Məhkəmə qərarları › İş №2(067)-333/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-333/2023

06.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-333/2023 06.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı işə bərpa və sair tələbə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin xx.xx.2022-ci il tarixli 46 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ilk dəfə 2013-cü il tarixdə Xudat şəhərində yerləşən Xudat Yaşıllaşdırma İdarəsinə xadimə (süpürğəçi) vəzifəsinə əmək müqaviləsi ilə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli 46 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Aşağıda şərh olunanlara əsasən cavabdehin xx.xx.2022--ci tarixli 46 saylı əmri ləğv edilməli, o öz işinə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı ona ödənilməlidir. xx.xx.2022-ci il tarixdə səhər həmişəki qaydada işə gəldiyi zaman idarənin müdiri onu çağırmış və bildirmişdir ki, onu işdən çığartmaq istəyir. Əgər öz ərizənlə işdən çıxmasan səni Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə özüm işdən çıxaracam demişdir. O, isə ərizə yazmamış və səhərisi günü yenidən işə gəlmişdir. Lakin mühafizəçilər tərəfindən işə buraxılmadım .Bundan sonra müəssisəyə müraciət etmişdir ki, əmrin surəti ona verilsin, əmrin surəti ona verilmədi. Nəhayət dövlət orqanlarına şikayət edəndən sonra ona məlum oldu ki, həqiqətən də o, həmin maddəyə əsasən işdən çıxarılmışdır. Dəfələrlə Əmək və X5 Nazirliyi yanında X7 Xidmətinin Quba Regional Ərazi Şöbəsinə müraciətlər etmiş, müraciətə cavabda əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətinin pul əvəzinin hesablanıb ödənilməsində Əmək Məcəlləsinin tələbləri cavabdeh tərəfindən pozulduğundan İXM-nin 192.4-cü maddəsinə və digər maddələrə əsasən işəgötürən inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. O, heç vaxt işdən qalmamışdır. Onlar onu işdən qalmağını səbəb göstərib işdən çıxarıblar. Amma o, işdən qalmamışdır. Ona dedilər ki, işdən çıx, o, çıxmamış deyə onu 70-ci maddə ilə işdən çıxartdılar. Onun gecikmələri çox olub. Lakin rəhbərliklə bu barədə arasında problem olmayıb. Xahiş edir iddiası təmin edilsin. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Eyni zamanda bildirmişdir ki, iddia müddətini ötürməmişdir. Çünki iddiaçıya işdən çıxma ilə bağlı işəgötürən tərəfindən heç bir rəsmi sənəd tədim edilməyib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddianı qəti surətdə qəbul etmir. İşləyən işçilər onlar üçün dəyərlidir. Xanım özüdə bilir onların tələbkarlığını. Bütün işçilərə qarşı eyni tələbkarlıq var. Hərkəs işində məsuliyyətli olmalıdır. Xanım özüdə bilir ki, ona qarşı çox vaxt humanist olmuşdur. İcazə istədiyində müdiriyyətə demədən icazə verdiyi də olub. Dəfələrlə onun işə gecikməsi və işə gəlməməsinə görə o, söz götürmüşdür. Bu barədə onunla dəfələrlə danışmışdır ki, işə məsuliyyətli yanaşsın. Rəhbərlik onun işə qayıtmasını istəmir. İşçilər arasında o, müdiriyyətə qarşı bu davranışları ilə hörmətsizlik edib. İşləməyən işçi onlara lazım deyil. O, müdiriyyətlə bu barədə danışmış, xanımın işə qayıtmasına razı deyillər. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan aktlardan müəyyən olunur ki, İddiaçı rəhbərliyi məlumatlandırmadan bir neçə dəfə üzrsüz səbəblərdən işə gəlməmişdir. İş materiallarında olan Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin xx.xx.2022-ci il tarixli 46 saylı əmrin surətindən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəhbərliyinə ünvanldığı izahatlardan müəyyən olunur ki, rəhbərliyi xəbərdar etmədən iş yerini tərk etmiş, işə məsuliyyətsiz yanaşmış, buna görə ona xəbərdarlıq olunub. Bir də belə hallar baş verərsə işdən çixarılmağına etiraz etmir. İş materiallarında olan Xudat şəhər MKTİ-nin X3 keçirilmiş iclas protokolundan Çıxarışdan müəyyən olunur ki, Xudat MKTİ təmizlik sahəsi üzrə süpürgəçi işləyən İddiaçı işə məsuliyyətsiz yanaşdığı və mütəmadi olaraq əmək mə intizamın pozduğuna və arayışda götürülmüş tənbehlərdən nəticə çıxarmadığı üçün əmək məcəlləsinin 70 ç bəndində əsasən əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd olunanlara əsasəb məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı işə bərpa və sair tələbə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar