Məhkəmə qərarları › İş №2(067)-2984/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2984/2022

10.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2984/2022 10.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddaçı İddiaçı Cavabdeh qarşı torpaq mübahisələri üzrə sair tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddaçı İddiaçı Cavabdeh qarşı torpaq mübahisələri üzrə sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərkən müəyyən etdim ki, iddiaçının iddia tələbi inzibati orqanın hərəkətləri ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən iddaçı İddiaçı Cavabdeh qarşı torpaq mübahisələri üzrə sair tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı İddaçı İddiaçı Cavabdeh qarşı torpaq mübahisələri üzrə sair tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar