Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3119/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Ekici (Ağayeva) Sinəvər Fəxrətdin qızına qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələblərinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Ekici (Ağayeva) Sinəvər Fəxrətdin qızına qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qanunvericilikdə müəyyən edilmiş məbləğdən az ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Dövlət rüsumu haqqında Aərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsi iki iddiaçı tərəfindən verildiyi üçün onların hər biri üçün ayrılıqda 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıların qanuni nümayəndəsinə izah olunmalıdır ki, göstərilən nöqsanı aradan qaldırmaqla iddiaçıların qanuni nümayəndəsi kimi onların adından təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Ekici (Ağayeva) Sinəvər Fəxrətdin qızına qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələblərinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıların qanuni nümayəndəsinə göstərilən nöqsanı aradan qaldırmaqla iddiaçıların qanuni nümayəndəsi kimi onların adından təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-3119/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3119/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver