiaçı X1 tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Həmin ərizəyə əlavə edilmiş qəbzin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə əmək kitabçasını idarədən-Xaçmaz X2ndan aldığını təsdiq etmişdir. İddiaçı X1 məhkəmə iclasında həmin qəbzin onun tərəfindən yazıldığını və imza edildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndində deyilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, İddiaçı əmək kitabçasının surətini 20 fevral 2022-ci il tarixdə alması iş materiallarında olan qəbzlə və iddiaçının özünün etirafı ilə təsdiq olunur. Əmək Məcəlləsinin 294-cü maddəsinin 3-cü bəndinə əsasən isə, əmək kitabçasının alınması işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı 20 fevral 2022-ci il tarixdən etibarən "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X2 MMC-dən işdən çıxdığını bilmiş və onun məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı həmin gündən başlamışdır. Lakin o, iddia müddətini ötürmüş və cavabdeh isə iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini əsaslı hesab edir. Bundan başqa, məhkəmənin fikrincə iş üzrə iddia müddətinin buraxılması məhkəmə tərəfindən tətbiq edildiyindən işin faktiki hallarına hüquqi qiymət verilməsinə lüzum qalmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azəbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X2 MMC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar