Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-347/2023 06.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 06 mart 2023-cü ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 18 yanvar 1992-ci il tarixdə vəfat etmiş X8 qohumluq münasibətlərinin, yəni sonuncunun onun həyat yoldaşının doğma anası olması hüquqi faktının müəyyən edilməsinə dair həyat yoldaşı Seyidəliyev Səttərin adına doğum haqqında şəhadətnamənin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 18 yanvar 1992-ci il tarixdə vəfat etmiş X8 onun vəfat etmiş həyat yoldaşının doğma anası olmuşdur. Ərinin vəfatından sonra Xaçmaz rayonunun Müzəffər oba kəndində 0,15 ha həyətyanı torpaq sahəsi ona miras qalmışdır. Ərinin anasından miras qalmış əmlakı öz adına rəsmiləşdirilməsi ilə bağlı notariusa müraciət etmiş, miras qalmış əmlaka dair adına vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Onunla mərhum həyat yoldaşının anası X2 qohumluq dərəcəsi müəyyən olunmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsinidinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndlidir. Cəmilə Səttərin anası olub. Torpağı Səttərin arvadı Şükufə idarə edir. Cəmiləni uşaqlığından tanıyır, o vəfat edəndə təxminən onun 45-50 yaşı olardı. Səttər ondan 10-15 yaş böyük olar. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X12 arasında nikah xx.xx.1999-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın Seyidəliyeva soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X10 xx.xx.2021-ci ildə, X8 xx.xx.1992-ci ildə ölmüşlər. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-1071 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri: arvadı Ərizəçidır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Xaçmaz rayonunun Müzəffər oba kəndində yerləşən ümumi sahəsi 0,1666 ha olan torpaq sahəsi X7 çatan ½ hissədən ibarətdir. Göründüyü kimi ərizəçi məhkəmə iclasına yalnız 1 şahid təqdim etməklə kifayətlənmişdir. Bundan başqa ərizəçi X2 əri X6 anası olması faktının müəyyən olunmasını xahiş etmişdir. Lakin iş materiallarında (ölüm və nikah haqqında şəhadətnamələr və sair) ərinin adı X1 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi tələbini, yəni X4 X9 ilə doğma qardaş olmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-347/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-347/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver