Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3054/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, X1 Cavabdeh oğluna qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğluna əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Hesab edirəm ki, məhkəmə qətnaməsinin çıxarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı X2 qeyd olunsa da, iş materiallarında əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının əsl soyadı Cumaliyevdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, X1 iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 305, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: X1 Cavabdeh oğluna qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-3054/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3054/2021
28.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver