Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-344/2021 23.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 23 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq İddiaçınə məxsus Cavabdeh icarəsində olan 1,0 ha torpaq sahəsində aparılmış qanunsuz tikilmiş bünövrəli və konsturktiv köməkşi tikililərin sökülməsi, cavabdehin və digər şəxslərin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə qaytarılması, Hülövlü bələdiyyəsinə məxsus olan 1,0 ha torpaq sahəsinin **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10.10.2018-ci il tarixdə 85 il müddətinə verilmiş çıxarışın ləğv edilməsi və icarə hüquqlarına xitam verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 30.07.2004-cü il tarixli 09 saylı qərarı ilə X1 bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlardan kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4.0 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmiş və bunun əsasında icarə müqaviləsi bağlanmışdır. İcarəyə verilmiş həmin torpaq sahəsinin 1.0 ha torpaq sahəsinin icarə hüququ 15.08.2018-ci il tarixdə Cavabdeh notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında yerdə qalan 85 il müddətinə satılmışdır. İcarə hüququnun alqı-satqısı dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Cavabdeh qeyd olunan torpaq sahəsində icarə müqaviləsində və çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulduğuna zidd olaraq və torpaq qanunvericiliyinin tələblərini pozaraq torpaq sahəsinin üst qatına çınqıl daş təbəqəsi tökmüş, həmin torpaq sahəsindən meyvə-tərəvəz satışı üçün talvarlar, kiçik iaşə obyektləri quraşdıraraq ticarət mərkəzi kimi istifadə edir. Qeyd olunan qanun pozuntuları ilə əlaqədar Cavabdeh rəsmi qaydada xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh qanun pozuntularını aradan qaldırmamışdır. Bununla əlaqədar Hülövlü bələdiyyəsinin 17.09.2020-ci il tarixli 14 saylı protokolu ilə Cavabdeh İddiaçınə məxsus olan 1.0 ha torpaq sahəsinin (**********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10.10.2018-ci il tarixdə 85 il müddətinə verilmiş çıxarış) torpaq sahəsinin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq, təyinatı üzrə istifadə etmədiyinə görə, həmin torpaq üzərində olan icarə hüquqları ləğv edilmişdir. Lakin hazırda da torpaq sahəsində qanunsuz tikilmiş bünövrəli və konsturktiv köməkçi tikililər qalmış və ticarət mərkəzi kimi istifadə olunur. Odur ki, həmin tikililər sökülməli və torpaq sahəsi bələdiyyənin mülkiyyətinə qaytarılmalıdır. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçınə məxsus Cavabdeh icarəsində olan 1.0 ha torpaq sahəsində aparılmış qanunsuz tikilmiş bünövrəli konstruktiv köməkçi tikililər (talvar 218 kv.metr (47.6 m x 4.58m), talvar 41.67 kv.metr (4.79m x 8.7 m), tikili 113 kv.metr (23.6m x 4.79 m)) sökülməsi, Cavabdeh və digər şəxslərin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq bələdiyyəyə qaytarılması, Hülövlü bələdiyyəsinə məxsus olan 1.0 ha torpaq sahəsinin **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10.10.2018-ci il tarixdə 85 il müddətinə verilmiş çıxarışın ləğv edilməsi və icarə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunub olunmamasını məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. İddiaçı tərəf əlavə olaraq bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-1(118)- 734/2021 nömrəli qərarı onlar tərəfindən icra olunub və həmin qərardan apellyasiya şikayəti verməyəcəklər. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçı 17.09.2020-ci il tarixli, 14 saylı protokolundan müəyyən olunur ki, Cavabdeh İddiaçınə məxsus olan 1.0 ha (**********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10.10.2018-ci il tarixdə 85 il müddətinə verilmiş çıxarış) torpaq sahəsinin icarə müqaviləsinin şərtlərini kobul şəkildə pozaraq təyinatı üzrə istifadə etmədiyinə görə həmin torpaq üzərində olan icarə hüquqlarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli, 10.10.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Hülövlü kəndində yerləşən Hülövlü bələdiyyəsinə məxsus 1.0 ha torpaq sahəsinin icarə hüququ 15.08.2018-ci il tarixdə Cavabdeh 85 il müddətinə satılmışdır. İcarə hüququnun alqı-satqısı dövlət reyestrində 247 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2- 1(118)-734/2021 nömrəli qərarından müəyyən olunur ki, Cavabdeh İddiaçınə qarşı «İddiaçı 17.09.2020-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsi» tələbinə dair iddiası təmin edilərək İddiaçınə məxsus olan 1.0 ha torpaq sahəsinin üzərində Cavabdeh icarə hüquqlarının ləğv edilməsinə dair İddiaçı 14 saylı iclas protokolu ilə təsdiq edilmiş 17.09.2020-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-734/2021 nömrəli 13 avqust 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh İddiaçınə qarşı «İddiaçı 17.09.2020-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-1(118)-734/2021 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarı 31.05.2021-ci il tarixdə icraya yönəldilmiş və qərar cavabdeh tərəfindən 15.07.2021-ci il tarixdə icra olunmuşdur. İş materiallarında olan İddiaçı 15.07.2021-ci il tarixli, 15 saylı protokolundan müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-1(118)- 734/2021 nömrəli qərarı təmin edilərək, bələdiyyənin 17.09.2020-ci il tarixli 14 saylı iclas qərarı ləğv edilmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, İddiaçı 17.09.2020ci il tarixli qərarı ləğv olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 17.09.2020-ci il tarixli qərarı ləğv edildiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 241-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və sair tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-344/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-344/2021
23.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver