Məhkəmə qərarları › İş №2(067)-354/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-354/2024

12.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-354/2024 12.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azərbaycan Respublikası "xxxx" ASC “X5” MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməkləri barədə onların, yəni İddiaçı1 və İddiaçı2 ərizələrinin etibarsız hesab edilməklə onların birgə işdən azad edilməklərinə dair xx.xx.2023-cü il tarixli, № 012/Ş nömrəli əmrin ləğv edilərək, onları işdən azad edildikləri gündən işə bərpa edilməkləri və məcburi boşdayanma dövrü üçün onlara əmək haqqlarının cavabdeh “X5” MMC tərəfindən onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, cavabdeh “X5” MMC-nin Elektrik Stansiyasıı avadanlıqlarının xidməti üzrə elektrik çilingəri vəzifəsində çalışmışlar. Onlar cavabdehin 28 iyul 2023-cü il tarixli, № 012/Ş nömrəli qanunsuz əmri ilə işdən azad edilmişlər. Həmin əmrdə göstərilir: "X5” MMC-nin Maşın sexinin Elektık Stansiyasının avadanlıqlarının xidməti üzrə elektrik çilingərləri” vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 son 6 ayda 3 dəfə əmək intizamını kobud şəkildə pozmuş, əmək funksiyalarını tam və keyfiyyətli icra etməmişlər. Belə ki, 13 aprel 2023-cü tarixində nahar fasiləsindən qabaq işçilər üçün nəzərdə tutulan tumikentdən istifadə etməyərək (maşınlar üçün nəzərdə tutulan darvazadan çıxaraq) yerini iş tərk etdikləri üçün uydurma ittihamı ilə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a ” bəndinə əsasən “töhmət” intizam tənbehi verilmişdir. ”X5 ”MMC-nin Maşın sexinin Elektrik Stansiyasının avadanlıqlarının xidməti üzrə elektrik çilingərləri ”vəzifəsində çalışan İddiaçı1 və İddiaçı2 xx.xx.2023- cü il tarixli, M 012/Ş nömrəli intizam tənbehindən nəticə çıxartmayaraq təkrarən xx.xx.2023-cü il tarixində əmək müqaviləsi üzı öhdəliklərini icra etməyərək, əməyin mühafizəsi normalarını və daxıli intizam qaydalarını yenidən pozaraq iş yerində xüsusi geyimdən istifadə etmədikləri müəyyən olunaraq Əmək Məcəlləsinin 186-cı maddəsinin “b bəndinə əsasən xx.xx.2023-cü il tarixli, 007/Ş nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. İddiaçı1 və İddiaçı2 xx.xx.2023cü il tarixində əmək funksiyasını pozduqlarına görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxartmayaraq son 6 (altı) ay ərzində təkrarən əmək müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, verilən tapşırığın yerinə yetirilməsindən imtina edərək, eyni zamanda müəssisə daxili intizam qaydalarını pozaraq rəhbər işçilərə qarşı qeyri-etik, saymazyana hərəkətlər etmişdilər. Baş verənlərlə bağlı “X5” MMC-nin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuşdur. Komitə xx.xx.2023-cü il tarixli iclasını 71 saylı Protokolundan çıxarış Qərarı ilə, enerjisistem üçün xüsusi əhəmiyyətli olan müəssisədə belə hərəkətlərin edilməsinin yol verilməzliyini bildirmiş və belə halların müəssisə daxilində iş ahəngini pozulmasına təsir edən neqativ hal kimi qiymətləndirmişdir. Hesab edirlər ki, cavabdeh “X5” MMC-nin 28 iyul 2023-cü il tarixli, Xb 012/Ş nömrəli əmri qanunsuz və əsassızdır, ləvğ edilməli, onlar, işdən azad edildiyləri gündən işə bərpa edilməliyik və məcburi boşdayanma dövrü üçün onlara əmək haqqları cavabdeh “X5” MMC tərəfindən onlara ödənilməlidir. Göstərilən faktlardan göründüyü kimi onlara qarşı əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyləri barədə ittihamlar uydurulmuş ittihamlardır. Təxminən 04 (dörd) ildir ki, Elnur Abubəkirov cavabdeh “X5” MMC-nin direktoru vəzifəsində işləyir. E. Abubəkirov, iş yerində özünü quldar kimi aparır, onları isə qul kimi görür. E. Abubəkirov özünün quldar şərtlərini tədbiq edərək qarşısında şərt qoyub ki, onun direktor təyin edildiyi gündən onun özünün qayda və qanunları tədbiq edilir, işdən sonra, gecə də, bayram və istirahət günləri kimi işə çağırsa həmin şəxs qeyri şərtsiz və ödənişsiz şərtlərlə onun tələb etdiyi şəraitdə, tələb etdiyi işləri görəcək. Əks təqdirdə əmək kitabçasını ləkələməklə işdən qovacağı ilə hədələyib. Direktor dediklərinə əməl edərək gecə və gündüz onların iş şəraitinə və vəzifələrinə uyğun olmayan işləri görməyə onları məcbur edib. O, daima onlarla çox kobud, qeyri-etik davranıb. Əleyhlərinə təhqiramiz ifadələrdən istifadə edirdi. Onlar E. Abubəkirov tərəfindən əlverişsiz əmək şəraitinə məruz qoyulduğundan məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, təhlükəsizilik orqanlarına, Baş prokurora və Ombudsmana rəsmi müraciət etmişlər. Araşdırma zamanı E.A Abubəkirovun vəzifəsindən sui istifadə etməsi və onları iş vaxtından kənar ödənişsiz işlərin icrasına məcbur edildikləri faktlar təsdiq olunmuş və onun barəsində 1500 (bir minbeş yüz) manat məbləğində cərimə tətbiq edilmiş və ona yəni, İddiaçı1 ödənilməli 260 manat məbləğində əmək haqqı ona ödənilmişdir. Həmin faktlar həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin 20 aprel 2023cü il tarixli, 3-17-5/12-M-13946/2023 saylı məktubu ilə təsdiq olunur. Həmin araşdırmadan sonra E. Abubəkirov daha da aqresivləşmiş, davamlı şəkildə onlara qarşı qərəzlilik nümayiş etdirmişdir. Bundan başqa, əməyin mühafizəsi normalarını və daxili intizam qaydalarının tərəflərindən pozulması və pozulmanın iş yerində xüsusi geyimdən istifadə etməməkləri kimi uydurma ittihamdan istifadə edərək barələrində növbəti cəza tətbiq etmişdir. E. Abubəkirovuin rəhbərliyi altında stansiyada olan dövlət əmlakının dağıdılması faktları barədə dövlət qurumlarına şikayətlər vermişlər. Şikayətlərində göstərilən halların sübutu kimi foto və video görüntülər təqdim etmişlər. Stansiya ərazisində ekologiya normalarının pozulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi şikayət vermişlər. “X5” MMC-nin direktoru E. Abubəkirovun onlara qarşı törətdiyi qərəzli hərəkətləri səbəbindən onlar, səhərisi gün, yəni, 26 iyul 2023- cü il tarixdə işdən azad edilməkləri barədə rəsmi ərizə ilə ona müraciət etməyə məcbur edilmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sözünün üstündə durur. Elnur Abubəkirov onları qeyri-iş günlərində, gecə saatlarında, bayram günlərində məcburi olaraq işə çağırırdı. Lakin heç bir ödəniş edilmirdi. O, onları məcburi əməyə cəlb edirdi. Onun tərəfindən təzyiqlərə məruz qalmışlar. Elnur Abubəkirovun onlara qarşı prinsipi olub. Onlar uzun illər o müəssisədə çalışmışlar. X12 vəzifəyə gəldikdən vəzifəsindən istifadə edirdi. Həmin müəssisədə bir neçə nəfər var ki, onlarla da prinsip aparırdı. Lakin onlar səsini çıxarmırdı. Onlar etirazlarını bildirmirlər deyə belə oldu. O, həmin iş yerində ondan da əvvəl işləmişdir. Heç bir problemi olmamışdı. Onların ərizələrini yazmaqlarına səbəb isə işdən özlərinin çıxmağı idi. Yəni maddə ilə işdən çıxarmayacaqlarını demişdilər. Lakin elə olmadı. O, düşünürdü ki, öz ərizəsilə işdən ayrılıb başqa işə müraciət etsin. Amma maddə ilə işdən çıxdıqdan sonra heç bir iş yeri işə götürmür. Heç yerə müraciət edə bilmir. Geyim qaydaları ilə bağlı bildirdi ki, qış fəslinə uyğun geyimdə işləmək mümkün olmadığı üçün üst geyimini çıxarıb işini görmüşdür. Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında digər İddiaçı2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı1 dedikləri ilə razılaşır. Onların heç bir günahlar olmayıb. Onlarla prinsip aparılıb işdən çıxarılmışlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, idddianı qəbul etmirlər. Çünki iddia əsassızdır. Protokol da var. Həmçinin lazımı sənədləri də təqdim etmişlər. İddiaçıların işinə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçı1 məxsus xx.xx.2011-ci il tarixli, 34026 nömrəli “Əmək kitabçası”-nın notariat kontorunda təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, № 012/Ş nömrəli əmri ilə 28.07,2023-cü il tarixdən "X5” MMC-nin maşın sexinin elektrik stansiyasının avadanlıqlarının xidməti üzrə elektrik çilingəri xx.xx.2021-ci tarixli əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib və həmin tarixdən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, ******* nömrəli “Əmək kitabçası”-nın notariat kontorunda təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı2 məxsus xx.xx.2023-cü il tarixli, № 012/Ş nömrəli əmri ilə xx.xx.2023-cü il tarixdən “X5” MMC-nin maşın sexinin elektrik stansiyasının avadanlıqlarının xidməti üzrə elektrik çilingəri xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib və həmin tarixdən işdən azad edilmişdir. İş materiallarında olan “X5” MMC-nin 28 iyul 2023-cü il tarixli, № 012/Ş saylı əmrin surətindən müəyyən olunur ki, “X5” MMC-nin, Maşın sexinin “Elektrik Stansiyasının avadanlıqlarının xidməti üzrə elektrik çilingəri” İddiaçı1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, onunla bağlanılmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilmiş və həmin tarixdən işdən azad edilmiş, “X5” MMC-nin, Maşın sexinin “Elektrik Stansiyasının avadanlıqlarının xidməti üzrə elektrik çilingəri” İddiaçı2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, onunla bağlanılmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilsin və həmin tarixdən işdən azad edilmişlər. İş materiallarında olan İddiaçı1 ərizəsindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdən tutduğu vəzifəsindən ailə vəziyyəti ilə əlaqədar olaraq azad edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı2 ərizəsindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2023-cü il tarixdən tutduğu vəzifəsindən ailə vəziyyəti ilə əlaqədar olaraq azad edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə “X5” MMC-dən əmək kitabçalarını təhvil almışlar. İş materiallarında olan “X5” MMC-nin 25 iyul 2023-cü il tarixli, “X5” MMC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı məktubdan müəyyən olunur ki, “X5” MMC İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin işçilərin əmək müqavilələrinin qanunvericiliyə uyğun qaydada ləğv olunmasına rəy bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin HİK tərəfindən “X5” MMC-nə ünvanlanmış 27 iyul 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinə qanunvericiliyə uyğun qaydada xitam verilməsinə öz razılığını verir. İş materiallarında olan "X5” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasının 71 saylı protokolundan çıxarışa (Qərar) müəyyən olunur ki, “X5 MMC-nin Maşın sexinin “Elektrik Stansiyasının avadanlıqlarının xidməti üzrə elektrik çilingərləri" İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinin tələblərini rəhbər tutaraq, əmək funksiyasını pozduqlarına görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq son altı ay ərzində üç dəfə əmək funksiyasını kobud şəkildə pozduqlarını, xx.xx.2023-cü il tarixində təkrarən əmək müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, verilən tapşırığın yerinə yetirilməsindən imtina etmələrini, eyni zamanda müəssisədaxili intizam qaydalarını pozmalarını enerjisistem üçün xüsusi əhəmiyyətli olan müəssisədə belə hərəkətlərin edilməsinin yol verilməzliyini və belə halların müəssisə daxilində iş ahəngini pozulmasına təsir edən neqativ hal olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinə qanunvericiliyə uyğun qaydada xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan "X5” MMC-nin İntizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 007/Ş saylı Əmrindən müəyyən olunur ki, “X5” MMC-nin Maşın sexinin çilingərləri İddiaçı1 və İddiaçı2 verilmiş xx.xx.2023-cü il tarixli, 006/Ş saylı intizam tənbehindən nəticə çıxarmayaraq, təkrarən xx.xx.2023-cü il tarixində əmək müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, əməyin mühafizəsi normalarını və daxili intizam qaydalarını pozaraq iş yerində xüsusi geyimdən istifadə etmədiklərini nəzərə alaraq “sonuncu xəbardarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir İş materiallarında olan "X5” MMC-nin xx.xx.2023-cü il tarixli Aktından müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 verilmiş xx.xx.2023-cü il tarixli, 006/Ş saylı intizam tənbehindən nəticə çıxarmayaraq, təkrarən xx.xx.2023- cü il tarixində əmək müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, əməyin mühafizəsi normalarını və daxili intizam qaydalarını pozaraq iş yerində xüsusi geyimdən istifadə etmədiklərinə görə yazılı izahatları tələb olunarkən izahat yazmaqdan imtina etmişlər. İş materiallarında olan "X5” MMC-nin İntizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 006/Ş saylı Əmrindən müəyyən olunur ki, “X5” MMC-nin, Elektrik sexinin İ qrup ustası X11, Maşın sexinin çilingərləri X6, İddiaçı1 və İddiaçı2 əmək müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, müəssisə daxili nizam-intizam qaydalarını pozaraq, nahar fasiləsindən qabaq işçilər üçün nəzərdə tutulan turniketdən istifadə etməyərək (maşınlar üçün nəzərdə tutulan darvazadan çıxaraq) iş yerini tərk etdiklərini nəzərə alaraq, Əmək Məcəlləsinin 186-cı maddəsinin, 2-ci hissəsinin, “a” bəndinə əsasən Elektrik sexinin İ qrup ustası X11, Maşın sexinin çilingərləri X6, İddiaçı1 və İddiaçı2 “töhmət” intizam tənbehi verilmişdir. İş materiallarında olan Aktdan müəyyən olunur ki, 13 aprel 2023-cü il tarixində, saat 11:58-da Elektrik sexinin 1 qrup ustası X11, Maşın sexinin çilingərləri X6, İddiaçı1 və İddiaçı2 tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, müəssisə daxili nizam-intizam qaydalarını pozaraq, nahar fasiləsindən qabaq işçilər üçün nəzərdə tutulan tumiketdən istifadə etməyərək (maşınlar üçün nəzərdə tutulan darvazadan çıxaraq) iş yerini tərk etdikləri müəyyən olunmuşdur. İş materiallarında olan təqdimatdan müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 nahar fasiləsinə vaxtından tez olaraq stansiyanın ərazisini tərk etmişlər. İş materiallarında olan Aktdan müəyyən olunur ki, “X5” MMC-nin Maşın sexinin rəisi X7, Maşın sexinin rəis müavini X8 oglu, Kadrlar üzrə mütəxəssis vəzifəsini icra edən Nümayəndə1 bu aktı tərtib edirik ona görə ki, Maşın sexinin “Elektrik Stansiyasının avadanlıqlarının xidməti üzrə elektrik çilingərləri” İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixində əmək müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, müəssisə daxili nizam-intizam qaydalarını pozaraq, nahar fasiləsindən qabaq işçilər üçün nəzərdə tutulan turniketdən istifadə etməyərək (maşınlar üçün nəzərdə tutulan darvazadan çıxaraq) iş yerini tərk etdikləri üçün yazılı izahatları tələb olunarkən izahat yazmaqdan imtina etdilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, DƏ/137 saylı Əmrin surətindən görünür ki, işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər mühafizə vasitələrinin verilməsinə dair əməyin mühafizəsi üzrə X3 hazırlanmışdır. xx.xx.2023-cü il tarixli X2 müddəalarda işçilərin xüsusi geyimə, ayaqqabıya və fərdi mühafizə vasitələrindən istifadəyə riayət etmələri qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2011-ci il və xx.xx.2013-cü il tarixdən “X5” MMC-də işə qəbul olunmuşlar. X5” MMCnin 28 iyul 2023-cü il tarixli, № 012/Ş saylı əmri ilə İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə, əmək müqavilələrinə xitam verilmiş və işdən azad olunmuşlar. Qeyd olunan əmrdən iddiaçılar narazıdırlar və məhkəməyə əmrin ləğv olunması, işə bərpa və sair tələbə dair müraciət etmək məcburiyyətində qalmışlar.Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi baxılan iş üzrə iddia tələbi ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddiaçıların “X5” MMC–də işləmələri işin mübahisəsiz halıdır. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-ci maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar ilə bağlanmış əmək müqavilələrinə qanunvericiliyin qeyd olunan normalarına riayət etməklə xitam verildiyindən iddia tələbi əsassızdır. İş üzrə toplanılmış sübutlarla iddiaçılar ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla ləğv edilməsi təsdiq olunmuşdur. Belə ki, iddia ərizəsində qeyd olunanlar və məhkəmə araşdırması zamanı iddiaçıların gətirdiyi dəlillərə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, iddiaçıların dəlilləri özünümüdafiə xarakteri daşıyır, əsassızdır və qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan və məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçılara “X5” MMC-nin müvafiq əmrləri ilə daxili nizam-intizam qaydalarını və əmək funksiyalarını pozduğuna görə “töhmət” və “şiddətli töhmət” verilmişdir. Bundan sonra isə X5” MMC-nin 28 iyul 2023-cü il tarixli, № 012/Ş saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, onlarla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmır. İddiaçıların yazdıqları ərizələrin etibarsız hesab edilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, bu ərizələr hazırki mübahisə üzrə onların işdən azad edilmələri üçün əsas hesab edilmədiyindən, yəni hüquqi nəticələr yaratmadığından həmin ərizlərin etibarsızlığına zərurət yoxdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar işdən öz ərizələrinə əsasən deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, yəni əmək vəzifələrini kobud şəkildə pozduqlarına əsasən azad edilmişlər. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək bildirir ki, hazırki iddia tələbinin qanuni əsası olmaması səbəbi ilə tələb təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın əmək haqqının ödənilməsi barədə hissəsi də əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azərbaycan Respublikası "xxxx" ASC “X5” MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddiaları təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azərbaycan Respublikası "xxxx" ASC “X5” MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddiaları təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar