Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-31/2023 31.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq, işin müvəqqəti olaraq baxılmamamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. İşin Baxılmamış saxlanılması ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, işin baxılmamaış saxlanılmasına etiraz etmir.İşin mahiyyəti üzrə baxılmasini tələb etməmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı qanunsuz tikilinin sökülməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydad verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-31/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-31/2023
31.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver