Məhkəmə qərarları › İş №2(067)-3262/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3262/2023

28.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3262/2023 28.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsindən bu vaxta qədər istifadə etmişdir. İki ildir ki, dövlətin ayırdığı subsiyadan istifadə edə bilmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildirmişlər ki, torpaq sahəsinim ölçülərində uyğunsuzluq vardır. Ona məxsus torpaq sahəsinin yanında mərhum atası X1 məxsus torpaq sahəsi yerləşir. Onun yanındakı torpaq sahəsi isə cavabdehin istifadəsində olan torpaq sahəsidir. Cavabdeh həm mərhum atası X1 məxsus torpaq sahəsinə, həm də ona məxsus torpaq sahəsinə müdaxilə edir. Torpaq sahəsinin sərhədlərinin torpaqların elektron kadastrı uçotu informasiya sistemində düzgün qeydə alınması üçün əraziyə dəvət etdiyi mütəxəssislərin həmin ərazidə ölçü işləri aparmasına cavabdeh imkan vermir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, həmin ərazidə onun adına torpaq sahəsi yoxdur. Ölçmə işləri aparmaq istəyən əməkdaşlara bildirmişdir ki, iddiaçının torpaq sahəsini ölçsünlər. Qeyd olunan torpaq sahəsi qardaşı X3 adınadır. Qardaşı Rusiyada olduğu üçün onun torpaq sahəsinə o nəzarət edir. İddiaçının torpaq sahəsindən sonra qardaşının torpaq sahəsinə qədər iki nəfər şəxsin də torpaq sahəsi vardır. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar