Məhkəmə qərarları › İş №2(067)-3626/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3626/2024

27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3626/2024 27.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Ərizəçi nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Dövlət Pedaqoji Universiteti Publik Hüquqi şəxsin Quba filialını və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı Quba-Xaçmaz Regional filialını maraqlı tərəflər qismində cəlb etdiyi işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi barəsində mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi Azərbaycan Dövlət Pedaqoji Universiteti Publik Hüquqi şəxsin Quba filialını və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı Quba-Xaçmaz Regional filialını maraqlı tərəflər qismində cəlb etdiyi işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəflər Azərbaycan Dövlət Pedaqoji Universiteti Publik Hüquqi şəxsin Quba filialına və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı Quba-Xaçmaz Regional filialına məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə maraqlı tərəf Azərbaycan Dövlət Pedaqoji Universiteti Publik Hüquqi şəxsin Quba filialının nümayəndəsi Nümayəndə1 ərizənin baxılmamış saxlanılması barədə məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, hazırki ərizəni əsassız hesab edir və təmin edilməsi üçün hüquqi əsasların olmadığını bildirir. Belə ki, MPM-nirı 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin hallarından göründüyü kimi, ərizədə göstərilən faktı təsdiq edən sənədlərin başqa qaydada əldə edilməsinin mümkünsüzlüyü göstərilməmişdir. MPM-nin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Qeyd olunanları nəzərə alaraq, ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Beləliklə Ərizəçi Azərbaycan Dövlət Pedaqoji Universiteti Publik Hüquqi şəxsin Quba filialını və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı Quba-Xaçmaz Regional filialını maraqlı tərəflər qismində cəlb etdiyi işləmə faktının müəyyən edilməsi tələbi ilə əlaqədar mübahisə mövcud olduğundan, həmin tələblə əlaqədar işə xüsusi icraat qaydasında baxıla bilməz. Belə olan halda ərizəçinin tələbi baxılmamış saxlanılmaqla, ümumi əsaslarla iddia vermək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı Ərizəçi Azərbaycan Dövlət Pedaqoji Universiteti Publik Hüquqi şəxsin Quba filialını və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı Quba-Xaçmaz Regional filialını maraqlı tərəflər qismində cəlb etdiyi işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, qeyd olunan tələbi ilə bağlı ümumi əsaslarla məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar