Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-346/2023 11.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vəkalət alanların tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21000 ABŞ dolları məbləğində pulun onun ödəniş gününə Azərbaycan manatı ilə ekvivalentində və ödənilmiş 198 manat dövlət rüsumu pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə yay aylarında Cavabdeh2 onun yanına gələrək, fındıq bağı almağa təklif etmişdir. O, Əfqanın təklifini qəbul etməmişdir. Bildirmişdir ki, kənd təsərrüfatı işlərindən başı çıxmır, bu sahədə təcrübəsi yoxdur. Lakin Cavabdeh2 onu inandırmağa çalışdı ki, bağ sahəsini alsa bir neçə ilə yaxşı gəlir əldə etmək olar. Bağa özü qulluq edəcəyini, onun üçün heç bir problem olmayacağını demişdir. Bu söhbətdən sonra Əfqan onu yaxın dostu kimi təqdim etdiyi digər Cavabdeh1la tanış etmişdir. İlqar və Əfqan bildirdilər ki, Xaçmaz rayonu, Bostançı kəndində yerləşən 5 ha torpaq sahəsində yerləşən hazır fındıq bağı satılır və oranı 40000 (qırx min) manat pula satırlar. Nəticədə bağı 40000 (qırx min) ABŞ dollara satın almağa cavabdehlərə razılıq vermişdir. Hər iki cavabdeh onu arxayın etmişdirlər ki, torpağın sənədləri qaydasındadır, satılan torpaq sahəsinin sahibi Bakı şəhərindədir, rayona qayıdan kimi sənədləşmə işləri ilə məşğul olacaqlar. O, təkrarən Cavabdeh2 müraciət etdi ki, ona etibar edir və gələcəkdə aralarında başqa söz-söhbət yaranmasın. Cavabdeh2 ona cavab verdi ki, İlqar yaxın dostudur, torpaq sahəsinin sənədlərində heç bir problem yoxdur və gələcəkdə bağa özü qulluq edəcəkdir. Bu sözlərdən sonra o cavabdehlərə tam etibar etmişdir. 2015-ci ilin əvvəlləri olardı Cavabdeh2 ona zəng vurub demişdir ki, almaq istədiyi bağ sahəsini Rizvan adlı şəxs satır. İlqarın deməsinə görə bağ sahibinə pul lazımdır. O da, Əfqana bildirmişdir ki, Bakı şəhərinə gəlsinlər, onlara pul versin. Səhəri gün Əfqan Bakı şəhərinə gəlib onunla görüşmüş və həmin vaxt Əfqana 5000 ABŞ dolları məbləğində pul vermişdir. Pulu alarkən Əfqan bildirmişdir ki, həmin pulu aparıb İlqara verəcəkdir. Bir müddət keçdikdən sonra o, Xaçmaz rayonu, Bostançı kəndinə gəlib almaq istədiyi bağ sahəsinə baxanda görmüşdür ki, bağın ərazisində olan kollar təmizlənib və su arxı çəkilib. Bağda görülən işlərlə bağlı o Əfqana ümumilikdə 4000 ( dörd min) manat pul vermişdir. Sonrakı aylarda Cavabdeh1 Bakı şəhərinə gəlib onunla görüşmüş və İlqara 2015-ci ilin yaz və yay ayları ərzində hissə-hissə olmaqla ümumilikdə 16000 (on altı min) ABŞ dolları məbləğində pul vermişdir. Bir müddət keçdikdən sonra o, Cavabdeh1 zəng vurub bağ sahəsinin adına nə vaxt rəsmiləşdirəcəklərini soruşmuşdur. İlqar ona demişdir ki, sənədlərdə problem var, hələ ki bağ sahəsinin adına rəsmiləşdirilməsi mümkün deyildir. O, İlqar və Əfqan tərəfindən aldadıldığını başa düşüb, tələb etmişdir ki, onlarda aldıqları 21000 (iyirmi bir min) ABŞ dolları və 4000 (dörd min) manat pulu geri qaytarsınlar. Lakin İlqar və Əfqan müxtəlif bəhanələr gətirərək onu aldadıb, vaxtı uzatmağa çalışmışlar. Vəziyyətin belə olduğunu görüb o, şikayət ərizəsi ilə Xaçmaz rayon prokurorluğuna müraciət etmiş və şikayət ərizəsi Xaçmaz RPŞ İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən araşdırılmış və sonuncunun 24 sentyabr 2022-ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirdikdə dörd min manatdan yeddi min manatadək miqdarında cərimə və ya bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlərə aiddir. Həmçinin, CM-nin 75-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Araşdırma zamanında müəyyən edilmişdir ki. İddiaçı Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 5 ha bağ sahəsinin alınması ilə bağlı 5000 ABŞ dollarını və 4000 manat pulu Əfqana Mirzəyevə. 16000 ABŞ dollarını isə Cavabdeh1 2015-ci ilin əvvəllərindən həmin ilin yay aylarınadək olan müddət ərzində vermişdir və həmin vaxtdan yeddi il keçmişdir. Ona görə də İddiaçı şikayət ərizəsi əsasında toplanmış meterial üzrə cinayət işinin başlanması rədd edilməli və İddiaçı pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd etmişdir ki, o, əvvəllər Cavabdeh1 ümumiyyətlə tanımamışdır, İlqarı ona digər Cavabdeh2 özünün yaxın dostu kimi təqdim etmjş və Cavabdeh2 verdiyi 16000 (on altı min) ABŞ dolları pulu məhz Cavabdeh2 razılığı ilə Cavabdeh1 vermişəm. Hər iki cavabdeh əvvəlcədən razılaşaraq vahid niyyətlə onu aldatmaqla 21000 (iyirmi bir min) ABŞ dolları məbləğində pulu mənimsəmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin predmetinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, iddianın predmetini “vəkalət alanların tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərərin ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın tam təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 yalnız bir dəfə 5000 ABŞ dollar pul vermişdir. Pulu verdikdən sonra isə, İlqarla əlaqə saxlamış və Əfqan vasitəsilə göndərdiyi pulu ona çatıb-çatmamasını soruşmuşdur. İlqar təsdiq etmişdir ki, Əfqan vasitəsilə göndərilən 5000 ABŞ dollar pul ona çatdırılmışdır. Qalan 16000 ABŞ dollar pul isə İlqarın özünə vermişdir. Məhkəmədə Əfqanı da cavabdeh qismində qeyd etməsinin səbəbi odur ki, o İlqara pulu Əfqana görə vermişdir. Əfqan onu inandırmışdır ki, heç bir problem olmayacaq. Bundan başqa, Əfqana torpaq sahəsində təmizlik və abadlaşdırma işlərin aparılması üçün 4000 manat pul vermişdir. Bunun müqabilində həqiqətən də, torpaq sahəsində xeyli iş görülmüş, kollar təmizlənmiş, arx çəkilmiş və s. Daha sonra Cavabdeh2 polis şöbəsində ona 4000 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsində uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, həqiqətən də İddiaçı Cavabdeh1la o tanış etmişdir. Lakin İlqarın bu cür dələduzluq hərəkətlər edəcəyini bilməzdi. Özü də dəfələrlə İlqarla mübahisə edirdi ki, ya Şərafət müəllimin pulunu geri qaytarsın, ya da ki torpaq işini həll etsin. Bu işlə bağlı onda İddiaçı pulu yoxdur. Söhbətin əvvəlində Şərafət müəllim ona 4000 manat pul vermişdir ki, torpaqda bəzi abadlaşdırma işləri aparılsın. O da, həmin pulu Şərafət müəllimdən alıb, özündə saxlamışdır və hissəhissə torpaqda aparılan işlər üçün xərcləyirdi. Məsələn fəhlələr tutmuşdur, texnika cəlb etmişdir. Bütün bunlara görə pullar ödənilib, müqabilində isə xeyli iş görülüb. Kollar təmizlənib, arx çəkilib və s. Bir dəfə isə Bakı şəhərində İddiaçıla görüşüb və Şərafət müəllim ona 5000 ABŞ dollar pul vermişdir ki, həmin pulu İlqara çatdırsın. O da, pulu Şərafət müəllimdən alıb, İlqara çatdırmışdır. Bunu həm İddiaçı, həm Cavabdeh1 da təsdiq edirlər. Bundan başqa, Şərafət müəllimdən pul almamışdır. Qalan pulları İddiaçı İlqara özü verirdi. Pulun məbləği və hansı şəraitdə verilməsini barədə məlumatı yoxdur. Torpağın sənədləşmə işlərində ləngimələr başlayanda, İddiaçı ona öz iradlarını bildirməyə başlamışdır, o isə öz növbəsində dəfələrlə İlqarla mübahisə etmişdir ki, Şərafət müəllimin ya pulunu qaytarsın, ya da torpaq məsələsini həll etsin. İlqar pulu qaytarmadığından və torpaq məsələsini həll etmədiyindən İddiaçı onların barəsində polisə şikayət etmişdir. O, Şərafət müəllimdən aldığı 4000 manat pulu fəhlələrə və texnikalara xərcləməsinə baxmayaraq, öz hesabından pulu qaytarmışdır. Onun barəsindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 Cavabdeh2 izahatına uyğun izahat verərək, təmsil etdiyi Cavabdeh2 bu işdə cavabdeh qismində cəlb olunmasını əsassız hesab edilməsini və iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə 2013-cü ildə Cavabdeh2 yanında tanış olmuşdur. O vaxtı Rizvan Əliyev adlı sovxoz direktoru var idi. Rizvan ondan xahişi etmişdir ki, 5 ha fındıq bağını satsın. O, Nabranda Əfqan və Şərafətlə söhbət əsnasında demişdir ki, 5,35 ha fındıq bağı var. Elə orada o telefonla Rizvan Əliyevə zəng vurmuşdur, Rizvan isə əvvəl torpağı 40000 manata satdığını demiş, daha sonra isə 30000 dollara razılaşmışdır. Bundan iki həftə keçməmiş iddiaçı Əfqanla ona 5000 dollar pul göndərmişdir, Əfqan pulu ona vermişdir. O həmin pulu Rizvana vermişdir. Daha sonrakı tarixlərdə Şərafətdən aldığı pulları da Rizvana vermişdir. Bununla bağlı əlavə şahidləri və sübutları məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin 24 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 Xaçmaz rayon polis şöbəsində material üzrə aparılmış araşdırma zamanı izahatında etiraf etmişdir ki, İddiaçı cəmi 16 000 ABŞ dollar pulu torpağı onun adına rəsmiləşdirmək adı ilə götürmüş, lakin həmin pulu Rizvan adlı və digər şəxslərə vermişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında da iştirak edərək, pulu İddiaçı aldığını, həmin pulu Rizvan adlı şəxsə verdiyini və hazırda İddiaçı aid olan pulların onda olmamasını bildirmişdir. Bununla bağlı məhkəməyə əlavə sübutlarını və şahidlərini təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, növbəti məhkəmə iclaslarına gəlməmiş və heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarından görünür ki, İddiaçı məhkəmə iddia ərizəsi ilə bağı hər hansı sübutu təqdim etməmişdir. Belə olan halda, iddia ərizəsi Cavabdeh1 münasibətdə qismən təmin edilməli və Cavabdeh1 16000 ABŞ dollar pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçı X1 digər Cavabdeh2 qarşı iddia qaldırsa da, sonuncunun pulun ələ keçirməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçıdan aldığı 5000 ABŞ dollar pulu Cavabdeh1 təqdim etmişdir, bu fakt həm iddiaçının özü tərəfindən, həm də Cavabdeh1 tərəfindən təsdiq olunmuşdur. Belə olan halda, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə olunmuş məlumatlardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolların rəsmi məzənnəsi 1,700 manat təşkil edir. Bu isə Azərbaycan manatı ekvivalentində 27200 manat təşkil edir. Elektron məhkəmə informasiya portalında yaradılmış dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, 27200 manat məbləğində iddia tələbinə əsasən 171,6 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, Cavabdeh1 171,6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən, yəni cinayət məsuliyytinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göründüyü kimi, Cavabdeh1 barəsində qəbul edilmiş cinayət işinin başlanmasınının rədd edilməsi haqqında qərar bəraətverici əsaslara əsasən qəbul edilməmişdir. Bu isə o deməkdir ki, Cavabdeh1 İddiaçı qarşı törətdiyi hüquqazidd əməli öz təsdiqini tapmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 16000(on altı min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 171,6 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 16000 (on altı min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 171,6 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-346/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-346/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver