Məhkəmə qərarları › İş №2(067)-3114/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3114/2021

10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3114/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi maraqlı şəxs Xaçmaz Rayon 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin bərpasına dair ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi mirasın qəbul edilməsi müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizəçi tərəfindən hansı məbləğdə dövlət rüsumunun ödənildiyi ərizəyə əlavə edilmiş qəbzdən müəyyən edilmir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Dövlət rüsumu haqqında Aərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanı aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüquqları vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi maraqlı şəxs Xaçmaz Rayon 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin bərpasına dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanı aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar