Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-32/2023 10.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun bərpası tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən zəbt olunaraq tək istifadə edilən Xaçmaz rayonunun Çarxı kəndi ərazisində mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun ona münasibətdə bərpa edilməsi, həmin yoldan tərəfindən maneəsiz istifadənin təmin edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon AİK-nın xx.xx.2000-ci il tarixli 22 saylı qərarına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətinə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün, 06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Göstərilən torpaq sahəsində tərəflərindən yaşayış evi tikilmişdir. Cavabdeh onun qaynıdır. Onun hazırda yaşadığı və qonşuluqlarında yerləşən yaşayış evi atasından miras qalmış evdir. Qaynatasının sağlığında onların gediş-gəliş yolu ilə bağlı heç bir mübahisəsi olmamışdır. Qaynatası vəfat etdikdən sonra cavabdeh ümumi istifadədə olmuş gediş-gəliş yolunu qanunsuz olaraq özününkiləşdirilmiş, həmin yoldan onları istifadə etməyə qoymur. Belə ki, kəndin ümumi gediş-gəliş yolundan onların, cavabdehin və onun əmisi qızı Həcərə məxsus evlərə dalan nəzərdə tutulmuşdur və hər üç ev bu dalandan sərbəst istifadə etmişdir. Həmin dalanın eni təxminən 12 metr olar. O, həmin dalanın iki hissəyə bölünüb bir hissəsini cavabdehin və digər hissəsini isə onun istifadəsinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona və ailə üzvlərinə Xaçmaz rayon AİK-nın xx.xx.2000-ci il tarixli 22 saylı qərarına əsasən JN- 540A seriyalı 30224018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Xaçmaz rayonunun Çarxı kəndində cəmi 0,06 ha torpaq sahəsi verilib və torpaq sahəsi onlara yerində təhkim edilmişdir. Həmin torpaq sahəsində ev tikmişlər, lakin sənədlərini almamışlar. Cavabdeh torpaq sahələrinə avtomaşın üçün gediş-gəliş yolunu tutub və oradan istifadə edir, onları isə həmin yoldan istifadə etməyə qoymur. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona və ailə üzvlərinə Xaçmaz rayon AİK-nın xx.xx.2000-ci il tarixli 22 saylı qərarına əsasən JN-539F seriyalı 30224018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Xaçmaz rayonunun Çarxı kəndində cəmi 0,13 ha torpaq sahəsi verilib və torpaq sahəsi onlara yerində təhkim edilmişdir. Orada evi var. İddiaçının torpaq sahəsinə gedən gediş-gəliş yolunu bağlamamışdır, ona öz torpağına gedib-gəlməyə mane olmur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Vİ-JQ sayı 297380 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 ilə İddiaçı arasında xx.xx.1994-cü il tarixdə rəsmi nikah qeyd edilmişdir. İş materiallarında olan "Torpağın mülkiyyətə verilməsinə dair" JN-540A seriyalı 30224018 saylı şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 22 saylı qərarı ilə X5 və onun ailə üzvlərinin mülkiyyətlərinə Xaçmaz rayonunun Çarxı kəndindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan "Torpağın mülkiyyətə verilməsinə dair" JN-539F seriyalı 30224018 kodlu şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 22 saylı qərarı ilə X4 və onun ailə üzvlərinin mülkiyyətlərinə Xaçmaz rayonunun Çarxı kəndindən 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7863 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 22 saylı qərarı ilə "Torpağın mülkiyyətə verilməsinə dair" JN-539F seriyalı 30224018 kodlu şəhadətnaməyə əsasən X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Çarxı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 22 saylı qərarı ilə "Torpağın mülkiyyətə verilməsinə dair" JN-539F seriyalı 30224018 kodlu şəhadətnaməyə əsasən X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Çarxı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdur və cavabdeh tərəfindən həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş gediş-gəliş yolundan iddiaçının istifadəsinə heç bir maneə yaratmır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 22 saylı qərarı ilə "Torpağın mülkiyyətə verilməsinə dair" JN-539F seriyalı 30224018 kodlu şəhadətnaməyə əsasən X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Çarxı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdur və cavabdeh tərəfindən həmin torpaq sahəsi üçün nəzərda tutulmuş gediş-gəliş yolunda heç bir tikili inşa edilməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, mütəxəssis rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmasına heç bir əsas olmadığından tələb təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun bərpası tələbinə dair iddia tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-32/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-32/2023
10.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver