Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-36/2025 17.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri götürülərək, tamlığının bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1ində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-456A kod 30215018 saylı şəhadətnamə əsasında ona və ailə üzvlərinə məxsus 0,11 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan hissəsinin onun qanunsuz sahibliyindən alınaraq istifadələrinə qaytarılması, cavabdeh tərəfindən inşa edilmiş tikililərin (hamam, anbar, toyuq hini, şörək bişirən yer və s.) onun öz hesabına sökülməsi və torpaq sahəsinin tamlığının bərpa edilməsi, həmin ərazidə toyuq hini və digər bu tipli tikililərin tikilməsinin qadağan edilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alıınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə o da daxil olmaqla ailəsinin xüsusi mülkiyyətinə istifadələrində olmuş 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN- 456A kod 30215018 saylı şəhadətnamə rəsmiləşdirilmişdir. Şəhadətnamədə üçüncü sırada onun adı X1 yazılmışdır. xx.xx.2012-ci il tarixli, adın, ata adı və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən adı Marinaya dəyişdirilmişdir. Həmin torpaq sahəsindəki yaşayış evində yaşayır. Torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşirilməsi və yeni mülkiyyət sənədlərinin alınması ilə əlaqədar DDƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə etdiyi müraciətə verilmiş xx.xx.2023-cü il tarixli cavabda göstərilir ki, 0.11 ha torpaq sahəsi qonşu torpaq sahəsi ilə kəsişdiyinə görə koordinatlara uyğun olaraq yerində tanıdılması mümkün olmamışdır. Cavabdeh məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsi onların həyətyanı torpaq sahəsi ilə qonşudur. Torpaq sahələi arasında əvvəllər dəmir torla (setka ilə) hasar mövcud idi. Cavabdeh həmin hasarı, yəni təmir torları çıxardaraq torpaq sahəsinə təxminən 50-60 sm enliyində və bütün həyətyanı torpaq sahəsinin uzunluğunda təxminən 30 metr müdaxilə edərək orada müxtəlif tikililər, o cümlədən hamam, ambar, toyuq hini, çörək bişirən yer və s. inşa etmişdir. Dəfələrlə bununla əlaqədar cavabdehə təklif olunmuşdur ki, həmin tikililəri söksün və torpaq sahəsinin tamlığını bərpa etsin. Orada tikdiyi toyuq hinindən yayılan qoxulara və çörək bişirən yerdən evi istiqamətində qoyduğu pəncərədən yayılan tüstüdən həyətdə oturmaq mümkün deyildir. Bununla əlaqədar hətta Xaçmaz rayon Gigiyena və Epidemiologiya mərkəzinə müraciət etmişdir. Müraciətinə cavabda göstərilir ki, Azərbaycan Dövlət TN 2.6-1 səhifə 8 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə bir və ya iki tikili olarsa 15 m-dən az olmamalıdır. Cavabdeh tələblərinə məhəl qoymur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/10135 saylı rəyi ilə razı deyil. Cavabdeh torpaq sahəsini zəbt edib. Ona görə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/10135 saylı rəyinə etirazı yoxdur. İddiaçının torpaq sahəsindən istifadə etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-456A kod 30215018 saylı şəhadətnamədən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1i ərazisində yerləşən 0.11 ha torpaq sahəsi qonşu torpaq sahəsi ilə kəsişdiyinə görə yerində tanıdılması mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz rayon Gigiyena və Epidemiologiya mərkəzinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Dövlət TN 2.6-1 səhifə 8 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə bir və ya iki tikili olarsa 15 m-dən az olmamalıdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən 95 manat rüsum köçürülmüşdür. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı və onun ailə üzvlərinin faktiki naturada istifadəsində 0.14 ha torpaq sahəsi təşkil edir.(sxem əlavə olunur). Torpağın mülkiyyətə verilməsinə dair JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrinə əsasən 0.0025 ha (25 kv.metr) torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Lakin cavabdehin xx.xx.2023-ci il tarixli **********13-10301 nömrəli dövlət reyestrindən çıxarışa və eletron uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilir. Sxemdə əks olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrinə əsasən 0.0025 ha (25 kv.metr) torpaq sahəsi Cavabdeh tərəfindən köməkçi tikililər mövcuddur. Lakin cavabdehin xx.xx.2023-ci il tarixli **********13-10301 nömrəli dövlət reyestrindən çıxarışa və eletron uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililərin cavabdehin mülkiyyətində olan torpaq sahəsinin tərkibində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı və onun ailə üzvlərinə məxsus 0.11 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh X4 tərəfindən maneçilik törədilməsinin müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı və onun ailə üzvlərinin faktiki naturada istifadəsində 0.14 ha torpaq sahəsi təşkil edir.(sxem əlavə olunur). Torpağın mülkiyyətə verilməsinə dair JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrinə əsasən 0.0025 ha (25 kv.metr) torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Lakin cavabdehin xx.xx.2023-ci il tarixli **********13-10301 nömrəli dövlət reyestrindən çıxarışa və eletron uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilir. Sxemdə əks olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrinə əsasən 0.0025 ha (25 kv.metr) torpaq sahəsi Cavabdeh tərəfindən köməkçi tikililər mövcuddur. Lakin cavabdehin xx.xx.2023-ci il tarixli **********13-10301 nömrəli dövlət reyestrindən çıxarışa və eletron uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililərin cavabdehin mülkiyyətində olan torpaq sahəsinin tərkibində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı və onun ailə üzvlərinə məxsus 0.11 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh X4 tərəfindən maneçilik törədilməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətləri daxilində deyildir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı və onun ailə üzvlərinin faktiki naturada istifadəsində 0.14 ha torpaq sahəsi təşkil edir.(sxem əlavə olunur). Torpağın mülkiyyətə verilməsinə dair JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrinə əsasən 0.0025 ha (25 kv.metr) torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Lakin cavabdehin xx.xx.2023-ci il tarixli **********13-10301 nömrəli dövlət reyestrindən çıxarışa və eletron uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilir. Sxemdə əks olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə JN-456 kod 30215018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ləcət kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində (qanuni istifadəsində) olan 0.11 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrinə əsasən 0.0025 ha (25 kv.metr) torpaq sahəsi Cavabdeh tərəfindən köməkçi tikililər mövcuddur. Lakin cavabdehin xx.xx.2023-ci il tarixli **********13-10301 nömrəli dövlət reyestrindən çıxarışa və eletron uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililərin cavabdehin mülkiyyətində olan torpaq sahəsinin tərkibində yerləşdiyi müəyyən edilmişdir. Belə olan halda iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri götürülərək, tamlığının bərpa edilməsi tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-36/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-36/2025
17.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver