Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-305/2024 11.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh X1 5940 (beş min doqquz yüz qırx) manat məbləğində pulun alınaraq ona ödənilməsinə və evinə qoymuş olduğu mətbəx mebelinin hissələrinin, 2 ədəd “MDF” materialdan olan qapıların onun öz hesabına geri götürülməsinə dair qətnamə qəbul verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə cavabdeh X5 ilə o, Şabran rayonunun Pirəmsən kəndində yerləşən yaşayış evinə mətbəx mebeli və 7 ədəd 'MDF" materialdan olan qapı düzəltmək barədə razılığa gəlmişdir. Məhəmməd Bəyquliyev ilə 7 metr mətbəx mebelin “paqon” metrini 600 manatdan, 7 ədəd qapını onun evində olan qapıları götürdükdən sonra ədədini 220 manatdan razılaşmışlar. Bundan başqa Məhəmməd Bəyquliyev 7 ədəd taxta qapının üzərində əlavə 7 ədəd tac düzəltmək üçün 760 manat pul, cəmi 6500 manat pul istəmişdir. Məhəmməd Bəyquliyev 01 avqust 2023cü il tarixdə sifarişi tam yerinə yetirəcəyini bildirmişdir. Bundan sonra 01 iyul 2023-cü il tarixdə yaşadığı evdə Məhəmməd Bəyquliyevə 3000 manat beh pul vermişdir. Bundan başqa hər biri 300 manata olan taxta materialdan 5 ədəd ev qapılarını 01 iyul 2023-cü il tarixdə yeni qapılarla əvəz etməsi üçün Məhəmməd Bəyquliyevə vermişdir. 20 iyul 2023cü il tarixdə Məhəmməd Bəyquliyev 2 ədəd “MDF” materialdan olan qapıları yaşadığı evə gətirərək quraşdırmışdır. Həmin gün mətbəx mebelinin bəzi hissəllərini sökülmüş vəziyyətdə gətirib onun evinə qoymuşdur. Lakin, qapılar dar olduğundan və keyfiyyətsiz hazırlandığından o, qapıların dəyişdirilməsini tələb etmişdir. Lakin, Məhəmməd Bəyquliyev ondan 440 manat pul alaraq 01 avqust 2023-cü il tarixdə söz verdiyi digər 5 ədəd qapını və mətbəx mebelini gətirəcəyini, həmin tarixdə də gətirdiyi 2 ədəd qapıda olan qüsurları aradan qaldıracağını bildirmişdir. Lakin, Məhəmməd Bəyquliyev 01 avqust 2023-cü il tarixdə sifarişi yerinə yetirməmiş, söz verdiyi qapıları və mətbəx mebelini gətirməmişdir. Sonrakı tarixlərdə də o, mətbəx mebelini və taxta qapıları düzəltməmişdir. 22 sentyabr 2023-cü il tarixdə cavabdeh Məhəmməd Bəyquliyevə məxsus olan Xaçmaz şəhərində yerləşən mebel sexinə getdikdə ondan götürmüş olduğu 5 ədəd taxta qapını yararsız vəziyyətə saldığını müəyyən etmişdir. Cavabdeh X5 ondan beh kimi 3440 manat pul və qiymətləri 1500 manat olan hər biri 300 manat olan 5 ədəd taxta qapı götürməklə ümumilikdə ona 4940 manat maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə o, Məhəmməd Bəyquliyev tərəfindən ona vurulmuş ziyanın ödənilməsi üçün Şabran Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Lakin Şabran rayon polis Şöbəsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda tələbinin mülki xarakterli olduğu göstərilmişdir.(cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ərizəyə əlavə edilir). Buna görə də ödədiyi 3440 manat məbləğində pulu və 5 ədəd taxta qapıya görə 1500 manat pulu olmaqla, cəmi 5940 manat pulu geri qaytarmalıdır. Ona görə iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh ona pul borcludur. Ümumi olaraq o, cavabdehə 3440 manat pul və əlavə də hər biri 300 manatdan olan 5 qapının pulunu, ümumilikdə 5940 manatı tələb edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Borcunu etiraf edir. Onun iddiaçıya 1600 manat borcu var. Borcunu da hissə-hissə ödəyəcəyini iddiaçıya bildirmişdir. İddiaçı ona 3440 manat pul verib. Lakin o bu pulun qarşılığında iş görmüşdür.İşi görməsi ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin rədd edilməsi barədə qərarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı evinə mətbəx mebeli və qapı düzəltmək üçün X3 müraciət etmişdir. O, cavabdehə aralarında olan razılığa əsasən hissə-hissə olmaqla 3440 manat, sonradan isə 1600 manat məbləğində pul vermişdir. Cavabdeh mətbəx mebellərinin bir hissəsini sökülmüş vəziyyətdə iddiaçının evinə gətirib qoymuşdur. O qüsurların aradan qaldırmasına söz versə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı ərizəsi əsasında aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh hazırda iddiaçıya 1600 manat borclu olduğunu, eyni zamanda iddiaçının ona 3440 manat pul verdiyini etiraf edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Qeyd olunan Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh iddiaçıya ondan aldığı pul müqabilində mebel hazırlamaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Ona görə də iddia bu hissədə əsaslıdır. Məhkəmə eyni zamanda iddianın mətbəx mebeli hissələrinin, 2 ədəd “MDF” materialdan olan qapıların cavabdehin hesabına götürülməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələbinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddia həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 5040 ( beş min qırx) manat pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 5040 (beş min qırx) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-305/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-305/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver