Məhkəmə qərarları › İş №2(067)-3260/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3260/2021

06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3260/2021 06.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair qanunvericiliyin tələbinə riayət edilməmişdir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon 1 saylı Notariat Ofisinin məktubundan müəyyən olunur ki, ərizəçiyə mirasın qəbulu müddətinin pozulduğu bildirilmiş və mirasın qəbul edilməsi müddətinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçi mirasın qəbul edilməsi müddətinin bərpası ilə bağlı məhkəməyə müraciət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4.-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə qeyd edilən prosessual tələblərə riayət etdikdən sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə qeyd edilən prosessual tələblərə riayət etdikdən sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar